Month: July 2025

  • Кто помогает Илону Маску в создании собственной партии?

    Американский миллиардер Илон Маск, недавно объявивший о создании новой политической силы в США – “Партии Америки” (The America Party), заручился поддержкой влиятельных политических игроков и консультантов.

    Об этом со ссылкой на источники пишет портал Axios.

    По данным издания, в формировании новой партии Маску оказывают содействие “Партия вперед” (Forward Party) под руководством бывшего кандидата в президенты Эндрю Янга, Либертарианская партия США, а также ряд опытных политических консультантов.

    Основатель Tesla и SpaceX не скрывает амбициозных планов относительно своего политического проекта. Маск заявил, что видит свою партию в роли “политического дестабилизатора” на промежуточных выборах 2026 года. По мнению аналитиков Axios, это решение стало “невероятным выходом для миллиардера”, который последовательно выступает за сокращение государственного долга США, достигшего рекордных 34 трлн долларов, и продвижение устойчивых энергетических решений.

    Несколько дней назад Маск официально объявил о создании The America Party (“Партия Америки”). Он подчеркнул, что его политическая организация может поддержать определенного кандидата на президентских выборах 2028 года, однако в ближайший год основное внимание будет сосредоточено на выборах в Палату представителей и Сенат США.

    Решение Маска вызвало резкую реакцию действующего президента США Дональда Трампа, который в своих социальных сетях написал, что “с сожалением наблюдает за тем, как Илон Маск буквально сошел с ума”. Трамп выразил уверенность, что политический проект миллиардера обречен на провал.

    Стоит отметить, что Либертарианская партия, оказывающая поддержку Маску, является третьей по величине политической партией в США и выступает за минимальное вмешательство государства в экономику и личную жизнь граждан. “Партия вперед” Эндрю Янга, также сотрудничающая с Маском, была создана в 2021 году как центристская альтернатива двухпартийной системе США.

  • İlon Maska partiya yaratmaqda kim kömək edir?

    ABŞ-də yeni siyasi qurumun – Amerika Partiyasının yaradıldığını elan edən milyarder İlon Maska bir sıra məsləhətçilər, Libertarian Partiyası və Endrü Yanqın İrəli Partiyası kömək edir.

    Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

    Mask 2026-cı il ara seçkisində partiyasının siyasi destabilizator olmasını istədiyini bildirib. Məlumata görə, bu, ölkənin bütün hədləri aşan dövlət borcunu azaltmağa və dayanıqlı enerjini stimullaşdırmağa çalışan milyarder üçün inanılmaz bir addım idi.

    Bir neçə gün əvvəl amerikalı milyarder “The America Party” (Amerika Partiyası) adlandırdığı öz siyasi təşkilatını yaratdığını elan etmişdi.

    Donald Tramp bildirib ki, o, İlon Maskın sözün əsl mənasında ağlını itirdiyini görməkdən təəssüf hissi keçirir. Tramp əmindir ki, milyarderin ideyası iflasa məhkumdur.

  • Naməlum şəxs süni intellekt vasitəsilə özünü ABŞ dövlət katibi kimi təqdim etdi

    Naməlum şəxs özünü ABŞ dövlət katibi Marko Rubio kimi təqdim etmək üçün süni intellekt tərəfindən yaradılan səs və mətnlərdən istifadə edib.

    Bu barədə ABŞ-nin yüksək rütbəli rəsmisinə istinadən “The Washington Post” (WP) məlumat yayıb.

    Rubionun ofisinin Dövlət Departamentinin əməkdaşlarına göndərdiyi teleqramda qeyd olunur ki, cinayətkar məlumat və ya hesablara çıxış əldə etmək üçün nüfuzlu dövlət məmurlarını manipulyasiya etməyə çalışır.

    Bildirilir ki, fırıldaqçı üç xarici işlər naziri, bir qubernator və Konqres üzvü ilə əlaqə saxlaya bilib.

