Month: July 2025

  • Ali Məhkəmə: Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər

    Ali Məhkəmə vərəsəliklə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.

    Qərar Ali Məhkəmədə baxılan işi üzrə qəbul olunub.

    İşin hallarına görə, iddiaçının anası mirasqoyanla (iddiaçının ögey atası) rəsmi nikah münasibətlərinə daxil olmuş, müəyyən müddətdən sonra iddiaçının anası, 4 ay sonra isə mirasqoyan vəfat edib. İddiaçının ögey atası ilə heç bir qohumluq, o cümlədən övladlığa götürmə münasibəti olmayıb. O, anasının ögey atasının arvadı kimi birinci dərəcəli vərəsəsi olmasına istinad edərək miras əmlakdakı paya iddia edib, lakin notarius ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edib. İmtina Mülki Məcəllənin 1252-ci (irsi transmissiya) maddəsinə istinad edilməklə onunla əsaslandırılıb ki, iddiaçının anası ögey atasından əvvəl vəfat edib. Həmçinin, “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edilərək göstərilib ki, müraciət edilən əmlakla bağlı ər-arvadın hər ikisi vəfat etdiyindən müraciətdən imtina olunur.

    Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət edib, aşağı instansiya məhkəmələri iddianı təmin etməyib. İddiaçı Ali Məhkəməyə müraciət edib.

    Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, mülki qanunvericilik mirasın açıldığı (mirasqoyanın öldüyü) vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutub: vərəsə mirasqoyandan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252-ci maddə); qanun üzrə vərəsə mirasqoyandan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi – 1159-cu maddə). Bu institutlar müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər.

    O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Sözügedən norma açılmış mirasın qəbul müddətinə tabe olması institutunun qüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərində vərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirası qəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslində vərəsəliyin ümumi qaydalarını müəyyən edir.

    Belə ki, həmin normaya görə ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəbul etməsi ehtimal edilir, məhz bu səbəbdən də mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi müəyyən edilir. Hazırda qüvvədə olan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olması institutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatik vərəsənin mülkiyyəti sayıldığından, qanun üzrə vərəsənin onu öz iradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindən qəbul edə bilməməsi mümkün deyildir, bu zaman vərəsə əmlaka yiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələri arasında ümumi qaydalar çərçivəsində bölünür.

    Vərəsənin əvəz edilməsi qaydası isə Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuşdur: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zaman tətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır, təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən edib.

    Qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərdən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlidir, 1159-cu maddədəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanıb. Birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulan hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər.

    Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə – valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki qanunverici 1159.1.3-cü maddədə “sonuncular”, habelə “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutub. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil edib. Belə ki, mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz.

    O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına – valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirib. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.

    Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər. Baxılan işdə iddiaçının mirasqoyanla qohumluğu müəyyən edilmədiyindən, ondan qalan mirasa dair anası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz.

    Qeyd olunanları nəzərə alaraq, Ali Məhkəmənin Mülki kollegiyası kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

  • Число пострадавших из-за взрыва и пожара на АЗС в Риме возросло до 40 человек

    Число пострадавших в результате взрыва и возникшего после него пожара на АЗС в Риме возросло до 40 человек.

    Об этом сообщают итальянские СМИ.

    В основном, это спасатели и сотрудники правоохранительных органов.

    Пожарным удалось локализовать возгорание.

    По данным очевидцев, произошло два взрыва.

    Сообщается, что близлежащие здания, в частности, учебные заведения, получили повреждения.

    Между тем, премьер-министр Италии Джорджа Мелони в соцсетях написала, что внимательно следит за произошедшим, и находится в постоянном контракте с мэром Рима Роберто Гуальтиери и другими чиновниками. Она также поблагодарила медработников, сотрудников экстренных служб за их работу.

  • Romada yanacaqdoldurma məntəqəsində partlayış olub, 21 nəfər yaralanıb

    Romada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 21 nəfər yaralanıb.

    Bu barədə İtaliya KİV-ləri məlumat yayıb.

    “Hazırda əsasən xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla 21 nəfər xəsarət alıb”, – KİV-lər bildirib.

    Qeyd olunub ki, partlayış yük maşınının boru kəmərinə çırpılması nəticəsində baş verib. Bundan sonra yanğın başlayıb və partlayışa səbəb olub.

    Bir neçə ev və onlarla avtomobil zərər görüb. Ərazi mühasirəyə alınıb.

  • “28 May” metrostansiyasının yaxınlığında qanunsuz qoyulan köşk götürülüb

    Bakının “28 May” metrostansiyasının qarşısındakı ərazidə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yanında qanunsuz qoyulan köşk götürülüb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

    Məlumata əsasən, araşdırma nəticəsində sözügedən köşkün əraziyə qanunsuz quraşdırıldığı məlum olub:

    “Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturu ötən gün qanunsuz yerləşdirilən köşkü ərazidən götürüb”.

