Month: July 2025

  • В Шамкирском районе произошло тяжелое ДТП: есть погибший и пострадавшие

    На территории села Шиштепе Шамкирского района произошло тяжелое дорожно-транспортное происшествие (ДТП).

    Автомобиль KİA с государственным регистрационным номером 10-UR-057, за рулем которого находился житель города Шамкир Анар Атакишизаде (1992 г.р.), съехал с дороги и перевернулся.

    В результате ДТП водитель и пассажиры – жители села Шиштепе Орхан Атакишиев (1993 г.р.), Джамиль Ибадуллаев (1993 г.р.) и Интигам Атакишиев (1968 г.р.) получили травмы различной степени тяжести.

    Пострадавшие были госпитализированы. От полученных травм И.Атакишиев скончался в медучреждении.

    По данному факту ведется расследование.
    //oxu.az

  • Şəmkirdə ağır qəza: Ölən və yaralananlar var

    Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb.

    Şəmkir şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Atakişizadə KIA markalı 10-UR-057 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.

    Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər – Şiştəpə kənd sakinləri, 1993-cü il təvəllüdlü Orxan Atakişiyev, 1993-cü il təvəllüdlü Cəmil İbadullayev və 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar xəstəxanaya çatdırılıblar. İ.Atakişiyev aldığı xəsarətlərdən həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Вчера из Германии реадмиссированы 28 граждан Азербайджана

    Минувшим днем 28 граждан Азербайджана были реадмиссированы из Германии в рамках соглашения “О реадмиссии лиц, проживающих без разрешения” между Азербайджанской Республикой и Европейским союзом.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Государственной миграционной службы (ГМС) АР.

    Отметим, что Рабочая группа по реинтеграции, состоящая из представителей соответствующих государственных органов, деятельность которых координирует ГМС, осуществляет необходимые меры для оперативного решения трудностей и проблем, с которыми сталкиваются реадмиссированные граждане АР, а также организует работу по их эффективной и устойчивой социально-экономической реинтеграции в общество.

  • Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub

    Ötən gün 28 azərbaycanlı “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

    Qeyd edək ki, DMX fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

  • Установлена личность мужчины, тело которого обнаружено в Верхне-Карабахском канале

    Установлена личность мужчины, тело которого обнаружено в Верхне-Карабахском канале.

    Труп принадлежит жителю Евлахского района Сахавату Абдуллаеву (1985 г.р.).

    Отметим, что вчера на участке Верхне-Карабахского канала, проходящем через территорию села Гасангая Бардинского района, было обнаружено неопознанное тело.

    По данному факту продолжается расследование.

  • Yuxarı Qarabağ kanalından aşkarlanan naməlum meyitin kimliyi məlum OLDU

    Yuxarı Qarabağ kanalından aşkarlanan naməlum meyitin kimliyi məlum olub.

    Meyiti aşkarlanan şəxs Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Səxavət Novruz oğlu Abdullayevdir.

    Qeyd edək ki, ötən gün Bərdə rayonunda Yuxarı Qarabağ kanalından naməlum meyit aşkar edilib.

    Naməlum meyit kanalın Həsənqaya kəndi ərazisindən keçən hissəsində tapılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Azərbaycanda xərçəng xəstələrinin sayı artdı – RƏSMİ

    Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
    Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub.
    Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub.
    Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

  • Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var

    Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var.


    Median.Az “Report”a istinadən xəbər verir ki, rayonun Zəhmət kəndi ərazisində “Niva” və “Toyota Prius” markalı avtomobillər toqquşub.
    Yol qəzası nəticəsində 1961-ci il təvəllüdlü V.Həsənov, 1962-ci il təvəllüdlü Ə.Rzayev, X.Bayramova və 2000-ci il təvəllüdlü Ü.Hüseynov xəsarət alıb.
    Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
    Hadisənin səbəbləri araşdırılır.

  • Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı

    202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb. 

    Bu barədə idarədən məlumat verilib.

    Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib. 

    Müəyyən edilmiş nöqsanlara əsasən bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur. 

    Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılır.

  • Aşıq Əhliman insult keçirib

    Aşıq Əhliman Rəhimovun səhhətində problem yaranıb.

    Bu barədə “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal məlumat verib.

    Aparıcı sənətkarın iki dəfə insult keçirdiyini bildirib: “Aşıq Əhlimana Allah kömək olsun. İki dəfə insult keçirib, danışmaqda çətinlik çəkir”.

    Qeyd edək ki, Əhliman Rəhimov üç il əvvəl ürək problemi ilə bağlı əməliyyat olunmuşdu.