  • “Arsenal” Benjamin Şeşkonun transferindən imtina etdi

    “Arsenal” “Leypziq”in hücumçusu Benjamin Şeşko ilə bağlı transfer planlarından imtina edib.

    Median.Az “Goal” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi diqqətini Lissabonun “Sportinq” klubunda çıxış edən Viktor Qyökereşə yönəldib. Artıq isveçli futbolçu ilə ilkin razılığın əldə olunduğu bildirilir.

    “Topçular”ın Şeşkonun transferindən imtina etmələrinə səbəb kimi “Leypziq” rəhbərliyinin danışıqlarda sərgilədiyi sərt mövqeyi göstərilir. Klublar əvvəlcə yaxşı münasibətdə olsalar da, almanlar 22 yaşlı sloveniyalı hücumçuya görə 90 milyon avrodan yüksək məbləğdə israrlı olublar. Bu isə “Arsenal” rəhbərliyində narazılıq yaradıb.

    Şeşko ötən il də “Arsenal”a keçmək şansı əldə etmişdi, ancaq gənc forvard o vaxt inkişafı üçün bir mövsüm də “Leypziq”də qalmağı üstün tutmuşdu. London klubu isə onun qiymətinin bu qədər yüksələcəyini gözləmirdi.

  • Верховный суд вынес решение по делу о покушении на депутата Фазиля Мустафу

    Завершился судебный процесс по кассационной жалобе на приговор в отношении Азера Сарыджанова, Эльшада Аскерова и Сабухи Ширинова, обвиняемых в покушении на депутата Фазиля Мустафу.

    Как сообщает Oxu.Az, решение было принято на заседании в Верховном суде под председательством Алескера Новрузова.

    Суд не удовлетворил кассационную жалобу и оставил приговор в силе.

    Напомним, инцидент произошел 28 марта прошлого года в поселке Забрат Сабунчинского района. На Фазиля Мустафу было совершено вооруженное нападение перед его домом.

    Бакинский суд по тяжким преступлениям признал виновными и приговорил Азера Сарыджанова к пожизненному заключению, Сабухи Ширинова – к 20 годам, Рашада Ахмедова – к 19, Эльшада Аскерова – к 18, а Эмина Алиярова – к 4 годам лишения свободы.

  • Deputata qarşı sui-qəsd cəhdində təqsirləndirilənlərin şikayəti rədd edildi

    Ali Məhkəmədə millət vəkili Fazil Mustafaya qarşı sui-qəsdə cəhddə təqsirləndirilən 3 nəfər – Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun kassasiya şikayətlərinə baxılıb.

    Oxu.Az-ın məlumatına görə, prosesdə şikayətlər araşdırılıb və qərar elan olunub.

    Məhkəmənin qərarı ilə kassasiya şikayətləri təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Fazil Qəzənfər oğluna Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.

    Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

    Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

  • Azərbaycanla İordaniya arasında böhranların idarə edilməsinə dair Saziş TƏSDİQLƏNDİ

    2025-ci il aprelin 28-də Əmman şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərməlidir.

  • Ильхам Алиев выразил соболезнования Дональду Трампу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил президенту Соединенных Штатов Америки Дональду Трампу письмо с соболезнованиями.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин президент,

    Глубоко потрясены известием о многочисленных человеческих жертвах и разрушениях в результате сильного наводнения в штате Техас.

    В связи с этой трагедией от своего имени и от имени народа Азербайджана с глубокой скорбью выражаю соболезнования Вам, семьям и близким погибших, всему американскому народу, желаю выздоровления пострадавшим”.

  • İlham Əliyev Donald Trampa başsağlığı verdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan ölümü və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

    Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.

  • Bu ərazidə qaz KƏSİLƏCƏK

    Sabah saat 10:00-dan Sabirabad rayonunun 6 kəndinin təbii qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, fasilə diametri 225, 160, 110 mm-lik PE orta təzyiqli “Azadkənd-Salmanlı” və “Azadkənd-Cəngən” yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədardır. Odur ki, sınaq işləri başa çatanadək Sabirabad rayonunun Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndlərində (ümumi 1 610 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.