Month: July 2025

  • Президент Ирана: Потенциал ОЭС может помочь развитию стран региона

    Потенциал Организации экономического сотрудничества (ОЭС) может помочь развитию, благосостоянию и процветанию стран региона.

    Как передает Report, об этом заявил президент Ирана Масуд Пезешкиан на 17-м саммите ОЭС в Ханкенди.

    По его словам, политика добрососедства остается приоритетом для экономической дипломатии ИРИ.

    “Для нас ОЭС – это организация, в которой осуществляется сотрудничество с соседями, и в этом отношении она стоит на переднем плане нашей многосторонней экономической дипломатии. Потенциал и возможности ОЭС могут помочь развитию, благосостоянию и процветанию стран региона и всего региона в целом”, – отметил он.

  • İran prezidenti: “ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər”

    “ECO-nun potensialı region ölkələrinin inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.

    Onun sözlərinə görə, qonşuluq siyasəti İranın iqtisadi diplomatiyası üçün prioritet olaraq qalır:

    “Bizim üçün ECO qonşularla əməkdaşlığın həyata keçirildiyi təşkilatdır və bu baxımdan o, çoxtərəfli iqtisadi diplomatiyamızda ön planda dayanır. ECO-nun potensialı və imkanları region ölkələrinin və bütün regionun inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.

  • İlham Əliyevin Xankəndidə keçirilən ECO-nun 17-ci Zirvə görüşündə çıxışının TAM MƏTNİ

    İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

    Sonra birgə foto çəkdirilib.

    Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı

    – Hörmətli dövlət və hökumət başçıları.

    Hörmətli Zirvə görüşünün iştirakçıları.

    İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.

    Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürümü bildirirəm.

    Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilib.

    Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.

    Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.

    İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

    Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlayıb, etnik təmizləmə həyata keçirib, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salıb.

    Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayıb. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.

    2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.

    İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silib. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə bir edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə edilib. Bu, islam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.

    Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.

    Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirib.

    Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

    İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

    Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.

    Bu qətnamə ilə yanaşı, Nazirlər Şurası iclasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

    Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin olunması sahəsində səylər bundan sonra da davam etdiriləcək.

    Xanımlar və cənablar, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.

    2024-cü ildə tarixdə ilk dəfə olaraq ECO Həftəsi keçirilib. ECO Həftəsi çərçivəsində əldə edilmiş nəticələr haqqında bu gün məruzələr dinləniləcək. Eyni zamanda, keçən il tarixdə ilk dəfə ECO məkanında təşkil olunmuş COP29 konfransı keçirilib. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak edib, 77 min şəxs qeydiyyatdan keçib.

    Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olub.

    Azərbaycanın təşəbbüsü ilə, qeyd etdiyim kimi, ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilib. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər.

    ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir.

    2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkürümü bildirirəm.

    İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə olunacaq məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir.

    Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Biz bu göstəriciyə görə dünyada ön sıralardayıq.

    Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.

    Əziz dostlar, əminəm ki, bugünkü müzakirələrimiz səmərəli olacaq və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət töhfəsini verəcək.

    Diqqətinizə görə təşəkkür edirəm.

    Sağ olun.

    Sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündə çıxış edib.

  • В Азербайджане меняется объем информации в удостоверении личности

    Удостоверение личности гражданина Азербайджана также используется как проездной документ (во время поездок в Турцию). Отсутствие информации об адресе лица на удостоверении личности вызывает некоторые трудности при использовании документа.

    В этой связи возникла необходимость изменения формы удостоверения личности и объема содержащейся в нем информации. Поэтому предлагается обновить состав информации, отображаемой в удостоверении личности.

    Как сообщает Oxu.Az, проект изменений подготовлен с целью приведения удостоверения личности гражданина Азербайджана в соответствие с требованиями стандарта №9303 Международной организации гражданской авиации (ICAO), а также для устранения некоторых трудностей, возникающих при использовании удостоверения личности.

    Так, к информации, указываемой в удостоверении личности, будут добавлены данные о месте жительства и гражданстве. В то же время предлагается хранить на электронном носителе (чипе) только наиболее необходимую информацию по сравнению с предыдущим вариантом.

    Другое предлагаемое изменение заключается в том, что семейное положение гражданина, родители, дети, воинская обязанность и другая информация будут храниться и криптографически защищаться не на электронном носителе, а через IAMAS (межведомственная автоматизированная информационно-поисковая система).

    Криптографическая защита информации, связанной с удостоверением личности, направлена на обеспечение ее конфиденциальности, целостности и защиты от несанкционированного доступа.

    В законопроекте также предлагаются изменения в правила выдачи удостоверения.

    К случаям, когда удостоверение должно быть заменено, добавляется смена места жительства.

