Month: July 2025

  • “Qarabağ” daha bir oyunçu transfer etdi

    “Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

    Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.
    Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu ilə “2+2” illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da “6” nömrəli forma ilə çıxış edəcək.
    Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyullann”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

  • Prorektor işdən çıxarıldı – FOTO

    Mingəçevir Dövlət Universitetinin (MDU) elmi işlər üzrə prorektoru Veysəl Əyyubov vəzifəsindən azad olunub.

    Teleqraf-ın yerli bürosunun əldə etdiyi xəbərə görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb.

    Prorektorun ərizəsi qəbul edilib.

    Həmin vəzifəyə hələlik yeni təyinat olmayıb.

    Qeyd edək ki, Veysəl Əyyubov 2015-ci il sentyabr ayından MDU-nun elmi işlər üzrə prorektoru işləyirdi.

    Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci il aprelin 9-da imzaladığı sərəncamla Anar Eminov MDU-nun rektoru təyin edilib.

  • İmişlidə 23 yaşlı gənc bıçaqlandı

    İmişli rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Boşçalılar kəndində baş verib.

    Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü İsmayılzadə Səbuhi Müşfiq oğlu bıçaq yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Министр энергетики Украины посетит Азербайджан

    Министр энергетики Украины Герман Галущенко посетит Азербайджан.

    Согласно полученной Oxu.Az информации, визит состоится уже сегодня.

    С завтрашнего дня в Баку у министра запланированы встречи на высоком уровне.

  • Ukraynanın energetika naziri Azərbaycana gəlir

    Ukraynanın energetika naziri German Qaluşenko Azərbaycana səfərə gəlir.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, səfər bu gün baş tutacaq.

    Sabahdan etibarən isə nazirin ölkəmizdə yüksəksəviyyəli görüşlər həyata keçirməsi planlaşdırılır.

  • Россия закрыла консульство Польши

    Консульство Польши в Калининграде закрывается. Эта мера принята в ответ на аналогичные действия польской стороны.

    Об этом сообщили в МИД России.

    О решении объявили временному поверенному в делах Польши в России.

    Ранее Польша закрыла российское консульство в Кракове.

  • Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağladı

    Rusiyanın Kalininqrad şəhərində Polşa Konsulluğu bağlanır. Bu tədbir Polşa tərəfinin oxşar hərəkətlərinə cavab olaraq qəbul edilib.

    Bu barədə Rusiya XİN məlumat yayıb.

    Qərar Polşanın Rusiyadakı müvəqqəti işlər vəkilinə elan edilib.

    Xatırladaq ki, daha əvvəl Polşa Krakovda Rusiya konsulluğunu bağlamışdı.

  • İynədən sonra şoka düşən qadın həyatını itirdi

    Goranboy rayonunda qadın iynə vurdurduqdan sonra həyatını itirib.

    Hadisə bu gün günorta saatlarında qeydə alınıb.

    Belə ki, iynədən sonra rayon sakini Aynur Cəfərovanın halı qəfil pisləşib.

    Yaxınları onu dərhal xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

    Hadisənin ilkin səbəbi kimi A.Cəfərovanın iynəyə qarşı şok reaksiyası keçirdiyi ehtimal olunur.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11 iyul tarixində, saat 14:30-da Goranboy rayon sakini, 1979-cu il təvəllüdlü qadının vəziyyətinin pisləşməsi barədə çağırış daxil olub.

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə qurumdan bildirilib.
    //oxu.az

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir 1-ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti, məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin kompressor (1 atm) vasitəsilə kipliyi sınaq ediləcək.

    Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçədə 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

  • Türkiyə Prezidenti PKK-nın tərksilah prosesinə münasibət bildirib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının tərksilah olmağa başlamasını şərh edib.


    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə onun “X” sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda deyilir:
    “Ümid edirəm ki, terrordan azad Türkiyə hədəfimizə doğru bugünkü mühüm addım xeyirli olacaq. Allah bizlərə ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin”.
    Qeyd edək ki, PKK terror təşkilatının bir qrupu bu gün İraqın Süleymaniyyə bölgəsində tərksilah olub.
    4-ü komandir olmaqla 30 PKK terrorçusu tərksilah prosesi çərçivəsində silahlarını yandırıb.