Month: July 2025

  • Sabah bəzi yerlərə yağış yağacaq

    Bakıda və Abşeron yarımadasında iyulun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

    Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

  • Argentinalı futbolçu “Liverpul”a keçə bilər

    İtaliyanın “Roma” klubunun argentinalı futbolçusu Paulo Dibala karyerasını İngiltərə təmsilçisi “Liverpul”da davam etdirə bilər.

    Bu barədə “İl Romanista” məlumat yayıb.

    Ölkə çempionu 31 yaşlı hücumçunun agenti ilə əlaqə saxlayıb.

    Qeyd edək ki, Dibala martdan zədə səbəbindən oynamayıb. Argentinalı oyunçu ötən mövsüm “Roma”da 36 matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

  • В Каире при пожаре в дата-центре погибли четыре человека, пострадали свыше 20

    В результате пожара, вспыхнувшего 7 июля в крупном дата-центре компании Telecom Egypt в Каире, погибли четыре сотрудника, еще как минимум 22 человека получили ранения.

    Об этом агентство Reuters сообщает со ссылкой на представителя Минздрава Египта Хоссам Абделя Гаффара.

    Отмечается, что большинство пострадавших отравились продуктами горения.

    Пожар был локализован в тот же день, что позволило предотвратить его распространение на все здание и соседние строения. Тем не менее инцидент вызвал серьезные перебои в работе телефонной связи и интернета по всей столице. Нарушения затронули также цифровые банковские сервисы: возникли сбои в работе банкоматов, банковских карт и онлайн-платежей.

    Согласно данным мониторингового сервиса NetBlocks, уровень интернет-соединения по стране снизился до 62% от обычного показателя.

    Министр связи и информационных технологий Египта Амр Талаат заявил, что восстановление сервисов будет происходить постепенно в течение 24 часов.

    По предварительным данным, причиной пожара могло стать короткое замыкание.

  • Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb

    Misirin paytaxtı Qahirədə “Telecom Egypt” şirkətinin böyük data mərkəzində ötən gün baş verən yanğın nəticəsində 4 nəfər həlak olub, azı 22 nəfər yaralanıb.

    Bu barədə “Reuters” Misir Səhiyyə Nazirliyinin nümayəndəsi Hossam Abdel Qaffara istinadən məlumat yayıb.

    Qeyd olunub ki, zərərçəkənlərin əksəriyyəti zəhərlənib.

    Bildirilib ki, yanğın həmin gün lokallaşdırılıb. Buna baxmayaraq, hadisə paytaxtın hər yerində telefon əlaqəsi və internetin işində ciddi fasilələrə səbəb olub. Pozuntular rəqəmsal bank xidmətlərinə də təsir göstərib: bankomatların, bank kartlarının və onlayn ödənişlərin işində nasazlıqlar yaranıb.

    İlkin məlumatlara görə, yanğına qısaqapanma səbəb ola bilər.

  • Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

    Zəngilan rayonun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə “Xaş-xaş 2025” planına uyğun olaraq tədbir keçiriblər. Tədbir nəticəsində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

  • В Лянкяране молодой водитель погиб в ДТП

    В Лянкяране автомобиль врезался в грузовик, погиб 20-летний водитель.

    Как сообщает южное бюро Report, инцидент произошел ночью в селе Даргуба, на трассе Лянкяран-Лерик.

    Житель города Лянкяран Велизаде Ульви Фирдовси оглу (2005 г.р.) на автомобиле марки Azsamand врезался в припаркованный на обочине грузовик.

    Зажатый в автомобиле водитель был доставлен в Лянкяранскую районную центральную больницу, однако, несмотря на усилия врачей, спасти его не удалось.

    Тело для экспертизы передано в Лянкяранский межрайонный зональный центр судебно-медицинской экспертизы и патологической анатомии.

    По факту ведется расследование.

  • Lənkəranda gənc sürücü yol qəzasında ölüb

    Lənkəranda 20 yaşlı sürücü yol qəzasında ölüb.

    Hadisə gecə Lənkəran-Lerik magistralının rayonun Darquba kəndində baş verib.

    Belə ki, 2005-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ülvi Firdovsi oğlu Vəlizadənin idarə etdiyi “Azsamand” markalı nəqliyyat vasitəsi Lerik istiqamətində hərəkətdə olarkən yol kənarındakı yük avtomobilinə çırpılıb.

    Avtomobildə sıxılaraq qalan sürücü çıxarılaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Число погибших из-за наводнения в Техасе достигло 104

    Не менее 104 человек погибли в результате наводнения в штате Техас, вызванного сильными дождями и разливом реки Гуадалупе.

    Об этом сообщает со ссылкой на телеканал NBC News.

    По его данным, среди погибших как минимум 28 детей. Поисково-спасательные операции продолжаются.

    Ранее президент США Дональд Трамп заявил о планах посетить пострадавший от наводнения штат 11 июля. 6 июля он ввел режим чрезвычайной ситуации в округе Керр штата Техас. Трамп отметил, что федеральные власти оказывают содействие местным службам в ликвидации последствий наводнения. 5 июля в Техас прибыла министр внутренней безопасности США Кристи Ноэм.

  • Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb

    ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 104 nəfər ölüb.

    Bu barədə “NBC News”a istinadən xəbər verir.

    Məlumata görə, ölənlər arasında azı 28 uşaq var. Axtarış-xilasetmə əməliyyatları davam edir.

    Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər edəcəyini açıqlayıb. İyulun 6-da o, Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib. Tramp qeyd edib ki, federal hakimiyyət orqanları daşqının fəsadlarının aradan qaldırılmasında yerli xidmətlərə köməklik göztərir. İyulun 5-də ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Texasa gedib.

  • İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb

    İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1 060 nəfərə çatıb.

    Bu barədə İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi İran dövlət televiziyasında məlumat verib.

    “Bu axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1 060 nəfəri dəfn etdik”, – məmur bildirib.

    Bundan əvvəl İslam Respublikası ərazisinə endirilən zərbələr nəticəsində 935 nəfərin öldüyü bildirilirdi.