Month: July 2025

  • 20 педагогов получат до 2 250 манатов – СПИСОК

    Министерство науки и образования Азербайджана начало работу по оценке учебников общеобразовательного уровня для присвоения им грифа.

    Как сообщает Median.Az со ссылкой на iqtisadiyyat.az, ведомство заключило соответствующие договоры с группой преподавателей.

    Согласно заключенным контрактам, для оценки нескольких учебников привлечено 20 преподавателей из высших и средних учебных заведений.

    11 преподавателям будет выплачено по 750 манатов:

    – Зарифа Акиф гызы Асланова;

    – Ирина Васильевна Амелина;

    – Симая Хафиз гызы Теймурова;

    – Афиг Дилбази оглу Исмайылов;

    – Севиль Анвер гызы Хаммадова;

    – Назакет Вагиф гызы Абдуррахимова;

    – Эсмира Махмуд гызы Гулиева;

    – Эльгюн Бахтияр оглу Алиев;

    – Самира Низами гызы Зейналова;

    – Расмия Мурадали гызы Гумбатова;

    – Гюльнара Адиль гызы Меджидова.

    6 преподавателям будет выплачено по 1 500 манатов:

    – Махсети Мусеиб гызы Рагимова;

    – Лейла Эльдениз гызы Акберова;

    – Айгюн Агабагир гызы Багирлы;

    – Рахман Хаким оглу Пириев;

    – Санубар Абдулрагим гызы Мамедова;

    – Гюльнара Аждар гызы Салимова.

    3 преподавателям будет выплачено по 2 250 манатов:

    – Асиф Хатабала оглу Гаджиев;

    – Мехрибан Саявуш гызы Зейналова;

    – Эльмира Исмайыл гызы Мехдиева.

    Стоит отметить, что гриф представляет собой идентификационный номер, выдаваемый Министерством науки и образования для использования учебника в общеобразовательных учреждениях. Фактически это означает предоставление права на публикацию учебного пособия. Утверждение учебников для использования в общеобразовательных учреждениях осуществляется путем присвоения им грифа.

    Процедура присвоения грифа учебнику проводится на основании обращения общеобразовательного учреждения или по инициативе самого ведомства. Для оценки учебника с целью присвоения грифа министерство привлекает не менее трех специалистов, имеющих более 10 лет педагогического опыта в соответствующей области или ученую степень. В случаях, когда это невозможно, для оценки учебника может быть привлечено меньшее количество специалистов.

  • Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək – SİYAHI

    Elm və Təhsil Nazirliyi ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif üçün qiymətləndirilməsi işlərinə başlayıb.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirlik bununla bağlı bir sıra müəllimlə müqavilələr bağlayıb.

    Müqavilələrə əsasən, bir neçə dərsliyin qrif üçün qiymətləndirilməsinə ali və orta təhsil məktəblərindən cəlb olunan müəllimlərin sayı 20 nəfər müəyyənləşib.

    11 müəllimə 750 manat məbləğdə vəsait ödəniləcək:

    – Zərifə Akif qızı Aslanova, İrina Vasilyevna Amelina, Simayə Hafiz qızı Teymurova, Afiq Dilbazi oğlu İsmayılov, Sevil Ənvər qızı Xəmmədova, Nəzakət Vaqif qızı Əbdürrəhimova, Esmira Mahmud qızı Quliyeva, Elgün Bəxtiyar oğlu Əliyev, Samirə Nizami qızı Zeynalova, Rəsmiyə Muradəli qızı Hümbətova, Gülnarə Adil qızı Məcidova.

    6 müəllimə 1500 manat məbləğdə vəsait ödəniləcək:

    – Məhsəti Müseyib qızı Rəhimova, Leyla Eldəniz qızı Əkbərova, Aygün Ağabağır qızı Bağırlı, Rəhman Həkim oğlu Piriyev, Sənubər Abdulrəhim qızı Məmmədova, Gülnarə Əjdər qızı Səlimova.

    3 müəllimə 2250 manat məbləğdə vəsait ödəniləcək:

    – Asif Xatabala oğlu Hacıyev, Mehriban Səyavuş qızı Zeynalova, Elmira İsmayıl qızı Mehdiyeva.

    Qeyd edək ki, qrif – ümumi təhsil müəssisələrində dərsliyin istifadəsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən verilən eyniləşdirmə nömrəsidir. Bu, tədris vəsaitlərinə nəşr hüququ verilməsi deməkdir. Ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi onlara qrif verilməsi yolu ilə həyata keçirilir.

    Dərsliyə qrif verilməsi ümumi təhsil müəssisəsinin müraciəti və ya nazirliyin təşəbbüsü əsasında həyata keçirilir. Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə nazirlik tərəfindən müvafiq sahədə 10 ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 nəfər mütəxəssis cəlb edilir. Bu mümkün olmadıqda, dərsliyin qiymətləndirilməsinə daha az sayda mütəxəssis cəlb edilə bilər.

  • İlham Əliyev “Elektroenergetika haqqında” qanundakı dəyişiklikləri təsdiqlədi

    “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, qanunun 13.2-ci maddəsinin (ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola bilməz) qüvvəyə minmə müddəti dəyişdirilib.

    Həmin maddə bu il iyulun 1-dən qüvvəyə minməli idi. İndi isə onun qüvvəyə minmə müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

    Dövlətimizin başçısı “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 221-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.

  • Прокуратура оспаривает мягкий приговор таможенникам, провозившим золото из Дубая

    Прокуратура подала апелляционный протест на приговор в отношении бывших должностных лиц Государственного таможенного комитета (ГТК) Азербайджана, обвиняемых в контрабанде.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, в Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела по факту контрабанды золота Парвином Дурсуналиевым, Мансуром Мехдиевым и Али Ибрагимовым.

    В ходе следствия были выявлены основания для подозрения в том, что 8 июля 2024 года сотрудник Объединения “Азертерминалкомплекс” П.Дурсуналиев, прикомандированный к Главному таможенному управлению на воздушном транспорте ГТК, и инспектор отдела сканирования того же главного управления М.Мехдиев, действуя по предварительному сговору со своим знакомым А.Ибрагимовым, сделали так, чтобы последний смог тайно перевезти через пограничный пункт аэропорта на таможенной границе Азербайджанской Республики с помощью других членов преступной группы пять золотых слитков пробы 999.9 общим весом около 1.4 кг стоимостью 190 400 манатов, приобретенных в Дубае, Объединенные Арабские Эмираты.

    По решению суда каждый из обвиняемых был приговорен к 5 годам лишения свободы, однако с применением статьи 70 Уголовного кодекса Азербайджана наказание было условным с испытательным сроком 2 года.

    Государственный обвинитель подал апелляционный протест на данный приговор.

  • Prokuror sabiq gömrükçülərlə bağlı hökmə etiraz etdi

    Qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) sabiq vəzifəli şəxsləri barəsində çıxarılan hökmdən apellyasiya protesti verilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən il iyulun 8-də DGK-nın əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimovun tamah niyyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təxminən 1.4 kq çəkidə, 190 min 400 manat dəyərində, 999.9 əyarlı, 5 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmələri faktı üzrə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşdırılıb.

    Məhkəmənin hökmü ilə onların hər biri 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.

    Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

  • Vərəsəliklə bağlı yeni qaydalar – Prezident TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək.

    Bununla yanaşı, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.

    Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.

    Bundan başqa, vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişib. Dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək. Həmçinin, irsi transmissiya mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmayacaq. Dəyişikliklə yuxarıda göstərilən müddət şərti aradan qaldırılır.

    Belə ki, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılacaq.

    Bundan əlavə, dəyişikliklə aşağıdakı qaydalar da aradan qaldırılıb:

    – Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir;

    – Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.

    Qeyd olunub ki, mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq. Dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

    Dövlətimizin başçısı “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.

  • Prezident Çinlə imzalanmış müqaviləni TƏSDİQLƏDİ

    Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, sənəd 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.

  • Студент из Азербайджана найден мертвым в Германии

    В Германии скончался студент из Азербайджана.

    Как передает АПА, студент первого курса Кянан Джамал оглу Сафаров был обнаружен мертвым 5 июля в своей квартире в Мюнхене.

    Проживающий в Германии гражданин Азербайджана Мирнатиг Мирсултанов сообщил АПА, что Кянан Сафаров приехал в Германию 6 месяцев назад, учился и работал ассистентом стоматолога.

    5 июля он не вышел на работу. По адресу, где он жил, были отправлены люди, они постучали в дверь, но никто не открыл. Им пришлось проникнуть в квартиру через окно, где и было обнаружено тело Сафарова. На трупе не было обнаружено никаких признаков насилия. Рассматриваются различные версии, в том числе пищевое отравление.

    Правоохранительные органы проинформированы о случившемся, ведется работа по доставке тела К.Сафарова в Азербайджан.

  • Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı

    Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.

    Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov bildirib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.

    O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.

    Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.

    Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.

    Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

  • Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib – FOTO

    ABŞ-nin Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ dövlətinə qarşı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunaraq saxlanılıb.

    Bu barədə Şimali Kaliforniya məhkəməsi məlumat yayıb.

    Bildirilib ki, istintaq materiallarına əsasən, Sevindik Hüseynov saxta tibbi xidmət sənədləri, təqdimatlar, göndərişlər və fakturalar vasitəsilə ABŞ-nin sağlamlıq sistemindən külli miqdarda vəsait mənimsəyib.

    Hüseynov ölkəni tərk etməyə çalışarkən saxlanılıb.