    Qeyd edək ki, “Bakı Dəmiryol Vağzalı” və “28 May” metrostansiyasının qarşısındakı ərazidə abadlıq-quruculuq işləri aparılan zaman yığışdırılan köşkün ötən gün yenidən yerləşdirildiyi məlum olub.

  • Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

    Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə iyulun 11-də avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.

    Bu barədə AKAF-nin mətbuat xidmətindən məlumat verilib.

    Yeniyetmə və gənc idmançıların iştirakı ilə baş tutacaq turnirə Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qatılacaq.

    Reqlamentə əsasən, açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və kanoedə 1 nəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar.

    Kayak qayığında isə avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda çempionluq uğrunda yarışacaqlar.

  • Азербайджанские истребители приняли участие в “слоновьей прогулке” в Конье

    На международных учениях “Анатолийский орел – 2025” в турецком городе Конья состоялась “слоновья прогулка” (Elephant Walk) истребителей.

    Как сообщает корреспондент Report из Коньи, 75 боевых самолетов, участвующих в учениях, совершили торжественный полет перед зрителями во время парада.

    В “слоновьей прогулке” также приняли участие два истребителя СУ-25 ВВС Азербайджана.

    Позже истребители выполнили совместный полет.

    В учениях, помимо Азербайджана и Турции, принимают участие делегации США, Катара, Венгрии, Египта, Саудовской Аравии, Иордании и НАТО, а в качестве наблюдателей – Малайзия, Бразилия, Болгария, Мали и Нигерия.

    Отметим, что используемый в военной авиации термин “слоновья прогулка” обозначает построение самолетов в тесном строю на взлетно-посадочной полосе перед взлетом и считается совместной демонстрацией силы в авиации.

  • Azərbaycan qırıcıları Konyada “fil yürüşü”ndə iştirak edib, digər ölkələrin hərbi təyyarələri ilə birgə uçuş həyata keçirib

    Türkiyənin Konya şəhərində keçirilən “Anadolu qartalı – 2025” beynəlxalq təlimində döyüş qırıcılarının “fil yürüşü” (fil gəzintisi ABŞ Hərbi Hava Qüvvələri tərəfindən hərbi təyyarələrin sıx formada birbaşa uçuşdan əvvəlki prosesi təsvir etmək üçün istifadə olunan termindir. Bu, adətən minimal intervalla birbaşa uçuşdan əvvəl baş verir-red) keçirilib.

    “Report”un Konyaya ezam olunmuş müxbiri xəbər verir ki, yürüşdə təlimə qatılan 75 döyüş hava gəmisi izləyicilərin qarşısından təntənəli keçid ediblər.

    Azərbaycana məxsus iki “SU-25” qırıcıları da “fil yürüşü”ndə iştirak edib. Qeyd edək ki, fil yürüşü havaçılıqda birlikdə güc nümayişi kimi qiymətləndirilir.

    Daha sonra döyüş qırıcıları birgə uçuş həyata keçiriblər.

    Xatırladaq ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edirlər.

    Bundan başqa Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində Türkiyədə “Anadolu qartalı – 2025” beynəlxalq təlimində izləyir.

  • МЧС: За последние 2 недели в зонах, не предназначенных для купания, утонули 7 человек

    За последние 2 недели в зонах, не предназначенных для купания, утонули 7 человек.

    Об этом сообщили в МЧС.

    “МЧС еще раз обращается к населению, особенно к родителям, с просьбой не оставлять детей и подростков без присмотра, строго соблюдать правила безопасности и не пользоваться водоемами, не предназначенными для пляжного отдыха”, – говорится в сообщении.

  • FHN: Son iki həftədə qeyri-çimərlik ərazilərdə yeddi nəfər batıb

    Son iki həftə ərzində qeyri-çimərlik ərazilərdə yeddi nəfərin batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.

    “Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə olunmamasına çağırır”, – deyə məlumatda qeyd edilib.

  • Трамп анонсировал проведение боя UFC на территории Белого дома

    На территории Белого дома состоится поединок Абсолютного бойцовского чемпионата (UFC).

    Об этом заявил американский президент Дональд Трамп во время выступления в штате Айова, посвященного предстоящей в 2026 году 250-й годовщине принятия Декларации независимости США.

    Он заявил, что приуроченные к этой дате торжественные мероприятия пройдут по всей территории страны: “Я даже думаю, что мы проведем поединок UFC. Здесь кто-то следит за UFC”? – обратился американский лидер к публике, упомянув в выступлении президента UFC Дану Уайта.

    “Мы проведем бой UFC, только представьте себе, на территории Белого дома. Там у нас очень много места”, – отметил Трамп. По его словам, речь идет о “полноценном поединке” за звание чемпиона, на котором ожидается присутствие 20-25 тыс. зрителей.

    Трамп не пояснил, когда именно может пройти поединок и кто примет в нем участие.