Month: July 2025

  • Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?

    Ölkə üzrə məktəbəqədər yaşlı uşaqlar məktəbəqədər təhsilə, əsasən, dövlət və özəl məktəbəqədər təhsil müəssisələrində, həmçinin, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında cəlb olunub.

    Elm və Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu və ya digər səbəblərdən həmin təhsil müəssisələrinə cəlb olunmayanlara alternativ məktəbəqədər təhsil modelləri olan icma əsaslı və ailə tipli məktəbəqədər təlim qruplarında iştirak təklif olunur.

    Əlavə edilib ki, eləcə də, dövlət-özəl tərəfdaşlıq modelindən faydalanmaqla özəl məktəbəqədər təhsil müəssisələrində güzəştli şərtlərlə iştirak üçün də şərait yaradılır.

  • Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb – Nazir

    Son illərdə səhiyyə infrastrukturunun yenilənməsi, peşəkar tibbi personalın cəlb olunması və müasir tibbi avadanlıqların təmin edilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında ağır və mürəkkəb cərrahi əməliyyatlar yerli xəstəxanalarda uğurla həyata keçirilir. Bu, Bakı şəhərinə müraciətlərin sayında nəzərəçarpacaq azalmaya səbəb olub.

    Bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Samiq Sadıxov deyib.

    Nazirin sözlərinə görə, əlavə olaraq Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığortanın tətbiqi əhalinin tibbi xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

    “Artıq vətəndaşlar sığorta çərçivəsində ilkin tibbi yardımdan tutmuş mütəxəssis konsultasiyalarına və zəruri laborator müayinələrə qədər geniş çeşiddə xidmətlərdən pulsuz və fasiləsiz şəkildə yararlana bilirlər. Bu yanaşma, həm əhalinin tibbi xərclər baxımından yükünü azaldıb, həm də səhiyyə sistemində xidmətin keyfiyyətini və əlçatanlığını artırıb”, – deyə nazir qeyd edib.

  • Britaniyada yeni koronavirus ştammı yayılıb

    Böyük Britaniyada unikal boğuq səs simptomu ilə müşahidə olunan yeni “Stratus” koronavirus ştammı yayılıb.

    Bu barədə “The Independent” qəzeti xəbər verib.

    Qeyd olunub ki, “Stratus” ştammının iki növü – XFG və XFG.3 mövcuddur. Onlar ölkədəki COVID-19- yoluxma hallarının təxminən 30%-ni təşkil edir.

    Məlumata əsasən, immunitetin zəifləməsi və peyvənd olunanların sayının azalması səbəbindən insanlar yeni ştamla infeksiyaya daha həssas olacaqlar.

  • Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur – VİDEO

    Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.

    Manat dollar qarşısında stabilliyini mütəmadi qoruya bilsə də, avroda bu mümkün olmadı. Bu da xüsusilə avrozonadan idxala təsir etdi.

    İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, manatın avro qarşısında dəyər itirməsi bu ilin yanvar ayından başlayıb. Bu səbəbdən də həm Avropadan idxal olunan, həm də avro ilə alınan məhsulların qiymətində artım müşahidə olunur. Ərzaq məhsullarında bu artım son 6 ayda 2-3 faiz aralığındadır.

    Xalid Kərimli bildirib ki, qiymət artımı daha çox Avropadan idxal olunan avtomobil ehtiyat hissələrində özünü göstərir.

    Onun sözlərinə görə, avronun indiki qiyməti Mərkəzi Bankın illik 6 faiz inflyasiya hədəfindən çoxdur. Avronun dəyər qazanması davam edərsə, sözegdən idxal məhsullarının qiyməti daha da arta bilər. //Xəzər TV

  • Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb

    Komaya düşən Ucar sakini 81 gün sonra vəfat edib.

    26 yaşlı Sübhan Hüseynov müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. Mərhum doğulduğu kənd qəbirstanlığında dəfn olunacaq.

    Qeyd edək ki, 15 aprel 2025 – ci ildə səhhətində yaranmış problemlə əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən rayonun Qazyan kənd sakini, 1999- cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət görülüb.

    Əməliyyata hazırlanan S. Hüseynova verilən narkozdan sonra o, kamotoz vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunub.
    //APA

  • İsrail ordusu “Hizbullah”ın xüsusi təyinatlı hərbiçisini məhv etdi

    İsrail ordusu Livanın cənubuna yeni zərbə endirib.

    Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, hücumda məqsəd “Hizbullah” hərbi qanadının elit “Radvan” bölməsindən bir radikalı məhv etmək olub və buna nail olunub.

    Mətbuat Xidmətinin məlumatına görə, hücum ölkənin cənubundakı Aynata kəndi yaxınlığında həyata keçirilib.

  • Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb

    Serbiya polisi iyulun 5-də icazəsiz etiraz aksiyalarında 107 nəfəri saxlayıb, 2 nəfər xəsarət alıb.

    Bu barədə Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    “DİN əməkdaşları ötən gecə ərzində 1 130 nəfərin sənədlərini yoxlayıb. Ümumilikdə 107 nəfər saxlanılıb. İnsidentlər Belqrad və Zrenyanin şəhərlərində qeydə alınıb. Zrenyanində 2 nəfər yüngül xəsarət alıb”, – məlumatda bildirilib.

    /Report

  • TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

    Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

    TƏBİB-dən bildirilib ki, bu gün saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
    Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.
    Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

  • Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

    Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

    Axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Əkbər Nizami oğlu Qasımlının meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • “Səs Azərbaycan”ın iştirakçısı ABŞ-Meksika sərhədində öldürüldü – VİDEO

    Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

    Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.

    “Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.

    Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.