Month: July 2025

  • Prezident: “ECO-nun Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”

    “Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü – red.) Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

    Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib:

    “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”.

  • Vəsiyyətnamə yoxdursa, miras əmlak ögey övlada keçə bilməz – MÜHÜM QƏRAR

    Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini formalaşdıran daha bir qərar qəbul edib.

    Bu barədə Ali Məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

    İşin hallarına görə, iddiaçının anası mirasqoyanla (iddiaçının ögey atası) rəsmi nikah münasibətlərinə daxil olublar, müəyyən müddətdən sonra iddiaçının anası, dörd ay sonra isə mirasqoyan vəfat edib. İddiaçının ögey atası ilə heç bir qohumluq, o cümlədən övladlığa götürmə münasibəti olmayıb. O, anasının ögey atasının arvadı kimi birinci dərəcəli vərəsəsi olmasına istinad edərək miras əmlakdakı paya iddia edib, lakin notarius ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edib.

    İmtina Mülki Məcəllənin 1252-ci (irsi transmissiya) maddəsinə istinad edilməklə onunla əsaslandırılıb ki, iddiaçının anası ögey atasından əvvəl vəfat edib. Həmçinin “Notariat haqqında” Qanunun 62-ci maddəsinə istinad edilərək göstərilib ki, müraciət edilən əmlakla bağlı ər-arvadın hər ikisi vəfat etdiyindən müraciətdən imtina olunur.

    Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət edib, aşağı instansiya məhkəmələri iddianı təmin etməyiblər. İddiaçı Ali Məhkəməyə müraciət edib.

    Kassasiya instansiya məhkəməsinin mövqeyi belə olub:

    Mülki qanunvericilik mirasın açıldığı (mirasqoyanın öldüyü) vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutub: vərəsə mirasqoyandan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252-ci maddə); qanun üzrə vərəsə mirasqoyandan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi – 1159-cu maddə). Bu institutlar müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər.

    O da qeyd edilməlidir ki, Mülki Məcəllənin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Sözügedən norma açılmış mirasın qəbul müddətinə tabe olması institutunun qüvvədə olduğu müddətdə yaranan vərəsəlik münasibətlərində vərəsənin öz iradəsindən kənar şəkildə (ölməsi halında) mirası qəbul edə bilməməsi ilə bağlı qaydanı tənzimləsə də, əslində, vərəsəliyin ümumi qaydalarını müəyyən edir. Belə ki, həmin normaya görə, ölümü səbəbindən mirası qəbul edə bilməyən şəxsin mirası qəbul etməsi ehtimal edilir, məhz bu səbəbdən də mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsi müəyyən edilir. Hazırda qüvvədə olan mülki qanunvericilik mirasın qəbul müddətinə tabe olması institutunu dəstəkləmədiyindən və miras açıldığı andan avtomatik vərəsənin mülkiyyəti sayıldığından qanun üzrə vərəsənin onu öz iradəsinə zidd, o cümlədən miras açılandan sonra ölməsi səbəbindən qəbul edə bilməməsi mümkün deyil, bu zaman vərəsə əmlaka yiyələndikdən sonra ölmüş sayılır və onun mirası öz vərəsələri arasında ümumi qaydalar çərçivəsində bölünür.

    Vərəsənin əvəz edilməsi qaydası isə Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulub: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl gerçəkləşdiyi zaman tətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır, təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən edib.

    Qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərdən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlidir, 1159-cu maddədəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanır. Birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulmuş hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər.

    Bundan başqa, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə – valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki qanunverici 1159.1.3-cü maddədə “sonuncular”, habelə “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız mirasqoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən övladlığa götürülən şəxsləri) nəzərdə tutur.

    Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil edib. Belə ki, mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideyn”in yerinə keçə bilməz. O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına – valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, mirasqoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirir.

    Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.

    Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt mirasqoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər. Baxılan işdə iddiaçının mirasqoyanla qohumluğu müəyyən edilmədiyindən, ondan qalmış mirasa dair anası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz.

    Qeyd olunanları nəzərə alaraq, Ali Məhkəmənin Mülki kollegiyası kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.

  • В городе Ханкенди проходит 17-й Саммит Организации экономического сотрудничества – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев встретил глав государств и правительств, руководителей делегаций, участвующих в 17-м Саммите Организации экономического сотрудничества в городе Ханкенди.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir – FOTO (Yenilənir)

    Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.


    * * * * *

    Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayır.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın baş naziri ilə görüşüb (FOTO)

    İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanın baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, Təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirib.

    Məhəmməd Şahbaz Şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğulayıb və bu ilin mayında Laçın şəhərinə səfərini, Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırlayıb. Baş nazir Qarabağda, o cümlədən Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd edib. Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji və digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.

    Dövlətimizin başçısı dəvəti qəbul edib bu Zirvə görüşündə iştirakına görə Pakistanın baş nazirinə təşəkkürünü bildirib.

    Prezident İlham Əliyev də öz növbəsində Pakistanın baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

    Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olunub, regional məsələlərə dair fikir mübadiləsi aparılıb.


  • Ильхам Алиев принял в Ханкенди министра промышленности и передовых технологий ОАЭ – ФОТО

    4 июля Президент Азербайджанской Республики Ильхам Алиев принял в Ханкенди делегацию во главе с министром промышленности и передовых технологий Объединенных Арабских Эмиратов (ОАЭ) Султаном Ахмедом аль-Джабером.

    Как сообщает АЗЕРТАДЖ, гость передал главе государства приветствия президента Объединенных Арабских Эмиратов шейха Мухаммеда бен Заида аль-Нахайяна.

    Выразив признательность за приветствия, Президент Ильхам Алиев попросил передать и его приветствия шейху Мухаммеду бен Заиду аль-Нахайяну.

