Month: July 2025

  • Ermənistan Müdafiə Nazirliyinin poliqonunda partlayış: Yaralılar var

    Ermənistanın Müdafiə Nazirliyinin (MN) poliqonlarından birində baş verən partlayış nəticəsində səkkiz hərbçi yaralanıb.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin MN məlumat yayıb.

    Qeyd olunur ki, xəsarət alanlar təlim iştirakçıları, eləcə də onlarla birgə təlim keçirmiş polkovnik-leytenantdır. Onların həyatları üçün heç bir təhlükə yoxdur.

    Məlumata görə, yaralılar hərbi hospitalın həkimlərinin nəzarəti altındadırlar və onlara müvafiq tibbi yardım göstərilir.

    Daha əvvəl Ermənistan MN məlumat vermişdi ki, iyulun 8-də saat 16 radələrində nazirliyin poliqonlarından birində keçirilən təlimlər zamanı ilkin məlumata görə, minaatanlardan açılan atəş zamanı partlayış baş verib, nəticədə bir neçə nəfər xəsarət alıb.

  • Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir – VİDEO

    Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, manevr Azərbaycanda keçirilir.

    Bildirilib ki, təlim rəhbərləri mərasimdə iki ölkə arasında keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.

    Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.

    Təlim iyulun 10-dək davam edəcək.

  • Джейхун Байрамов поздравил сотрудников дипслужбы с профессиональным праздником

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов поздравил сотрудников дипломатической службы с профессиональным праздником.

    Глава внешнеполитического ведомства написал в соцсети X.

    “В День профессионального праздника сотрудников дипломатической службы – 9 Июля, желаю постоянных успехов нашим дипломатам, которые неустанно трудятся во имя защиты наших национальных интересов и укрепления наших позиций на международной арене. Поздравляю с профессиональным праздником!” – говорится в публикации.

  • Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib – FOTO

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

    Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “9 İyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!” – paylaşımda deyilir.

  • Azərbaycandan qanunsuz valyuta çıxaran şirkət rəhbəri cərimələndi

    Azərbaycandan külli miqdarda vəsait çıxaran şirkət rəhbəri cəzalandırılıb.

    Oxu.az-ın məlumatına görə, “ZERNAK” Məhdud Məsuliyyətli Cəmiyyəti 84 min 4 ABŞ dollarını 2023-cü ildə xaricə – “SHAOXING KEQIAO PANJIN TEXTILE CO., LTD”nin müvafiq bankdakı olan hesabına köçürsə də, 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməyib.

    Faktla bağlı protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət 16 min 800 ABŞ dolları cərimə edilib.

  • Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların veriləcəyi tarix açıqlanıb

    İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

    Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • В некоторых частях Нахчывана не будет воды

    Сегодня в некоторых частях города Нахчыван будет приостановлена подача питьевой воды.

    В связи с устранением аварии на магистральной линии с 10:00 до завершения работ возникнут перебои в подаче воды в кварталы Алигулу Гамкусар, Бабек и Алинджа.

    Ожидается, что работы будут завершены сегодня.

  • Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq

    Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

    Buna səbəb şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır.

    Odur ki, saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

  • СМИ: Рак можно выявить по крови за 3 года до первых симптомов

    Американские ученые из Центра Людвига при Университете Джонса Хопкинса установили, что с помощью теста на раннее выявление рака (MCED) можно определять наличие болезни как минимум за три года до появления первых симптомов.

    Результаты исследования опубликованы в журнале Cancer Discovery, издаваемом Американской ассоциацией исследований рака (AACR).

    Проведя сверхточные методы секвенирования, специалисты выяснили, что именно за три года до возможной постановки онкологического диагноза опухоли начинают оставлять в крови определенные следы. Ведущий автор проделанной работы Юйсюань Ван подчеркнул, что это достаточный срок для медицинского вмешательства.

    “На этой стадии опухоль еще не успевает развиться, и шансы на излечение гораздо выше”, – отметил он.

  • Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək

    ABŞ-də Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Lüdviq Mərkəzinin alimləri xərçəng xəstəliyinin ilk simptomlar yaranmazdan bir neçə il əvvəl qanda aşkarlanmasının mümkün olduğunu müəyyən ediblər.

    Bu barədə Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının “Cancer Discovery” jurnalında dərc olunmuş elmi məqaləsində bildirilir.

    Tədqiqatçılar MCED (Multi-Cancer Early Detection) adlanan çoxnövlü erkən xərçəng aşkarlama testi vasitəsilə ultrahəssas DNT sekvensiya üsullarından istifadə edərək müəyyən ediblər ki, şişlər diaqnoz qoyulmazdan 3 il əvvəl qan dövranında müəyyən genetik izlər buraxmağa başlayır.

    Tədqiqatın aparıcı müəllifi Yusyuan Van qeyd edib ki, bu zaman çərçivəsi erkən tibbi müdaxilə üçün yetərli imkan yaradır:

    “Bu mərhələdə şiş hələ tam inkişaf etməmiş olur və müalicənin uğurla nəticələnməsi ehtimalı xeyli yüksəkdir”, – deyə o vurğulayıb.

    Bu nəticə, xərçəngin erkən mərhələdə aşkarlanması və qarşısının alınması sahəsində tibbin böyük irəliləyişi hesab olunur. Alimlər bildirirlər ki, belə texnologiyalar gələcəkdə xərçəngin ölümcül fəsadlarını azaltmaqda mühüm rol oynaya bilər.