Month: July 2025

  • Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ – Bundan sonra…

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 Noyabr prospektindəki avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlər yaradıb.

    Qurumdan verilən məlumata görə, bunlar “Zəfər parkı”nın yaxınlığı, 2 saylı “ASAN xidmət” mərkəzi ilə üzbəüz, 59 nömrəli orta məktəbin yanındakı yerüstü piyada keçidinin yaxınlığı və onunla üzbəüz ərazilərdir.

    Qeyd edək ki, bundan əvvəl 5 məntəqədə – Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər prospektində (Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığında) minib-düşmə yerləri sərnişinlərin ixtiyarına verilib.

  • Служба госбезопасности и Госпогранслужба провели совместную операцию (ФОТО)

    Предотвращена попытка ввоза из Ирана в Азербайджан около 42 кг наркотиков.

    Служба государственной безопасности (СГБ) и Государственная пограничная служба (ГПС) провели совместные оперативно-разыскные мероприятия по борьбе с контрабандой и незаконным оборотом крупной партии наркотических средств.

    В результате операции на участке азербайджано-иранской границы, проходящей через территорию Имишлинского района, была предотвращена попытка ввоза на территорию страны различных видов наркотиков общим весом около 42 кг (33 кг 125 г сушеной марихуаны, 5 кг 15 г опиума, 1 кг 440 г метамфетамина, 2 кг 90 г героина).

    В настоящее время оперативно-разыскные мероприятия продолжаются.

  • DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ – DETALLAR (FOTO)

    İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində birgə əməliyyat-axtarış tədbirləri keçirib.

    Nəticədə, Azərbaycanın İranla sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Karyerasını bitirən İvan Rakitiç “Hayduk”da çalışacaq

    Karyerasını bitirən Xorvatiya yığmasının sabiq futbolçusu İvan Rakitiç “Hayduk”da çalışacaq.

    Ona klubda texniki direktor vəzifəsi verilib.

    Bu barədə Split klubunun yeni idman direktoru Qoran Vuçeviç bildirib. Klub rəsmisi Rakitiçlə çalışmağın şərəf olduğunu söyləyib.

    Qeyd edək ki, İ.Rakitiç 2024/2025 mövsümü başa çatdıqdan sonra karyerasını bitirdiyini açıqlayıb.

    “Hayduk” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da baş tutacaq. Cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
    //report

  • Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Türkiyənin Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Məlumata əsasən, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Мирзоян: Армения заинтересована в нормализации с Азербайджаном и Турцией

    Армения заинтересована в установлении мира на Южном Кавказе.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом глава МИД Армении Арарат Мирзоян заявил в интервью Центральному телевидению Китая (CGTN).

    “Мы стремимся к установлению мира не только на наших границах, но и в других регионах и более широких географиях. И в этом смысле наши подходы, как мы понимаем, очень близки к подходам КНР. Мы ведем переговоры с Азербайджаном”, – отметил он.

    По его словам, стороны достигли согласия по проекту мирного соглашения.

    “Сейчас мы готовы подписать и затем ратифицировать это соглашение. Мы также стремимся урегулировать наши отношения с нашим западным соседом — Турцией”, – отметил он.

  • Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır

    Ermənistan Cənubi Qafqazda sülhün qurulmasında maraqlıdır.

    Median.Az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində bildirib.

    “Biz təkcə sərhədlərimizdə deyil, digər regionlarda və daha geniş coğrafiyalarda da sülhün qurulmasına can atırıq. Bu mənada bizim yanaşmalarımız Çinin yanaşmalarına çox yaxındır. Biz Azərbaycanla danışıqlar aparırıq”, – o qeyd edib.

    A.Mirzoyanın sözlərinə görə, tərəflər sülh sazişinin layihəsi üzrə razılığa gəliblər.

    “İndi biz bu sazişi imzalamağa və sonra ratifikasiya etməyə hazırıq. Eyni zamanda, qərb qonşumuz olan Türkiyə ilə münasibətlərimizi nizamlamağa çalışırıq”, – XİN başçısı bildirib.

  • Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub

    Bakının Xəzər rayonunda keçirilən tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.

  • Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb

    Bu ilin I yarısında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 4 milyon 889,1 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

  • Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb

    Bakının Nizami rayonu ərazisində yerləşən dayanacaqların birindən “Toyota” markalı avtomobilin 7 min 980 manat dəyərində ehtiyat hissələri oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Məmmədov saxlanılıb.

    Araşdırma aparılır.