    Кроме того, если в удостоверении или на его электронном носителе обнаружена техническая или содержательная ошибка, предусматривается внесение исправлений без взимания государственной пошлины. Таким образом, предлагаемые изменения обеспечат более современное, безопасное и гибкое управление информацией, связанной с удостоверением личности, а также упростят для граждан процедуры документирования и услуги.

    Проект изменений был вынесен на голосование и принят в первом чтении.

  • Şəxsiyyət vəsiqəsindəki məlumatların tərkibi YENİLƏNƏCƏK?

    Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur. Şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik edilməsi zərurəti yaranıb. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur.

    Dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.

    Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda, elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

    Təklif edilən digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

    Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur.

    Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

    Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarəolunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
    //oxu.az

  • В суде заслушаны заявления об обстрелах мирного населения Кельбаджара ВС Армении в период оккупации

    Сегодня на продолжающемся в Бакинском военном суде судебном процессе были заслушаны показания лиц, взятых в заложники на территориях Азербайджана, ранее находившихся под оккупацией вооруженных сил (ВС) Армении.

    Потерпевшая Насиба Гулиева в своих показаниях заявила, что во время оккупации Кельбаджара ей было 13 лет, и 31 марта 1993 года, когда она вместе с братьями и сестрами покидала район в грузовике, они были обстреляны военнослужащими ВС Армении в туннеле.

    Потерпевшая рассказала, что в момент обстрела рядом с ней находились её трехлетняя сестра и трое малолетних братьев: “В меня попали шесть пуль, также я получила осколочные ранения. Сейчас в моём теле находится множество осколков”.

    Н.Гулиева далее рассказала, что была взята в заложники армянскими военными. По ее словам, ее сестру в первые дни пленения отвезли в село Венг Агдеринского района под предлогом лечения, а на следующий день сообщили о ее смерти. Она подчеркнула, что до сих пор не может получить никаких известий о своей сестре и двух братьях (Айгюн, Яшар и Мазахир Гулиевы).

    Пострадавшая сообщила, что ее брату Бахтияру во время инцидента было 9 лет, и из-за удара ногой по голове, нанесенного армянским военным во время пребывания в заложниках, у него до сих пор остаются проблемы со здоровьем.

    Н.Гулиева далее рассказала, что их удерживали в Ханкенди 3 месяца и 15 дней. Она сообщила, что при освобождении из плена ее сначала доставили в Ереван, а оттуда в Баку, и добавила: “Мои родители живы, они все еще ждут троих своих детей…”.

    Отметим, что продолжается суд над гражданами Республики Армения, обвиняемыми в совершении преступлений против мира и человечности, военных преступлений, в том числе в подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и правил войны, а также в терроризме, финансировании терроризма, насильственном захвате власти, насильственном ее удержании и многих других преступлениях в результате военной агрессии Армении.

  • Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib

    İyulun 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində girov götürülmüş şəxslər ifadə veriblər.

    Zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduğunu bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: “O qədər çox atırdılar ki, sanki dolu yağırdı”.

    Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.

    N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndində müalicə adı altında aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

    Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşı olduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğu zərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığını bildirib.

    N.Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarını söyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isə Bakıya gətirildiyini deyib və əlavə edib: “Valideynlərim sağdır, onlar hələ də üç övladını gözləyirlər. Deyirlər, ermənilər onları saxlayır, gələcəklər…”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Президент: Обеспечение прав азербайджанцев, депортированных из Армении, имеет большое значение

    Большое значение имеет также обеспечение прав западных азербайджанцев, депортированных из Армении.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в своем выступлении на 17-м саммите Организации экономического сотрудничества (ОЭС).

    “Мы высоко ценим принятие на состоявшемся в прошлом месяце в Стамбуле Совете министров Организации исламского сотрудничества единогласным решением всех 57 государств-членов резолюции, выражающей поддержку права азербайджанцев, насильственно изгнанных из Армении, на возвращение”, – отметил глава государства.

  • Prezident: “Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir”

    “Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı səsləndirib.

    Dövlətimizin başçısı bildirib: “Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk”.

  • Ильхам Алиев: В Карабахе ведутся широкомасштабные строительно-восстановительные работы

    В настоящее время во всем освобожденном от оккупации Карабахе и Восточном Зангезуре ведутся широкомасштабные строительно-восстановительные работы.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в своем выступлении на 17-м саммите Организации экономического сотрудничества (ОЭС).

    Напомнив, что Армения на протяжении почти 30 лет держала под оккупацией около 20% азербайджанских территорий, осуществила этническую чистку, изгнала свыше миллиона наших соотечественников с их исконных земель, глава государства подчеркнул, что азербайджанский народ и государство никогда не мирились с оккупацией.

    “Мы неоднократно заявляли Армении и стоящим за ней государствам, что если РА добровольно не покинет наши оккупированные территории, мы восстановим территориальную целостность своей страны военным путем. К сожалению, Армения и ее покровители не восприняли наше предупреждение всерьез, в результате пожалели об этом”, – добавил Президент.