Month: July 2025

  • Милли Меджлис утвердил предложенные изменения в закон о деятельности казино

    Милли Меджлис Азербайджана принял в третьем чтении законопроект о внесении изменений в закон, регулирующий деятельность казино в стране.

    Данный вопрос был вынесен на обсуждение в ходе сегодняшнего заседания парламента.

    Согласно изменениям в закон “О создании искусственного земельного участка в азербайджанском секторе Каспийского моря (озера)”, в Азербайджане будет запрещено проведение азартных игр в виртуальной форме. Для этого в законодательство вводится новая статья.

    В документе указывается, что запрещается организация и проведение казино в виртуальной форме, в том числе через интернет, мобильные сети связи, социальные медиа-платформы, другие средства электронной связи, интернет и мобильные телекоммуникационные приложения, а также платформы, основанные на других технологиях. Также запрещается продажа билетов (или других прав участия, приравненных к билетам) для участия в таких играх и исполнение финансовыми учреждениями платежных поручений клиентов или других операций по банковским и иным платежным счетам, связанных с участием в таких играх.

    Казино могут быть организованы только юридическими лицами (организаторами азартных игр), получившими лицензию от органа, определенного соответствующим органом исполнительной власти, с учетом заключения контролирующего органа, предусмотренного статьей 16.1.2 закона “О борьбе с легализацией денежных средств или иного имущества, полученных преступным путем, и финансированием терроризма”, о соответствии требованиям гражданско-правовой этики, предусмотренным статьей 17 того же закона.

    Отмечается, что лицам моложе 21 года запрещается прямое или косвенное участие в азартных играх.

    Стоит отметить, что деятельность казино в Азербайджане была запрещена 27 января 1998 года. Теперь же, с учетом требований азербайджанского законодательства, разрешается организация и проведение азартных игр только на искусственных земельных участках. Для этого вносятся изменения в Гражданский, Уголовный и Административный кодексы, а также в шесть других законодательных актов.

    Законопроект был поставлен на голосование и принят в третьем чтении.
    //oxu.az

  • Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişikliyi təsdiqləyib

    Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda qəbul edib.

    Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

    “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, Azərbaycanda kazino oyunlarının virtual formada həyata keçirilməsinə icazə verilməyəcək.

    Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə edilir.

    Sənəddə qeyd olunub ki, kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsi ilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilməyəcək.

    Kazino oyunları “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 17-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulan nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən lisenziyanı əldə edən hüquqi şəxs (kazino oyunlarının təşkilatçısı) tərəfindən təşkil ediləcək.

    Bundan başqa, kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə veriləcək.

    Vurğulanır ki, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

    Bildirilib ki, kazino oyunlarının təşkilatçısı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 17-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulan nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçün mülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu) cəlb edə bilər.

    Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirəcək.

    Əlavə edilib ki, kazino oyunlarının təşkilatçısı və operatoru “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların, bu qanunun 8-2.5-ci maddəsi ilə müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və “Lisenziyalar və icazələr haqqında” qanunun 19.8-1-ci maddəsinə uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenziyanın davandırılması və ya ləğvi üçün əsasdır.

    Yaşı 21-dən az olan şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

    Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

    Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

    Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

    Həmçinin “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsinə əsasən, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşdirilir.

    Sənədə əsasən, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340 min manat) təşkil edəcək.

    Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.

    Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

    Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

    Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

    “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması haqqında” Qanuna təklif edilən digər dəyişiklikdə isə Azərbaycanda süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir. Süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növlərinin həyata keçirilməsinə icazə veriləcək.

    Sənəddə qeyd olunub ki, Azərbaycanda kazino oyunları bu qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.

    Bu qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaq sahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür. “Lotereyalar haqqında” Qanun ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Qanun ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmur.

    Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

    Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

    Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

    Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

  • İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

    Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının” çıxarılması təklif edilir.

    Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Mövcud qanunvericiliyə əsasən, məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.

    Qanun layihəsində yuxarıdakı maddənin ləğv edilməsi təklif olunur.

    Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər.

    1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən, nikah münasibətlərinin başlanması vaxtını göstərir.

    Beləliklə, yuxarıda nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü il iyulun 8-dən qabaq başlanıb ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur.

    Bununla belə, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından real görünmür.

    Həmçinin qeyri-hökumət təşkilatı (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdirilir.

    Belə ki, QHT tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcəklər.

    Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə QHT tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər 2 500 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 8 000 manatdan 15 000 manatadək məbləğdə cərimə olunacaqlar.

