Month: July 2025

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Türkiyə Prezidenti Rəcəb Tayıb Ərdoğanı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

  • Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib – FOTO

    İyulun 4-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi nahar verilib.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir

    Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    Onun sözlərinə görə, artıq bir-neçə gündür Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır:

    “Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb”.

    G.Məmmədova deyib ki, ölkəmizdə isə şimal axınlarının təsiri nəticəsində son günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur:

    “Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır”.

  • Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb.

    Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.

    Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

    Rəcəb Tayyib Ərdoğan bir daha vurğulayıb ki, qardaş Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır. Türkiyə prezidenti qeyd edib ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaq.

    Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək öz növbəsində vurğulayıb ki, Azərbaycan da həm sevincli, həm də kədərli günlərdə həmişə qardaş Türkiyənin yanındadır.

    Azərbaycan və Türkiyə prezidentləri, həmçinin əməkdaşlığımızın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

  • “Yay musiqi konserti”nin ziyarətçiləri xüsusi avtobuslarla daşınacaq

    Sabah “Sea Breeze”də baş tutacaq “Yay musiqi konserti”ndə iştirak etmək istəyənlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə xüsusi avtobuslar ayrılıb.

    Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, ziyarətçilərin saat 16:30-dan 20:00-dək metronun “Koroğlu” stansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən (“Atletlər kəndi”) “Sea Breeze”ə, saat 23:30-dan 01:00-dək isə əks istiqamətə daşınması ödənişsiz olaraq təmin ediləcək.

    “Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, tədbirin qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə edilir.

  • Tehran aeroportu müharibədən sonra ilk xarici uçuşu qəbul edib

    İsraillə 12 günlük müharibədən sonra Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanı ilk dəfə xarici reysi qəbul edib.

    Median.Az “fararu”a istinadən xəbər verir ki, məlumatı İranın Mülki Aviasiya Təşkilatının ictimaiyyətlə əlaqələr departamenti yayıb.

    Bildirilib ki, müharibə zamanı və bir müddət sonra təhlükəsizlik səbəbindən İranın hava məkanı bağlı idi. Ona görə də beynəlxalq uçuşlarda 20 günlük fasilə yaranmışdı.

    Məlumata görə, iyulun 4-də Birləşmiş Ərəb Əmirliklərindən Tehrana ilk uçuş edilib.

    Təyyarə “Flydubai Airlines” şirkətinə məxsusdur.

    Qeyd edilib ki, İmam Xomeyni hava limanında reyslərin vəziyyəti normal rejimə qayıdır.

  • Moody’s повысило потолки рейтингов Азербайджана на фоне сильных резервов и стабильности маната

    Международное рейтинговое агентство Moody’s повысило потолок странового рейтинга Азербайджана по обязательствам в национальной и иностранной валютах: с Baa2 до Baa1 по местной валюте и с Ba1 до Baa3 – по иностранной.

    Об этом говорится в новом рейтинговом заявлении агентства по Азербайджану.

    Moody’s отмечает, что разрыв в два уровня между потолком по местной валюте и суверенным рейтингом страны отражает с одной стороны высокую долю государства в экономике и сохраняющиеся недостатки институционального управления, а с другой – наличие значительных активов суверенного фонда, обеспечивающих устойчивость внешнего сектора и макроэкономическую стабильность.

    Аналогичный разрыв между потолками по местной и иностранной валютам, по мнению агентства, обусловлен сохраняющимся высоким уровнем долларизации экономики, а также фактической привязкой маната к доллару США – несмотря на формально заявленный гибкий валютный режим. Это, по мнению Moody’s, увеличивает риски возможных ограничений на трансферт и конвертацию валюты.

  • “Moody’s” güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib

    Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycanın milli və xarici valyutada öhdəlikləri üzrə ölkə reytinq tavanlarını yüksəldərək milli valyuta üzrə tavan “Baa2″dən “Baa1″ə, xarici valyuta üzrə isə “Ba1″dən “Baa3″ə qaldırılıb.

    Bu barədə agentliyin Azərbaycanla bağlı yaydığı son reytinq açıqlamasında bildirilir.

    “Moody’s”in qiymətləndirməsinə əsasən, milli valyuta üzrə reytinq tavanı ilə suveren reytinq arasında mövcud olan iki pilləlik fərq bir tərəfdən dövlətin iqtisadiyyatda yüksək payı və institusional idarəetmənin zəifliyi, digər tərəfdən isə suveren fondun əhəmiyyətli aktivləri sayəsində xarici və makroiqtisadi sabitliyin qorunması ilə izah olunur.

    Milli və xarici valyuta üzrə reytinq tavanları arasındakı iki pilləlik fərq isə ölkə iqtisadiyyatında dollarlaşma səviyyəsinin hələ də yüksək olaraq qalması və formal olaraq dəyişkən məzənnə rejiminə baxmayaraq, manatın ABŞ dollarına de-fakto bağlılığı ilə əlaqələndirilir. “Moody’s” hesab edir ki, bu amillər valyuta transfertləri və konversiya üzrə mümkün məhdudiyyətlər riskini artırır.

  • В Азербайджане фонд арендного жилья пополнился еще 359 квартирами

    Ипотечный и кредитный гарантийный Фонд предоставил гражданам еще 359 полностью отремонтированных квартир в Баку и Сумгайыте в рамках механизма аренды с обязательством выкупа.

    Об этом сообщает Median.Az со ссылкой на Фонд.

    Согласно информации, речь идет о 79 квартирах в жилом комплексе, расположенном на улицах Хамдама Агаева и Зафар в поселке Баладжары Бинагадинского района Баку, и 280 квартирах в жилом комплексе на проспекте Сюлх в Сумгайыте.

    Новые квартиры будут доступны для выбора с 14 июля с 15:00.

  • Azərbaycanda kirayə mənzil fonduna daha 359 mənzil əlavə olunub

    İpoteka və Kredit Zəmanət Fondu Bakı və Sumqayıt şəhərlərində daha 359 tam təmirli mənzili satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edib.

    Median.Az bu barədə Fonda istinadən xəbər verir.

    Məlumata görə, söhbət Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Həmdəm Ağayev və Zəfər küçələrində yerləşən yaşayış kompleksindəki 79 və Sumqayıtın Sülh prospektindəki Üst trikotaj fabrikinin cənubunda, 3-cü məhəllədə yerləşən yaşayış kompleksindəki 280 mənzildən gedir.

    Bakıdakı mənzillər 3 və 4 otaqlı, Sumqayıtdakı mənzillər isə 1, 2 və 3 otaqlıdır.

    Yeni mənzillər seçim üçün iyulun 14-ü saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

    Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

    İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7 280 kirayə müqaviləsi bağlanılıb.