Month: July 2025

  • Məmmədli sakinləri acınacaqlı durumda: “Şikayətimizə baxan yoxdur” (VİDEO)

    Abşeron rayonu, Məmmədli qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər. Belə ki, ərazidə zibil qutuları olmadığından vətəndaşların əksəriyyəti tullantıları gölə atır. Həmçinin ətraf ərazilərdəki çirkab suları gölə axıdılır. Nəticədə ətrafa üfunət yayılır.

    Aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini deyən sakinlər şikayətlərinin cavabsız qaldığını bildirirlər:

    “Dəfələrlə şikayət etmişik, amma baxan yoxdur. Bələdiyyə əraziyə zibil qabı qoysaydı, camaat bura tullantı atmazdı”.

    Məsələ ilə bağlı Abşeron Rayon Məmmədli bələdiyyəsindən qeyd edilib ki, mövcud problemlərlə bağlı aidiyyəti qurumlara məlumat verilib, amma tədbir görən olmayıb:

    “Vətəndaşlar zibil pulunu ödəmirlər, bunun əvəzinə zibilləri açıq əraziyə və gölə atırlar”.

    Üfunətə səbəb olan çirkab sularına gəlincə, bələdiyyədən bildirilib ki, sakinlər kanalizasiya borularını özləri gölə çəkiblər. Problemlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, Məmmədli qəsəbəsində mərkəzləşdirilmiş tullantı su şəbəkələri yoxdur. Amma təchizat sisteminin olmadığı ərazilərdə şəbəkənin yaradılması üçün layihə sənədləri hazırlanıb və inşa prosesi mərhələlərlə aparılır.

    Ətraflı Baku TV-nin videomaterialında:

  • Чемпионке Европы в беге на 1 500 м диагностировали онкологическое заболевание

    Победительница чемпионата Европы в беге на 1 500 м Кира Магиан проходит курс лечения после того, как ей диагностировали онкологическое заболевание.

    Об этом она сообщила на своей странице в Instagram.

    “У меня диагностировали рак, – написала Магиан. – Было многое, что нужно принять, но я уже начала лечение. Я невероятно благодарна, что меня окружают любовь и поддержка родных и близких друзей. Прямо сейчас я сосредоточена на исцелении и принятии вещей день за днем. Спасибо за любовь и силу. Я готова столкнуться с этим с таким же настроем, с которым всегда выходила соревноваться на дорожку”.

    Магиан 33 года. Она является действующей чемпионкой Европы в беге на 1 500 м, спортсменка победила на турнире в 2024 году в Риме. Также на счету бегуньи серебряная (2022) и бронзовая (2016) медали европейских первенств в этой дисциплине.

  • Avropa çempionu olan yüngül atlet ağır xəstəliyə tutulduğunu açıqlayıb

    1500 metr məsafəyə qaçışda Avropa çempionu olmuş yüngül atlet Kira Magian xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

    Bu barədə 33 yaşlı idmançı özünün “Instagram” hesabında məlumat verib.

    “Bu xəbəri qəbul etmək çətin idi, amma mən artıq müalicəyə başlamışam və ailəmin, yaxın dostlarımın sevgisinə və dəstəyinə sahib olduğum üçün inanılmaz dərəcədə xoşbəxtəm. Xahiş edirəm ki, biz birlikdə bu yolu keçərkən mənim şəxsi həyatıma və məxfiliyini qorumaq istədiyim məqamlara hörmət edəsiniz”, – deyə Kira Magian qeyd edib.

    İdmançı xəstəliyi ilə bağlı heç bir əlavə məlumat verməyib.

  • Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı

    Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

    Bildirilib ki, son 10 ildə 130 qadın hakim təyin olunub.

    Qadın hakimlərdən 113 nəfəri 30-40 yaş, 48 nəfəri 40-50 yaş, 11 nəfəri 50-60 yaş aralığındadır, 7 nəfərin yaş aralığı isə 60 və daha yuxarıdır.

    Bundan əlavə, qadın hakimlərdən 5-i kassasiya, 23-ü apellyasiya, 151-i birinci instansiya məhkəməsi üzrə işini davam etdirir.

  • Tikinti materialları bahalaşdı – VİDEO

    Tikinti materialları bazarında qiymətlərdə dəyişiklik var.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, son 7-8 ay ərazində kərpicin və qumun qiymətində artım olduğu bildirilir. Amma bazarda qiymətləri stabil olan məhsullar da var.

    Bildirildi ki, ümumilikdə bazarda qiymətkər stabil deyil.

    Bazarda müştəri baxımından durğunluq olduğu deyildi.

    Alverdəki durğunluğun mövsümlə əlaqədar olub-olmadığı sualına isə cavab olaraq bildirildi ki, ilin bütün fəsiləlrində iş getdiyinə görə tikinti materialları bazarında alış-verişin mövsümü olmur.

    Ətraflı videomaterialda:

  • Aşura günü ÜÇ MİNƏ YAXIN şəxs könüllü qan verib

    Azərbaycanda Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası yekunlaşıb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak ediblər.

    Aşura günü ümumilikdə 2 696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1 213.2 litr qan tədarük olunub.

    Qeyd edək ki, builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxil idi.

  • Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı – CƏRİMƏLƏNDİ

    Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş verdiyi “Mars-A” MMC şirkəti cərimələnib.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, MMC-də çalışan fəhlə Coşqun Fazil oğlu Şahbazov iş zamanı yük kranından başına ağır əşyanın düşməsi nəticəsində həyatını itirib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq araşdırma aparıb.

    Araşdırmalar nəticəsində MMC növbəti dəfə bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması ilə bağlı tələbləri yerinə yetirmədiyi üçün inzibati qaydada iki min manat cərimə edilib.

    Qeyd edək ki, “Mars-A” MMC Azərbaycanda metal istehsalı və satışı ilə məşğul olan böyük şirkətlərdən biridir.

    Ölüm hadisəsi ilə bağlı da Baş Prokurorluqda araşdırma aparılır.

  • Azərbaycanda növbəti torpaq hərracları


    Avqustun 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 3 torpaq müsabiqəsi və 16 hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Hərraclar ƏMDX-nın Gəncə, Şirvan, Mingəçevir, Lənkəran, Beyləqan, Cəlilabad və Şəki ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 41 torpaq sahəsi çıxarılacaq.
    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • Laçın Rayon Polis Şöbəsindən ƏMƏLİYYAT: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlandı

    Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi ərazisində həyata keçirdikləri əməliyyat tədbiri zamanı narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasını təşkil edən Şıxəli İsmayılov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 300-ə yaxın çətənə bitkisi aşkarlanıb. Həyət ərazisindəki tikililərdən isə qurudulması üçün asılan 83 ədəd çətənə bitkisinin hissələri, eləcə də həşiş qatranı, marixuana və çətənə toxumları da müəyyən edilib. Bundan başqa oradan bir ədəd avtomat, bir ədəd tüfəng, iki ədəd tapança, həmin silahlara məxsus səkkiz ədəd daraq və 400 ədəd patron da aşkarlanıb

    Faktla bağlı cinayət işi başlanıb, Ş.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Mingəçevirdə çayda iki kater toqquşub, xəsarət alanlar var

    Mingəçevir şəhərində Kür çayında 2 kater toqquşub.

    Hadisə nəticəsində azı 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    Yaralılar xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //report