11 iyul tarixi Ümumdünya Əhali Günü kimi qeyd olunur.
Month: July 2025
-
Ümumdünya Əhali Günüdür
Ümumdünya Əhali Günü ilk dəfə 1987-ci ildə dünya əhalisinin 5 milyarda çatması səbəbilə BMT tərəfindən gündəmə gətirilib və 1989-cu ildən etibarən hər il qeyd olunur.Bu gün əhalinin sürətli artımı, sosial problemlər, resurs çatışmazlığı və demoqrafik çağırışlara diqqət çəkmək məqsədi daşıyır. BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, 2025-ci ilin iyul ayına olan vəziyyətə əsasən, dünya əhalisi 8 milyard 150 milyon nəfəri keçib. Əhalinin artımı əsasən Afrika və Asiyanın cənub bölgələrində qeydə alınır. Demoqrafik dinamika bir sıra ölkələrdə iqtisadi və sosial yükü artırır, infrastruktur, təhsil və səhiyyə sistemlərinə təzyiqləri gücləndirir.2025-ci ilin Dünya Əhali Gününün əsas mövzusu “İnkişaf üçün demoqrafik balans: İnsan hüquqları və fürsət bərabərliyi” adlanır. UNFPA bu çağırışla xüsusilə ailə planlaması, qadınların hüquqları, gənclərin iştirakı və yaşlı əhalinin sosial müdafiəsinə diqqəti artırmağa çalışır.Azərbaycan əhalisinin sayı 2025-ci ilin iyul ayına olan məlumamta əsasən 10 milyon 316 min nəfərə çatıb. Əhalinin 52,2 faizi şəhərlərdə, 47,8 faizi isə kənd yerlərində yaşayır. Ölkədə əhali artımı əsasən təbii artım və məhdud miqrasiya axını hesabına formalaşır.Gender bölgüsünə görə, əhalinin 50,1 faizi qadınlar, 49,9 faizi isə kişilər təşkil edir. Maraqlıdır ki, son illərdə ölkədə doğum səviyyəsində azalma, ölkədən miqrasiya axınında isə artım qeydə alınıb. Bu da uzunmüddətli demoqrafik tarazlığa təsir edən əsas faktorlardan biri kimi qiymətləndirilir.Demoqrafiya üzrə ekspertlərin fikrincə, Azərbaycan gələcək illərdə demoqrafik dayanıqlılıq üçün təhsil, səhiyyə və məşğulluq sahələrində islahatları dərinləşdirməlidir. -
Qazinin həyat yoldaşının 8-ci mərtəbədən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanılıb
Könül İbrahimlinin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, Könül İbrahimli bir neçə ay əvvəl İkinci Qarabağ Müharibəsinin qazisi ilə ailə həyatı qurub. Qızın valideynləri iddia edib ki, qızları yıxılmayıb, həyat yoldaşı onu itələyərək ölümünə səbəb olub.
-
Yaşıllıqların qanunsuz kəsilməsinə görə təbiətə 68 min manatdan çox ziyan dəyib
Bakı, Sumqayıt şəhəri, Lənkəran və Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.Belə ki, Bakı şəhəri Nərimanov rayonu Şəmsi Rəhimov küçəsində, Nizami rayonu Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Bulvar küçəsində, Lənkəran rayonu Sinovlu kəndi və Xaçmaz rayonu Çiləgir kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 68 490 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
-
АБР изучает возможности финансирования автодорожных проектов в Азербайджане с элементами монетизации
Азиатский банк развития (АБР) изучает возможности внедрения в Азербайджане экологически чистого транспорта, включая железные дороги, метро и автодорожные проекты с элементами монетизации активов.
Как сообщает Report со ссылкой на АБР, об этом говорится в новой Стратегии партнерства банка с Азербайджаном на 2025-2029 годы“Правительство Азербайджана сосредоточено на развитии низкоуглеродной транспортной инфраструктуры для усиления логистической роли страны и обеспечения устойчивых доходов в развивающихся регионах. В этой связи АБР окажет поддержку модернизации железнодорожной инфраструктуры, включая цифровизацию, электрификацию и внедрение современных систем сигнализации, с прицелом на разблокировку региональных транспортных маршрутов”, – говорится в Стратегии.
АБР отмечает, что развитие развивающихся регионов требует восстановления ключевой климатоустойчивой и катастрофоустойчивой инфраструктуры, а также внедрения инноваций, таких как создание зон с нулевыми выбросами и устойчивое управление природными ресурсами.
Азербайджан является членом АБР с 1999 года. За этот период банк предоставил стране более 5 млрд долларов США в виде кредитов, в том числе 1,5 млрд долларов на транспортные проекты, 1,7 млрд долларов на энергетические проекты
-
ADB Azərbaycanda monetizasiya elementli yol layihələrinin maliyyələşdirilməsi imkanlarını araşdırır
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda dəmir yolları, metro və aktivlərin monetizasiyası elementləri ilə avtomobil yolu layihələri daxil olmaqla ekoloji cəhətdən təmiz nəqliyyatın tətbiqi imkanlarını araşdırır.
Bu barədə bankın Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasında bildirilib.“Azərbaycan hökuməti ölkənin logistika rolunu gücləndirmək və inkişaf edən regionlarda davamlı gəlirləri təmin etmək üçün aşağı karbonlu nəqliyyat infrastrukturunun inkişafına diqqət yetirir. Bu baxımdan, ADB regional nəqliyyat marşrutlarının açılması məqsədilə rəqəmsallaşdırma, elektrikləşdirmə və müasir siqnalizasiya sistemlərinin tətbiqi də daxil olmaqla dəmir yolu infrastrukturunun modernləşdirilməsinə dəstək verəcək”, – Strategiyada qeyd olunub.
ADB-dən bildirilib ki, inkişaf etməkdə olan regionların inkişafı iqlimə və fəlakətə davamlı infrastrukturun bərpasını, həmçinin sıfır emissiyalı zonaların yaradılması və təbii ehtiyatların davamlı idarə edilməsi kimi innovasiyaların tətbiqini tələb edir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.//report
-
Robotik Reabilitasiya Mərkəzində insult və neyrotravma bölməsi yaradılacaq
Robotik Reabilitasiya Mərkəzi 30 çarpayılıq İnsult (Stroke) Mərkəzi, kəllə-beyin və onurğa travmasından sonra reabilitasiyanın həyata keçirildiyi 30 çarpayılıq Neyrotravma bölməsindən ibarət olacaq.
Bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.O qeyd edib ki, sözügedən mərkəzdə ambulator və stasionar reabilitasiya xidməti göstəriləcək:
“Mərkəzdə dünyanın aparıcı markalarından eksoskeletlər, yürüş analiz sistemləri, qavrayış və motor inteqrasiya cihazları; həmçinin nevrostimulyasiya, robotik qol-ayaq terapiyası, VR texnologiyası tətbiq olunacaq. Təbii ki, bu sahədə peşəkar komanda da önəmlidir. Multidisiplinar komandamızda fizioterapevtlər, reabilitoloqlar, nevroloqlar, ortopedlər, psixoloqlar, loqopedlər, beynəlxalq təcrübəyə malik mütəxəssislər təmsil olunacaq, fərdi bərpa planlarının yaradılması və davamlı qiymətləndirmə tətbiq ediləcək”.
-
Ряд больниц в Баку, Сумгайыте и Абшероне получат статус ментор-клиники
В рамках проектов “Ментор-клиника” и “Глобальная хирургия 2030” несколько образцовых медицинских учреждений, подведомственных TƏBİB, в Баку, Сумгайыте и Абшеронском районе получат статус ментор-клиники.
Как сообщает Report, об этом заявил заместитель исполнительного директора TƏBİB Араз Насиров на расширенном совещании, посвященном деятельности учреждения.По его словам, новые ментор-клиники будут оказывать методическую и профессиональную поддержку региональным больницам. Проект планируется запустить в пилотном режиме сроком на один год.
“Мы видим, что квалифицированные медицинские услуги в стране распределены неравномерно”, – отметил Насиров.
-
Bakı, Sumqayıt və Abşeron üzrə bir neçə nümunəvi xəstəxanaya mentor klinika statusu veriləcək
“Mentor Klinika” və “Qlobal cərrahiyyə 2030 proqramı” layihələri çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı, Sumqayıt və Abşeron rayonu üzrə bir neçə nümunəvi xəstəxananın mentor klinika statusu alması planlaşdırılıb.
Bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.Onun sözlərinə görə, mentor klinika statusu müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsini təmin edəcək:
“Hazırda tibb müəssisələrində ixtisaslı tibbi xidmətlərin bərabər paylanmadığını müşahidə edirik. Layihəni ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirməyi planlaşdırırıq”.//report
-
В Баку, Сумгайыте и Абшеронском районе выплачены пенсии за июль
В Баку, Сумгайыте и Абшеронском районе выплачены пенсии за июль.
Информацию распространил Государственный фонд социальной защиты при Министерстве труда и социальной защиты населения Азербайджана.Выплата пенсий за июль жителям других регионов Азербайджана, а также лицам, имеющим право на льготное пенсионное обеспечение, также будет произведена по графику в этом месяце.






