Month: July 2025

  • Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı

    Azərbaycanlı müğənni Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi barədə məlumat yayan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq, müğənninin sağ olduğunu bildirib.

    Leyla Əfəndiyeya bu barədə “Facebook” hesabında paylaşım edib.

    “Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, – deyə o paylaşımında yazıb.

  • Ферстаппен выиграл квалификацию Гран-при Великобритании “Формулы-1”

    Нидерландский пилот команды “Рел Булл” Макс Ферстаппен стал победителем квалификации 12-го этапа чемпионата мира по автогонкам в классе машин “Формула-1” сезона 2025 года – Гран-при Великобритании, передает Oxu.Az со ссылкой на ТАСС.

    Соревнования проходят на автодроме “Сильверстоун”.

    Второе место занял австралийский гонщик “Макларена” Оскар Пиастри. Третьим стал его партнер по команде британец Ландо Норрис.

    Гонка состоится 6 июля.

  • “Formula-1” Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu

    “Real Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə 2025-ci il dünya çempionatının – Böyük Britaniya Qran-prisinin 12-ci təsnifat mərhələsinin sıralama turunun qalibi olub.

    Median.Az TASS-a istinadən xəbər verir ki, Yarış Silverstoun dairəsində keçirilir.

    İkinci yeri “McLaren”in avstraliyalı pilotu Oskar Piastri, üçüncü yeri isə onun komanda yoldaşı britaniyalı Lando Norris tutub.

    Qeyd edək ki, əsas yarış iyulun 6-da baş tutacaq.

  • В Турции задержан известный журналист

    В Турции задержан журналист Тимур Сойкан в связи с его публикациями в социальной сети X.

    Как сообщает Median.Az со ссылкой на DHA, Главная прокуратура Стамбула возбудило в его отношении дело по обвинению в распространении информации, вводящей общественность в заблуждение.

    Задержание было проведено в рамках следственных мероприятий. Ожидается, что подробности дела станут известны в ближайшее время.

  • Türkiyədə məşhur jurnalist saxlanıldı

    Türkiyəli jurnalist Timur Soykan “X” sosial media platformasındakı paylaşımları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

    Median.Az-ın DHA-ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğu Soykanın paylaşımları ilə “ictimaiyyəti çaşdıran məlumat yayma” cinayəti ilə bağlı araşdırmalara başlayıb.

    Saxlanmanın istintaq çərçivəsində həyata keçirildiyi bildirilib. İstintaq prosesi ilə bağlı təfərrüatın yaxın saatlarda bəlli olacağı gözlənilir.

  • “Kəpəz” portuqaliyalı müdafiəçi transfer etdi

    “Kəpəz” heyətinə daha bir futbolçu qatıb.

    Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Portuqaliyalı Pedro Qomes bölgə klubuna transfer olunub.

    Mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

    Qeyd edək ki, 22 yaşlı oyunçunun son klubu vətənində “Boavişta” olub.

  • Məktəbəhazırlıq təhsili məcburi ola bilər? – RƏSMİ AÇIQLAMA

    “Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcburi olması hazırda müzakirə predmeti deyil.

    Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hazırda məktəbəhazırlıq təhsilinin məcburi olması müzakirə predmeti olmadığı üçün bu barədə hər hansı dəyişiklik layihəsinin hazırlanmasına ehtiyac yaranmayıb.

    Qeyd edilib ki, “Ümumi təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq ümumi təhsil pilləsinin ayrıca bir mərhələsidir. Müvafiq qanunun digər bəndinə əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir.

  • Türkiyədə zəlzələ olub

    Türkiyənin İstanbul şəhərində 3.8 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri Mərmərə dənizində, İstanbulun Silivri rayonu akvatoriyasında yerləşib.

    Təbii fəlakətin ocağı 8 km dərinlikdə olub.

    Məlumata görə, zəlzələ hiss olunub.

  • Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib

    309 596 Avro vəsaiti ölkədən çıxaran şirkət barədə tərtib edilmiş protokol təsdiq edilib.

    Şirkət 14 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 309 596.10 Avro məbləğində vəsaiti ölkə xaricinə çıxarıb.

    Lakin ödənişin aparıldığı tarixdən iki il müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

    Nəsimi rayon Məhkəməsinin qərarı ilə şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 309 596.10 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 61 919.22 Avro cərimə tətbiq edilib.

  • NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib

    NASA-nın “James Webb” kosmik` teleskopu daha bir heyrətamiz kəşfə imza atıb. Astronomların qənaətinə görə, bu dəfə həyatı davam etdirə biləcək temperaturlara malik nəhəng bir planet aşkarlanıb.

    Trend xarici KİV-ə istinadən xəbər verir ki, astronomlar kütləsi Yerdən təxminən 100 dəfə böyük olan planetin “TWA 7” və ya “CE Antilae” adlı 34 işıq ili uzaqlıqdakı gənc, qırmızı cırtdan ulduzun ətrafında fırlanmasına dair sübut əldə ediblər.

    NASA-nın məlumatına görə, “TWA 7b” adlı planet indiyə qədər kosmosa göndərilən ən güclü teleskop olan “James Webb” tərəfindən kəşf edilib. İlkin təhlil obyektin temperaturu təxminən 48 dərəcə Selsi olan gənc, soyuq planet ola biləcəyini göstərir.

    Alimlər deyirlər ki, bu, planetdə həyat üçün əlverişli mühitdir. Amma planetin bəzi yerlərində temperatur 70 dərəcə də ola bilər. NASA bildirib ki, beynəlxalq astronomlar qrupu, ulduzu əhatə edən dağıntı diskində zəif infraqırmızı mənbənin olduğunu, Yerlə Günəş arasındakı məsafədən təxminən 50 dəfə çox məsafədə olduğunu görüblər.

    Daha sonra onlar teleskopun orta infraqırmızı alətindən yaxınlıqdakı zəif obyektləri aşkar etmək üçün ev sahibi ulduzun parlaq işığını qapatmaq məqsədilə istifadə ediblər. Bu üsul yüksək kontrastlı görüntüləmə adlanır və astronomlara əks halda “gözqamaşdırıcı” işıqda itiriləcək planetləri birbaşa aşkar etməyə imkan verir.

    Əgər sübutlar tam təsdiqlənsə, bu, ilk dəfə kosmik teleskop ilə qravitasiya obyektivindən daha çox planetin kəşfinə gətirib çıxaran birbaşa görüntünü çəkəcək. Astronomların fikrincə, bu cihaz Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanan texnikadır.

    Kosmik agentliyin məlumatına görə, aşkarlama planetin gözlənilən mövqeyinə uyğun olacaq və dağıntı diskində görünən planetlərin əsas xüsusiyyətlərini izah edəcək. İnfraqırmızı işığın mənbəyi “TWA 7b”ni əhatə edən üç toz halqasının daxilində yerləşir.

    NASA-nın məlumatına görə, yeni kəşf “James Webb” teleskopunun yaxınlıqdakı ulduzların ətrafında əvvəllər görünməmiş aşağı kütləli planetləri araşdırmaq qabiliyyətini vurğulayır.