Month: July 2025

  • Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırılıb – Video

    Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətinin dayandırılması barədə 1ərar qəbul olunub və bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Azərbaycan mazut istehsalını 56 dəfədən çox artırıb

    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 56,6 min ton mazut istehsal edilib.

    Bu göstərici 2024-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 56,6 dəfə çoxdur.

    Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 565,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % azdır.

    Bu müddət ərzində Azərbaycanda 676,1 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 6 ayının göstəriciləri ilə müqayisədə 5,5 % azdır.

    Bu ilin ilk 6 ayında ölkədə 1 milyon 141,5 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 1,4 % azdır.

    Hesabat dövründə 19,4 min ton sürtkü yağları, 115,3 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 6 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 40,9 % azalıb, neft bitumunun istehsalı isə 0,3 % artıb.

    Həmçinin, hesabat dövründə ölkədə 112,6 min ton maye qazlar, 337,8 min ton ağ neft, 105,3 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 20,2 %, ağ neftin istehsalı isə 8,2 % artıb, neft koksunun istehsalı 5,2 % azalıb.

    Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

  • Обнародовано число зарегистрированных безработных в Азербайджане

    По состоянию на 1 июля в органах Государственного агентства занятости Азербайджана зарегистрировано 229,1 тыс. безработных.

    Как сообщает Median.Az со ссылкой на ежемесячный отчет Госкомстата, 49,2% из них составляют женщины.

    Среднемесячный размер страховой выплаты по безработице составляет 436 манатов.

  • Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb

    2025-ci il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,1 min nəfər olub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd edilib ki, onların 49,2 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436 manat olmuşdur

  • В Азербайджане создание суперкомпьютерной инфраструктуры близится к завершению

    Министерство экономики Азербайджана завершает создание суперкомпьютерной инфраструктуры, которая является одной из очередных важных инициатив, способствующих развитию цифровой экономики в стране.

    Об этом заявил министр экономики Микаил Джаббаров на прошедшем в Баку мероприятии, посвященном индустрии будущего.

    По его словам, суперкомпьютерная инфраструктура обеспечит более быструю и точную подготовку экономических прогнозов, расширение возможностей симуляции в процессах принятия решений, а также применение аналитических подходов на базе обоснованных аргументов.

    Джаббаров добавил, что для более системной и устойчивой оценки подобных инициатив в Азербайджане разработана Стратегия цифровой экономики: “Целью стратегии является технологическая трансформация экономики путем создания синергии между бизнесом, государством и обществом с учетом мировых технологических трендов и динамики развития страны”.

  • Azərbaycanda superkompüter infrastrukturunun yaradılması yekunlaşmaq üzrədir

    İqtisadiyyat Nazirliyi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüslərdən biri olan superkompüter infrastrukturunun yaradılmasını yekunlaşdırmaq üzrədir.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib.

    Onun sözlərinə görə, superkompüter infrastrukturu iqtisadi proqnozların daha sürətli və dəqiq hazırlanmasını, qərar qəbuletmə proseslərində simulyasiya imkanlarının genişlənməsini, eləcə də əsaslandırılmış arqumentlərə əsaslanan analitik yanaşmaların tətbiqini təmin edəcək.

    M. Cabbarov əlavə edib ki, bu kimi təşəbbüsləri daha sistemli və davamlı şəkildə dəyərləndirmək məqsədilə Azərbaycanda Rəqəmsal İqtisadiyyat Strategiyası hazırlanıb: “Strategiya qlobal texnoloji trendləri və ölkənin inkişaf dinamikasını nəzərə alaraq, biznes, dövlət və cəmiyyət arasında sinerji yaratmaqla iqtisadiyyatın texnoloji transformasiyasını hədəfləyir”.

  • В Кюрдамире прорвало водопровод, без воды остались 21 тыс. человек

    В Кюрдамирском районе произошла авария на магистральном водопроводе, в результате чего приостановлено водоснабжение более 21 тыс. жителей.

    Инцидент произошел на 22-м километре автодороги Агсу-Бехтямтепе вблизи села Уджарлы.

    По информации, в результате аварии лопнул двухметровый участок трубы диаметром 500 мм. На месте работают специалисты и техника управления эксплуатации мелиоративных систем Кюрдамира.

  • Kürdəmirdə magistral su kəməri partlayıb, 21 min nəfərin su təchizatı dayanıb

    Kürdəmir rayonunda magistral su kəməri partlayıb.

    Hadisə Ağsu-Bəhtamtəpə yolunun 22-ci km-də, boru xəttinin rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, diametri 500 millimetr olan borunun iki metrlik hissəsi partlayıb. Nəticədə 21 min nəfərin su təminatı dayanıb.

    Hadisə yerinə Kürdəmir rayon su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

    Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.

  • Hindistanlı tennisçi atası tərəfindən güllələnib

    Hindistanlı tennisçi Radxika Yadav atası tərəfindən güllələnib.

    Hadisə mübahisə zəmnində baş verib.

    Səhər yeməyi zamanı ata və qızı arasında mübahisə tennisçinin güllələnməsi ilə nəticələnib. Dipak Yadav qızına beş dəfə atəş açıb. Güllələrdən üçü idmançıya dəyib və ona ölümcül xəsarətlər yetirib. 25 yaşlı tennisçi xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    49 yaşlı ata sorğu-sual zamanı bildirib ki, insanların onun məhz qızının qazancı və şöhrəti hesabına yaşadığı bardə danışması belə bir addıma səbəb olub.

    Qeyd edək ki, Radxika Yadavın Beynəlxalq Tennis Federasiyasının (ITF) reytinqində ən yaxşı mövqeyi 2024-cü ilin noyabrında 113-cü yer olub.
    //report

  • На Абшероне обнаружены гранаты, взрывчатка и большое количество боеприпасов

    В селах Мамедли и Новханы Абшеронского района, а также на территории населенного пункта Масазыр были обнаружены оружие и боеприпасы.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям, на место были направлены специалисты группы быстрого реагирования по разминированию Службы спасения особого риска МЧС.

    В ходе осмотра места происшествия, проведенного совместно с сотрудниками правоохранительных органов с соблюдением необходимых мер безопасности, установлено, что обнаруженные боеприпасы – это 17 ручных гранат Ф-1, 16 детонаторов УЗРКМ (унифицированный запал ручной гранаты модернизированный), 1 детонатор UBR-M75P1, 85 патронов калибра 7,62 мм, 44 патрона калибра 5,45 мм, 13 патронов калибра 9,18 мм, 1 автомат АК-74 и 2 магазина к нему, 1 автомат АКСУ, 2 пистолета Макарова и 2 магазина к нему, а также 1 штык-нож.

    Боеприпасы были вывезены с территории для нейтрализации специалистами группы Службы спасения особого риска.