    Султан Ахмед аль-Джабер пожелал успехов работе 17-го саммита Организации экономического сотрудничества, проходящего в городе Ханкенди. Гость сказал, что строительно-восстановительные работы, проводимые в Карабахе и Восточном Зангезуре, а также природа этих мест произвели на него большое впечатление.

    На встрече было выражено удовлетворение развитием отношений между Азербайджаном и Объединенными Арабскими Эмиратами именно в стратегической плоскости в соответствии с видением лидеров обеих стран.

    Было подчеркнуто, что Азербайджан и Объединенные Арабские Эмираты поддерживают друг друга в рамках международных организаций.

    В ходе беседы состоялся обмен мнениями о деятельности компании Masdar в Азербайджане, программах сотрудничества и стратегических действий в сфере возобновляемых источников энергии, будущих проектах в этом направлении.

    На встрече также были затронуты вопросы сотрудничества в энергетической, туристической, гуманитарной и культурной областях.



  • Prezident İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş edib.

    Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşünün işinə uğurlar arzulayıb. Qonaq Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, həmçinin bu ərazilərin təbiətinin onda böyük təəssürat hissi oyatdığını dedi.

    Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin hər iki ölkənin liderlərinin baxışlarına uyğun olaraq məhz strateji müstəvidə inkişafından məmnunluq ifadə edildi.

    Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi vurğulayıb.

    Söhbət zamanı “Masdar” şirkətinin Azərbaycanda fəaliyyəti, bərpaolunan enerji sahəsində əməkdaşlıq və strateji fəaliyyət proqramları, bu istiqamətdə gələcək layihələrə dair fikir mübadiləsi aparılıb.

    Görüşdə, həmçinin enerji, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.



  • Сотрудник НПО обвинен в шантаже руководителя

    Сотрудник неправительственной организации (НПО) в Азербайджане обвинен в шантаже и клевете против председателя собственной организации.

    Как передает Oxu.Az, председатель общественного объединения Yeniləşən Dövlətə Dəstək (“Поддержка обновляющегося государства”) Ильхам Аббасов обратился в суд с частным обвинением, заявив, что подвергся шантажу и клевете со стороны члена руководимой им организации Асима Алиева.

    В своей жалобе И.Аббасов указал, что после проведения мероприятия в Губинском районе члены организации были вынуждены остаться на ночь в этом районе. Вечером в доме члены НПО Асим Алиев, Огтай Исаев и Шалала Шукюрова употребляли алкогольные напитки во время ужина. В тот момент Асим Алиев, находясь в состоянии алкогольного опьянения, сделал Ш.Шукюровой интимное предложение, после чего женщина обратилась за помощью к Аббасову. А.Алиев снял этот инцидент на телефон, а затем смонтировал видео в выгодном для себя свете и распространил в социальных сетях. Таким образом, он оклеветал И.Аббасова, запятнав его честь и достоинство.

    Согласно обвинению, Асим Алиев также распространял информацию о том, что Ильхам Аббасов якобы подделывал подписи членов организации.

    В ходе судебного разбирательства обвинения были доказаны, и суд вынес приговор.

    Решением суда Алиев был признан виновным в клевете и распространении ложных сведений в отношении Аббасова. Однако в связи с истечением срока привлечения к уголовной ответственности наказание ему не было назначено.

  • Azərbaycanda QHT sədri şantaj edildi, məhkəməyə üz tutdu

    Azərbaycanda qeyri-hökumət təşkilatının əməkdaşı təşkilat sədrini şantaj etməkdə təqsirləndirilib.

    Azərbaycanda fəaliyyət göstərən “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədri İlham Abbasov bu barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək rəhbərlik etdiyi təşkilatın üzvü Asim Əliyevin şantaj və böhtanlarına məruz qaldığını bildirib.

    İ.Abbasov şikayətində göstərib ki, təşkilat üzvləri ilə birlikdə Quba rayonunda tədbir keçirəndən sonra axşam həmin rayon ərazisində gecələməli olublar. Evdə təşkilat üzvləri Asim Əliyev, Oqtay İsayev və Şəlalə Şükürova çörək yeyərkən spirtli içki qəbul ediblər. Həmin vaxt Asim Əliyev sərxoş vəziyyətdə olduğu üçün Ş.Şükürovaya intim təklif edib və qadın qaçaraq İ.Abbasovdan kömək istəyib. Bunu telefonla çəkən A.Əliyev sonradan həmin videoları özünə sərf edən kimi montaj edib, sosial şəbəkələrdə paylaşıb. O, bu üsulla İ.Abbasova şər atıb, şərəf və ləyaqətini ləkələyib.

    İttihama görə, A.Əliyev, bununla yanaşı, İ.Abbasovun təşkilat üzvlərinin imzalarını da saxtalaşdırdığı barədə məlumatlar yayıb.

    Məhkəmə araşdırması zamanı ittihamlar sübuta yetirilib və məhkəmə hökmü elan olunub.

    Məhkəmənin hökmü ilə A.Əliyev İ.Abbasova şər və böhtan atmaqda təqsirləndirilib. Amma cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.
    //oxu.az

  • Милли Меджлис утвердил меморандум, связанный с Саудовской Аравией

    Милли Меджлис утвердил Меморандум о взаимопонимании между Агентством продовольственной безопасности Азербайджана и Министерством окружающей среды, водных ресурсов и сельского хозяйства Королевства Саудовская Аравия о сотрудничестве в области защиты и карантина растений.

    Как сообщает Oxu.Az, документ предусматривает сотрудничество в области защиты и карантина растений, обмен опытом в этой сфере между двумя странами и реализацию совместных проектов.

    Законопроект был принят в первом и единственном чтении после обсуждений и голосования.