Month: July 2025

  • Komitə: Bu ilin birinci yarısında 232 qadın zorakılığa məruz qalıb

    2025-ci ilin yanvar-iyun ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 241 müraciət daxil olub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq komitədən məlumat verilib.

    Qeyd edilib ki, ilin ilk 6 ayı ərzində 232 qadın, 30 kişi, 181 uşaq zorakılığa məruz qalıb.

    Məlumata əsasən, dövlət qurumuna müraciətlərin 172-si fiziki, 53-ü psixoloji, 11-i iqtisadi, 5-i isə cinsi zorakılıqla əlaqədar olub.

    Həmçinin müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi regionların payına düşür.

  • МЧС призывает не выбрасывать тлеющие окурки из-за риска возгорания

    Выброшенный в мусорное ведро или пакет тлеющий окурок представляет собой потенциальную угрозу возгорания.

    Об этом говорится в обращении Министерства по чрезвычайным ситуациям (МЧС).

    Ведомство подчеркивает, что в условиях засушливой и жаркой летней погоды даже один тлеющий окурок может стать причиной масштабного пожара:

    “Недавний инцидент в Наримановском районе Баку наглядно демонстрирует масштаб проблемы. Пожар, произошедший по адресу улица Ашыг Молла Джума, 46, нанес значительный материальный ущерб. Расследование, проведенное сотрудниками Государственной службы пожарного надзора МЧС, установило, что причиной стало грубое нарушение правил пожарной безопасности: гражданин бросил непотушенный окурок в картонные коробки. Несмотря на попытки самостоятельно потушить пламя, он покинул место происшествия, не убедившись, что сигарета полностью потухла. В результате возник пожар”, – говорится в заявлении.

    МЧС отмечает, что подобные случаи не исключены и в других местах. Это увеличивает риск возгорания на объектах с массовым скоппением людей, вблизи потенциально опасных и социально значимых объектов, а также в лесах и на других природных территориях:

    “К сожалению, несмотря на проводимую масштабную просветительскую работу, случаи халатного отношения к пожарной безопасности продолжаются. С учетом этого МЧС вновь призывает граждан строго соблюдать правила пожарной безопасности, особенно в летний период. Важно помнить: при курении на открытом воздухе необходимо учитывать состояние окружающей среды и ни в коем случае не выбрасывать тлеющие окурки. Нарушение этого простого правила может привести к серьезным последствиям”.

  • FHN: Söndürülməmiş siqaret kötüyünün atılması ciddi yanğına səbəb olub

    Siqaretin tam söndürülmədən zibil qutusuna və ya torbasına atılması bariz yanğın təhlükəsi yaradır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) müraciətində qeyd olunub.

    Bildirilib ki, hazırda yay fəslinin davam etdiyi qızmar günlərdə tam söndürülməyən siqaretin fəsadları quru hava şəraitində daha ciddi yanğınlara səbəb olur:

    “Qeyd etmək lazımdır ki, belə hadisələrdən biri də Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46 ünvanında baş verib. Adı çəkilən ünvanda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə inspektorları tərəfindən aparılmış ibtidai araşdırma nəticəsində, vətəndaş tərəfindən siqaret çəkilməsi zamanı ehtiyatsızlığa yol verilməsi səbəbindən maddi ziyanla nəticələnən yanğın hadisəsinin baş verdiyi müəyyən edilib. Məlum olub ki, vətəndaş söndürülməmiş siqaret kötüyünü karton qutuların içərisinə atıb, sonradan onun söndürülməsi üçün cəhd göstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazini tərk etdiyindən nəticədə yanğın hadisəsi baş verib”.

    Məlumatda qeyd olunub ki, analoji hərəkətlərin digər ərazilərdə də vətəndaşlar tərəfindən təkrarlanma halları istisna edilmir ki, bu da insanların kütləvi toplaşdığı müxtəlif təyinatlı, təhlükə potensiallı, o cümlədən mühüm əhəmiyyətli və həyat təminedici obyektlərdə, meşə və digər təbiət ərazilərində yanğınların baş vermə riskini artırır:

    “Təəssüflə vurğulayırıq ki, genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasına baxmayaraq mövcud mənzərə vətəndaşların hələ də səhlənkar davranışlara yol verməsinin nümunəsidir. Bütün bunları nəzərə alaraq FHN bir daha əhalini xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıq ərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşı vəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyü ətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağır nəticələrə səbəb olan yanğın hadisələrinin başlıca səbəbləridir”.

