Month: July 2025

  • Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər üçün imtahan keçiriləcək

    Dövlət İmtahan Mərkəzi iyulun 6-da Azərbaycan Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Məlumata əsasən, imtahanda iştirak etmək üçün 421 nəfər qeydiyyatdan keçib.

    Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) saat 10:00-da başlanır və 3 saat davam edəcək. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

    İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

    İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

    İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

    Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

  • Moody’s повысило кредитный рейтинг Азербайджана до инвестиционного уровня

    Международное рейтинговое агентство Moody’s повысило суверенный кредитный рейтинг Азербайджана до уровня “Baa3” с “Ba1”, присвоив таким образом стране инвестиционный рейтинг.

    Об этом сообщает Median.Az со ссылкой на Минфин.

    Прогноз рейтинга подтвержден “позитивный”.

    Отмечается, что повышение рейтинга стало результатом усилий Азербайджана по снижению зависимости экономики и фискальной политики от нефтегазового сектора. Кроме того, были предприняты шаги по улучшению денежно-кредитной политики и повышению прозрачности в управлении государственными финансами.

    В Moody’s подчеркнули, что Азербайджан сохраняет устойчивую макроэкономическую стабильность даже в условиях внешних шоков. Отдельно отмечены усилия по привлечению инвестиций, развитию транспортно-логистической инфраструктуры и устойчивому восстановлению Карабаха и Восточного Зангезура, что способствует экономической диверсификации.

    По оценкам аналитиков Moody’s, усилия Азербайджана по укреплению своей позиции в регионе как транспортного и зеленого энергетического центра способствуют устойчивому и значительному росту в ненефтяном секторе, в частности в транспортно-логистической отрасли, в строительстве и туризме.

    Отмечается, что выгодное географическое положение и растущая активность на Транскаспийском международном транспортном маршруте будут иметь благоприятные результаты в логистическом секторе и окажут положительное влияние на другие сферы экономики, привлекая крупные инвестиции.

    Moody’s также прогнозирует, что в средне- и долгосрочной перспективе Азербайджан продолжит получать выгоду от нефтегазовых доходов.

    При этом агентство указывает, что высокая платежеспособность и низкий уровень госдолга остаются сильными сторонами Азербайджана.

  • “Moody’s” Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib

    “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin, pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir. Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.

    Agentlik qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı daha da möhkəmləndirməkdədir. Müsbət proqnoz həmçinin hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlılığın gücləndirilməsinə kömək edir.

    “Moody’s”in qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və yaşıl enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Əlverişli coğrafi mövqeyə malik olması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhlizdə artan fəaliyyəti logistika sektorunda əlverişli nəticələr yaradacaq və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaları cəlb edəcək. Eləcə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin davamlı inkişafı iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərini güclü şəkildə dəstəkləyir. Bütün bu amillər reytinqin yüksəldilməsində təsiredici rol oynayan başlıca amillər kimi çıxış etməkdədir.

    Agentliyin ehtimallarına görə, iqtisadiyyatın şaxələndirilməsinə baxmayaraq, Azərbaycan orta və uzun müddətdə neft-qaz gəlirlərindən faydalanmağa davam edəcəkdir. Büdcə transferlərindən asılılığın azaldılması səyləri ilə yanaşı, Dövlət Neft Fondunun aktivlərinin artması fiskal təhlükəsizliyi genişləndirəcək və şok dövrlərində iqtisadiyyata dəstək üçün mövcud olan resursları artıracaq.

    “Moody’s”in nümayəndələrinin bu il mayın 19-21-də Azərbaycana səfəri zamanı aidiyyəti dövlət qurumlarında, o cümlədən nazirlikdə görüşlər keçirilib, həmin görüşlərdə aparılan müzakirələr və təqdim olunmuş məlumatlar əsasında beynəlxalq reytinq agentliyi ölkənin kredit reytinqini yenidən qiymətləndirib.

  • “Atletiko”nun futbolçusu İspaniyanın başqa klubuna keçib

    İspaniyanın “Betis” klubu “Atletiko”nun futbolçusu Rodriqo Rikelmeni transfer edib.

    Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    25 yaşlı yarımmüdafiəçi ilə 5 mövsümlük müqavilə imzalanıb.

    Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan R.Rikelme əsas komandada 75 oyun keçirib, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Накопленный убыток “Азерхалча” превысил 24 млн манатов

    Компания “Азерхалча” завершила 2024 год с убытком в 2,118 млн манатов.

    Как сообщает Median.Az со ссылкой на финансовый отчет компании, это на 21,3% больше, чем в 2023 году.

    Однако накопленный убыток компании увеличился на 9,4% и достиг 24,231 млн манатов.

    В прошлом году основной операционный (продажный) доход “Азерхалча” составил 5,347 млн манатов (на 23,2% больше, чем в годом ранее), прочие операционные доходы – 194 тыс. манатов (-34,2%), процентные доходы – 537 тыс. манатов (-8,7%), а операционные расходы – 8,196 млн манатов (+17,6%).

    На 1 января текущего года активы “Азерхалча” составили 60,331 млн манатов (-21,7%). За отчетный период обязательства компании увеличились на 9,1% до 1,77 млн манатов, а ее балансовый капитал сократился на 22,4% до 58,561 млн манатов.

  • “Azərxalça”nın yığılmış zərəri 24 milyon manatı keçib

    “Azərxalça” ASC 2024-cü ili 2,118 milyon manat zərələ başa vurub.

    Bu, 2023-cü illə müqayisədə 21,3 % çoxdur.

    Bununla belə, şirkətin yığılmış zərəri 9,4 % artaraq 24,231 milyon manata çatıb.

    Ötən il “Azərxalça”nın əsas əməliyyat (satışdan) gəlirləri 5,347 milyon manat (əvvəlki ilə nisbətən 23,2 % çox), sair əməliyyat gəlirləri 194 min manat (34,2 % az), faiz gəlirləri 537 min manat (8,7 % az), əməliyyat xərcləri isə 8,196 milyon manat (17,6 % çox) təşkil edib.n m

    Bu il yanvarın 1-nə “Azərxalça”nın aktivləri 60,331 milyon manat olub ki, bu da illik müqayisədə 21,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 9,1 % artaraq 1,77 milyon manata çatıb, balans kapitalı isə 22,4 % azalaraq 58,561 milyon manata düşüb.

    Xatırladaq ki, “Azərxalça” ölkə prezidentinin sərəncamı ilə 5 may 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. 100% dövlətə məxsus olan səhmdar cəmiyyəti ölkədə xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
    /report

  • MM borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsi təklifini I oxunuşda qəbul edib

    Milli Məclis Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət verilməsi təklifini birinci oxunuşda qəbul edib.

    “İcra haqqında” qanuna təklif olunan dəyişiklik parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.

    Qeyd olunub ki, Azərbaycanda icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləmə nəzərdə tutulur.

    Sənədə əsasən, icra sənədində satılmalı əmlak müəyyən edildiyi hallarda bildiriş borcluya rəsmi qaydada verildikdən, o cümlədən “Elektron icra informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrine) SMS-lə göndərildikdən sonra 7 iş günü ərzində o, əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət edildikdə icra məmuru 1 iş günü müddətində qərar qəbul edir və borcluya əmlakın satılması üçün 2 ay müddət verilir. Borclu bu müddətdə əmlakı icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 faizindən az olmayan qiymətə sata bilər.

    Notarius vasitəsi ilə rəsmiləşdirilən əmlakın alqı-satqı əməliyyatlarının aparılması üçün icra məmurunun sözügedən qərarı “Elektron icra informasiya sistemindən “Elektron notariat informasiya sisteminə göndərilir və əmlak satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına göndərir.

    Notarius vasitəsi ilə rəsmiləşdirilməyən alqı-satqı əməliyyatları üzrə ödənişlər bilavasitə icra xidmətinin depozit hesabına köçürülür.

    Əmlak bu müddətdə açıq bazarda satılmadığı halda elektron herraca çıxarılır.