    QHT, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 8 000 manatadək məbləğdə cərimə ediləcəklər.

    Bundan əlavə, dövlət qulluqçularının reyestrinə dair qaydaları pozanlar cərimələnəcək

    Layihəyə əsasən, dövlət qulluqçularının reyestrinə səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxil edilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.

    Yuxarıda nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcəklər.

    Yuxarıdakı abzaslarda “səlahiyyətli vəzifəli şəxs” dedikdə dövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrində qeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxsləri nəzərdə tutulacaq.

    Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
    //oxu.az

  • На рынке “Кешля” выявили более 700 кг испорченной рыбы

    В ходе проверок, проведенных сотрудниками Агентства продовольственной безопасности (АПБА) на бакинском рынке “Кешля”, обнаружено 740 кг рыбной продукции, непригодной для употребления.

    Об этом сообщили в АПБА.

    Сообщается, что продукция хранилась и перерабатывалась с нарушением санитарных норм. По факту принято решение о запрете продажи непригодной рыбной продукции и ее уничтожении, деятельность предприятия по переработке рыбы приостановлена до устранения нарушений, составлен административный протокол и выданы обязательные к исполнению предписания.

  • “Keşlə” bazarında istehlaka yararsız 700 kiloqramdan çox balıq məhsulu aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Keşlə” bazarında yoxlama keçirib.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə əməl edilmədən balıq məhsullarının soyuducudan kənarda saxlanılaraq satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda çəlləklərdə duzlaşdırılaraq antisanitar şəraitdə emal olunan kəskin qoxulu, həşəratlarla sirayətlənmiş ümumi çəkisi 740 kq istehlaka yararsız balıq məhsulu aşkarlanıb.

    Faktla bağlı istehlaka yararsız balıq məhsullarının satışının qadağan edilməsi və məhv olunmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, nöqsanlar aradan qaldırılanadək balıq məhsullarının emalı sahəsinin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

  • Объявлены оптовые цены на муку в Азербайджане

    Цена 50-килограммового мешка муки в оптовых пунктах производителей этого продукта в Азербайджане по состоянию на 7 июля варьировалась в пределах 25.8-28 манатов, в том числе в городе Баку и Абшеронском районе – около 26.5-27.3 манатов.

    Об этом сообщили в Государственном агентстве по антимонопольному контролю и надзору за потребительским рынком.

    Минимальная цена осталась неизменной, а максимальная цена снизилась на 0.7%. Самая низкая оптовая цена на муку по стране зафиксирована в Шабранском районе (25.8 маната), а самая высокая – в Гяндже (28 манатов).

  • Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb

    Bakı və Abşeronda unun topdansatış qiyməti açıqlanıb.

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, iyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25.8-28 manat arasında dəyişib.

    Həmçinin, bu göstərici ötən həftə ilə dəyişməyib.

    O cümlədən, Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26.5-27.3 manat arasında dəyişib. Minimum qiymət dəyişməz qalıb, maksimum qiymət isə 0.7% azalıb.

    Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25.8 manat təşkil edib ki, bu da 1 həftə əvvələ nisbətən eynidir.

    Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə eynidir.

  • В Азербайджане некоторым ученикам бесплатно выдадут школьную форму

    В Азербайджане учащимся из семей беженцев и вынужденных переселенцев будет предоставлена бесплатная школьная форма.

    Как сообщает iqtisadiyyat.az, в связи с этим Управление хозрасчетного снабжения и производства Государственного комитета по делам беженцев и вынужденных переселенцев заключило контракт с Бакинским швейным домом.

    Договор предусматривает приобретение школьной формы для мальчиков и девочек размером 42-48.

    В целом стоимость 8 000 комплектов составила 226 560 манатов.

  • Azərbaycanda bəzi şagirdlərə pulsuz məktəbli formaları veriləcək

    Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb.

    Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur.

    Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı BTE ilə bağlanılmış müqavilənin dəyəri 226 560 manat müəyyənləşib.

  • Полицейская операция в Билясуварском районе: обнаружены марихуана и опиум

    Сотрудники Джебраильского районного отдела полиции провели очередное оперативное мероприятие против незаконного оборота наркотических средств в Билясуварском районе.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел (МВД) Азербайджана, в ходе операции был задержан подозреваемый Вугар Гулузаде.

    При обыске транспортного средства, которым он управлял, было обнаружено и изъято более 2 кг марихуаны и опиума.

    По данному факту возбуждено уголовное дело, в отношении В.Гулузаде избрана мера пресечения в виде ареста. Расследование продолжается.