Month: July 2025

  • Контрабандный деликатес: азербайджанские таможенники перехватили крупную партию масла и фисташек

    На таможенном посту в Билясуваре задержан гражданин, пытавшийся нелегально ввезти в страну значительное количество сливочного масла, фисташек и других товаров.

    Как сообщает Oxu.Az, инцидент произошел в 1-м отделении Центра оформления Билясуварского таможенного управления.

    Грузовик КАМАЗ, въехавший в Азербайджан из Нахчывана транзитом через территорию Ирана, был остановлен на Билясуварском таможенном посту.

    После декларирования товаров в автомобиле был проведен досмотр, в ходе которого были обнаружены не заявленные для таможенного контроля 80 кг семян помидоров, 37 кг меда, 140.8 кг топленого сливочного масла, 160 кг сливочного масла, 48 кг сыра, 500 кг фисташек в 25 мешках по 20 кг каждый, 480 кг очищенных фисташек в 24 мешках по 20 кг каждый, 21 тюбик мази с надписью Xyla-P, 480 коробок средства для выпадения волос с надписью на фарси.

    Обнаруженные продукты были запротоколированы, а материалы дела направлены в суд. По решению суда вся указанная продукция была конфискована.

    Самир Али

    Попытка контрабанды
    Билясуварский район

  • Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

    Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.

    Hadisə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində baş verib.

    Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana daxil olan “KamAZ” markalı yük maşını Biləsuvar gömrük postunda saxlanılıb. Avtomobildəki mallar bəyan ediləndən sonra yük maşınına baxış keçirilib. Baxış zamanı avtomobildən gömrük nəzarətinə bəyan edilməyən 80 kiloqram pomidor toxumu, 37 kiloqram bal, 140.8 kiloqram əridilmiş kərə yağı, 160 kiloqram kərə yağı, 48 kiloqram pendir, hər biri 20 kiloqram olmaqla 25 kisə – ümumilikdə 500 kiloqram püstə, hər biri 20 kiloqram olmaqla 24 kisə – ümumilikdə 480 kiloqram ovulmuş püstə, 21 ədəd üzərində “Xyla-P” yazısı olan “maz”, 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə aşkarlanıb.

    Aşkar edilən məhsullar protokollaşdırılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin məhsullar müsadirə edilib.
    //oxu.az

  • Расширяется перечень разрешений на предпринимательскую деятельность

    Расширяется перечень разрешений на предпринимательскую деятельность.

    Как сообщает Oxu.Аz, данный вопрос нашел отражение в проекте изменений к закону “О лицензиях и разрешениях”, который был вынесен на обсуждение на сегодняшнем заседании парламента.

    Предлагается заменить существующее в законодательстве разрешение на разработку, строительство и эксплуатацию подземных газовых хранилищ на разрешение на хранение газа.

    Вопрос был вынесен на голосование и принят в третьем чтении.

  • Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

    Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.

    Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihədə mövcud qanunvericilikdə olan yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin qazın saxlanmasına icazə ilə dəyişdirilməsi təklif edilir.

    Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
    //oxu.az

  • “Qarabağ” yoxlama oyununda uduzdu

    “Qarabağ” komandası Avstriyada təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

    Ağdam təmsilçisi Ukraynanın “Metallist” (Xarkov) komandası ilə qarşılaşıb.

    Görüş “Qarabağ”ın 4:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

    Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

  • Суд оставил под стражей директора и шеф-редактора Sputnik Азербайджан

    Сегодня бакинский суд отклонил апелляции адвокатов журналистов издания Sputnik Игоря Картавых и Евгения Белоусова об изменении меры пресечения.

    Как сообщает Median.Az со ссылкой на АПА, решение суда первой инстанции об избрании меры пресечения в виде заключения под стражу осталось в силе.

    Напомним, что 1 июля Хатаинский районный суд арестовал на 4 месяца директора Sputnik Азербайджан Игоря Картавых и шеф-редактора агентства Евгения Белоусова, которые были задержаны в результате операции, проведенной полицией в офисе медиаресурса. Им предъявлены обвинения по нескольким статьям Уголовного кодекса Азербайджана.

  • Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı

    Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində olan qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, saxlanılan “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanın Avropa çempionu: “Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam”

    “Şükür ki, əziyyətim yerdə qalmadı”.

    Bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Vasif Bağırov (57 kq) bildirib.

    O, çəkdiyi zəhmətin finalda nəticəsiz qalmadığını vurğulayaraq, məşqçilərinə təşəkkür edib və qarşıdan gələn dünya çempionatında da qızıl medal qazanmağa çalışacağını qeyd edib.

    Qeyd edək ki, Avropa çempionu olan Azərbaycanın sərbəst güləşçiləri bu gün Vətənə qayıdıblar.

    Xatırladaq ki, V.Bağırov finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edərək 9:6 hesabı ilə qalib gəlib. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub.

  • Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb – FOTO

    Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb”.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb:

    “Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur”.


  • Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

    Partlayış dalğasının təsirindən evə ziyan dəyib, üç nəfər xəsarət alıb.

    FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.