    Borclunun üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmeti isə əvvəlcə qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif edilir. Bu halda tələbkara öz iradə ifadəsinin bildirilməsi üçün təklifi aldıqdan sonra 7 iş günü müddət verilir və tələbkar əmlakı qəbul etdikdə bu hal protokolla rəsmiləşdilir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir. Tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sistemine göndərildiyi günden 5 iş günü müddətində rəsmiləşdirə bilər. Həmin əmlak üzərində hüquqların rəsmiləşdirilməsi qeyd olunan protokol əsasında “Notariat haqqında” qanunun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir.

    Borclu üzərinə həbs qoyulmuş əmlakı tələbkar qəbul etmədiyi, yaxud verilmiş müddətin ötürüldüyü hallarda şəxsən açıq bazarda satmaq üçün icra məmuruna müraciət edə bilər. Belə müraciet olduqda 1 iş günü ərzində icra məmuru bu barədə qərar qəbul edir və borcluya əmlakın qiymətləndiricinin hesabatında göstərilən dəyərinin 80%-den az olmayan qiymətə satılması üçün 2 ay müddət verir.

    Üzərinə həbs qoyulmuş əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olduqda qəbul edilmiş qərar “Elektron icra informasiya sistemindən “Elektron notariat” informasiya sisteminə göndərilir.

    Qeyd edilən müddətdə və qaydada borclu satmadıqda həmin əmlak elektron hərraca çıxarılır.

    Tələbkarın qəbul etmədiyi ipoteka predmeti, yaxud icra sənədinə əsasən satılmalı olan əmlak isə birbaşa elektron hərraca çıxarılır.

    Dəyəri 5 000 manatdan az olan daşınar əmlak “Dövlet satınalmaları haqqında” qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsi ilə də satıla bilər.

    Elektron hərracın keçirilməsi barədə sifariş “Elektron icra” informasiya sistemi vasitəsi ilə formalaşdırılır və hərrac müvafiq informasiya sistemi vasitəsi ilə avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir.

    Sifariş yerləşdirildiyi gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir (tez xarab olan məhsullara münasibətdə layihədə qısaldılmış müddətlər müəyyən edilmişdir).

    İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin ən azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə ən azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir.

    Elektron herrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir.
    Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir.
    Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) həmin müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə növbəti yuxarı qiymət təklif etmiş şəxs elektron hərracın qalibi hesab olunur.

    Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və əmlakı elektron hərracın predmeti olan əmlakı elektron hərracın qalibinin alması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər.
    İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 7 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur.

    Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur.//report

  • Завтра ожидаются дожди и сильный ветер

    5 июля в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Утром и вечером в некоторых частях полуострова возможны кратковременные осадки. Будет преобладать временами усиливающийся северо-западный ветер.

    Температура воздуха ночью составит 18-21, днем – 25-28° тепла. Атмосферное давление будет ниже нормы – 757 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 60-65, днем – 50-55%.

    В горных районах Азербайджана временами ожидаются дожди и грозы. В отдельных местах возможны кратковременные ливни и град. Ночью и утром в некоторых местах возможен туман. Будет преобладать временами усиливающийся западный ветер.

    Температура воздуха ночью составит 18-21, днем – 28-32° тепла, в горах ночью 5-10, днем – 12-17° тепла.

  • Sabah yağış yağacaq, külək güclənəcək – PROQNOZ

    İyulun 5-də Azərbaycanda bəzi yerlərdə yağış yağacağı, küləyin güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti,gündüz 12-17° isti olacaq.

  • 208 nəfər Kəlbəcər sakini itkin düşmüş kimi qeydiyyata alınıb

    Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə ermənilərin daimi atəş altında saxladıqları Kəlbəcər rayonuna edilən hücumlar zamanı insan itkiləri qeydə alınıb.

    Bu barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən məlumat verilib.

    Bildirilib ki, Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə 208 nəfər Kəlbəcər sakini itkin düşüb. Bununla bağlı faktların çoxu 1993-cü il aprelin 2-də Kəlbəcərin işğalı zamanı qeydə alınıb.

    Qeyd edək ki, rayon 2020-ci ildə işğaldan azad olunduqdan sonra həmin şəxslərdən 6-sının taleyinə aydınlıq gıtirilib. Onlardan 5-i hərbçi, 1-i isə mülki şəxsdir.