  • “Marsel” və “Feyenoord” transferlə bağlı razılığa gəlib

    Fransanın “Marsel” və Niderlandın “Feyenoord” klubları İqor Payşanın transferi ilə bağlı razılığa gəliblər.

    Median.Az “L’Equipe”ə istinadən xəbər verir ki, transferin dəyəri bonuslarla birlikdə 35 milyon avro təşkil edəcək.

    Sövdələşmənin yaxın günlərdə tamamlanacağı gözlənilir.

    Qeyd edək ki, 25 yaşlı braziliyalı vinger “Feyenoord”un heyətində ötən mövsüm meydana çıxdığı 47 matçda 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

  • В Стамбуле из-за лесных пожаров запрещена продажа и использование пиротехники

    В Стамбуле (Турция) из-за лесных пожаров запрещена продажа и использование фейерверков и другой легковоспламеняющейся пиротехники.

    Как сообщает Median.Az со ссылкой на TRT Haber, информацию распространила администрация Стамбула.

    Отмечено, что запрет будет действовать в течение трех месяцев.

    “В рамках мер по борьбе с лесными пожарами доступ в лесные массивы запрещен с 23 июня по 15 октября. Помимо этого, продажа и использование фейерверков, сигнальных ракет, факелов и других взрывчатых и легковоспламеняющихся веществ в Стамбуле запрещены с 29 июля по 28 октября 2025 года”, – говорится в информации.

    Также подчеркнуто, что к предприятиям и лицам, не соблюдающим запрет, будут приняты правовые меры.

  • İstanbulda meşə yanğınları səbəbindən pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib

    Türkiyənin İstanbul şəhərində meşə yanğınları səbəbindən fişəng və digər tez alışan pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.

    Bildirilib ki, qadağa üç ay müddətinə qüvvədə olacaq.

    “Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində meşəlik ərazilərə girişlər iyunun 23-dən oktyabrın 15-dək qadağan edilmişdi. Bu tədbirə əlavə olaraq, İstanbul ərazisində fişəng, siqnal fişəngi, məşəl və digər partlayıcı-yanıcı maddələrin satışı və istifadəsi 2025-ci il iyulun 29-dan oktyabrın 28-dək qadağan olunub”, – məlumatda vurğulanıb.

    Eyni zamanda qeyd olunub ki, qadağaya əməl etməyən müəssisə və şəxslər barəsində hüquqi tədbirlər görüləcək.

  • В Гахе мужчина погиб после падения с лестницы в ресторане

    В Гахе мужчина погиб в результате несчастного случая.

    Орхан Гараев получил травмы, по неосторожности упав с лестницы в одном из ресторанов.

    Пострадавший был госпитализирован, однако скончался в больнице.

    По факту ведется расследование.

  • Qaxda kişi restoranda pilləkəndən yıxılaraq ölüb

    Qaxda kişi restoranda pilləkəndən yıxılaraq ölüb.

    Orxan Qarayev Qax şəhərində yerləşən restoranlardan birində ehtiyatsızlıqdan pilləkənlərdən yıxılaraq xəsarət alıb. O. Qarayev xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

    Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

  • В Марокко при крушении учебного самолета погибли два офицера ВВС

    Учебно-тренировочный самолет Alphajet потерпел 28 июля крушение в аэропорту Фес-Саисс на севере Марокко.

    Об этом сообщило агентство Maghreb Arabe Presse.

    Отмечается, что в результате происшествия погибли два офицера Королевских ВВС, выполнявших учебное задание.

    Королевские вооруженные силы Марокко выразили соболезнования семьям погибших. Cоздана комиссия по расследованию с целью выяснения причин происшествия.

  • Mərakeşdə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

    Mərakeşin şimalındakı Fes-Saiss hava limanında “Alphajet” təlim təyyarəsi qəzaya uğrayıb.

    Bu barədə “Maghreb Arabe Presse” agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, hadisə zamanı Krallığın Hərbi Hava Qüvvələrinin təlim missiyasında olan iki zabiti həlak olub.

    Mərakeş Krallığının Silahlı Qüvvələri həlak olanların ailələrinə başsağlığı verib. Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komissiyası yaradılıb.