Month: July 2025

  • Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb

    Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib.

    Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Buna əsasən, Tufanyana əlavə cəza – 5 il müddətinə icazə şərti ilə silah saxlama və ya gəzdirmə qadağası əlavə edilməklə, 12 ay şərti həbs cəzası (daha ağır cəza, çünki birinci instansiya məhkəməsinin qərarına görə, o, 6 ay şərti cəzaya məhkum edilib).

    Bundan əlavə, məhkəmə iş materiallarını araşdırdıqdan sonra Tufanyanı bir qrup şəxs və ya ortaqlar tərəfindən ictimai istifadə üçün nəzərdə tutulmuş əmlaka ziyan vurmaqda təqsirli bilib. Belə ki, məhkəmə birinci instansiya ilə müqayisədə cinayətin ağırlığını qəbul edib.

    Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mülki iddiada, yəni onun barəsində maddi cəza təyin edilməsi ilə çıxardığı qərarı qüvvədə saxlayıb.

  • Азербайджанец оштрафован на 8 000 манатов за попытку дать взятку полицейскому в России

    Гражданин Азербайджана Джавидан Гасанов предстал перед судом по обвинению в попытке дачи взятки сотруднику полиции в России.

    Как сообщает Oxu.Az, инцидент произошел в 2019 году в Санкт-Петербурге. Дж.Гасанов приехал в этот город, чтобы навестить отца, и устроился официантом в кафе. Спустя некоторое время он покинул отцовский дом и начал работать в заведении, принадлежащем соотечественнику по имени Рафик.

    Через несколько дней, когда Дж.Гасанов передвигался по городу на автомобиле владельца кафе, он был остановлен сотрудниками полиции. В ходе проверки выяснилось, что его документы поддельные. Молодого человека доставили в Пушкинский районный отдел полиции Санкт-Петербурга, где в его отношении был составлен протокол.

    Оказавшись в затруднительном положении, Дж.Гасанов предложил дознавателю взятку в размере 15 000 рублей (325 манатов) за свое освобождение. Однако попытка подкупа не увенчалась успехом. В результате в отделе полиции против него было возбуждено уголовное дело по статье о даче взятки.

    Несмотря на то, что Дж.Гасанов впоследствии вернулся в Азербайджан, уголовное преследование в его отношении продолжилось. Дело было передано азербайджанским властям и рассматривалось в Гянджинском суде по тяжким преступлениям. Судебным решением обвиняемый был оштрафован на 8 000 манатов.

  • Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi

    Rusiyada polisə rüşvət verməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Cavidan Həsənov hakim qarşısına çıxarılıb.

    Oxu.Az-ın məlumatına görə, hadisə 2019-cu ildə Sankt-Peterburq şəhərində baş verib. Azərbaycan vətəndaşı olan Cavidan Həsənov Sankt-Peterburq şəhərinə atasının yanına gedib və orada kafedə ofisiant işləyib. Bir müddət sonra o, atasının yanından çıxaraq Rafiq adlı azərbaycanlının kafesində işləməyə başlayıb. Bir neçə gündən sonra Cavidan kafe sahibinin avtomobili ilə şəhərdə gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, C.Həsənovun sənədləri saxtadır. O, Sakt-Peterburq şəhəri, Puşkin Rayon Polis İdarəsinə dəvət edilib və barəsində protokol tərtib edilib. C.Həsənov polis şöbəsinin təhqiqatçısına 15 min rubl təklif edərək sərbəst buraxılmasını istəyib. Lakin o, polisə rüşvət verə bilməyib. Nəticədə polis şöbəsində onun barəsində rüşvətvermə maddəsi ilə cinayət işi başlanıb.

    C.Həsənov Azərbaycana gəlsə də, onun barəsində cinayət təqibi davam etdirilib və iş Azərbaycana göndərilib.

    İşə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb və hökm elan olunub.

    Məhkəmənin hökmü ilə C.Həsənov 8 min manat cərimə edilib.

  • Ильхам Алиев выразил соболезнования Дональду Трампу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил президенту Соединенных Штатов Америки Дональду Трампу письмо с соболезнованиями.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин президент,

    Глубоко потрясены известием о многочисленных человеческих жертвах и разрушениях в результате сильного наводнения в штате Техас.

    В связи с этой трагедией от своего имени и от имени народа Азербайджана с глубокой скорбью выражаю соболезнования Вам, семьям и близким погибших, всему американскому народу, желаю выздоровления пострадавшим”.

  • İlham Əliyev Donald Trampa başsağlığı verdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan ölümü və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

    Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

  • Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

    “Referans Medical Group”un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.

    Bu vəzifəyə Natəvan Bayramova təyinat alıb.

    Qeyd edək ki, N.Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.

    Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər, elm və təhsil departamentinin direktor müavini işləyib.

    Natəvan Bayramova 2019-2022-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin, 2023-2025-ci illərdə Dövlət Miqrasiya Xidmətinin sözçüsü vəzifəsində çalışıb.

    Xatırladaq ki, Natəvan Bayramova bu ilin aprel ayında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi vəzifəsindən ayrılmışdı.

  • Министр иностранных дел Пакистана выразил благодарность Азербайджану

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов провел телефонный разговор с вице-премьером и главой МИД Пакистана Мухаммадом Исхаком Даром.

    Как сообщает Median.Az со ссылкой на публикацию внешнеполитического ведомства Пакистана в социальной сети X, во время беседы пакистанский министр поздравил Азербайджан с успешным проведением 17-го саммита Организации экономического сотрудничества (ОЭС).

    Кроме того, Мухаммад Исхак Дар выразил благодарность за теплый прием, оказанный ему и сопровождавшей его делегации в городе Ханкенди.

    Из публикации пакистанского МИД следует, что в ходе беседы стороны выразили удовлетворение позитивной динамикой двусторонних отношений, отметили активизацию контактов на высоком уровне и договорились продолжать поиск новых возможностей для расширения сотрудничества.

  • Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

    Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabındakı paylaşımda deyilir.

    Məlumata görə, Məhəmməd İshaq Dar telefon danışığı zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə toplantısının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, Xankəndidə ona və onu müşayiət edən nümayəndə heyətinə göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib.

    Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnun olduqlarını bildiriblər, yüksəksəviyyəli təmasların intensivləşdiyini qeyd ediblər və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışını davam etdirməyə razılaşıblar.

  • В Армении военные пострадали от разрыва минометного снаряда

    В одной из воинских частей в Армении несколько военнослужащие пострадали, по предварительным данным, от разрыва минометного снаряда.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщает минобороны РА.

    Согласно информации, инцидент произошел 8 июля в 16:00 (совпадает с бакинским – ред.) на военном полигоне во время занятий.

    Отмечается, что для полного выяснения обстоятельств происшествия ведется следствие.

  • Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

    Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində partlayış baş verib.

    Median.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Hadisə iyulun 8-də saat 16:00-da (Bakı vaxtı ilə eynidir – red.) hərbi hissələrdən birinin poliqonunda məşğələlər zamanı baş verib. Faktla bağlı təhqiqat aparılır.

    İlkin məlumatlara görə, hərbçilər minaatan mərmisinin partlaması nəticəsində yaralanıblar.