Month: July 2025

  • İlham Əliyev: “Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır”

    “İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

    Ermənistanın ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmamışdır.

    “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”, – deyə Prezident əlavə edib.

  • “Mahir ay brat” məhkəmə zalından azadlığa buraxıldı – FOTO

    Narkotik ittihamıyla həbsdə olan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

    Median.Az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Belə ki, Yasamal Rayon Məhkəməsinin onun barəsində çıxardığı azadlıqdan məhrum etmə cəzası azadlığın məhdudlaşdırılması ilə əvəz edilib.

    Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.


    Orxan Rasifoğlu

  • Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam

    Bölgənin sülh məkanına çevrilməsindən çox şadam.

    Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

    Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən Özbəkistan Prezidenti deyib ki, uzun fasilədən sonra Əfqanıstanın keçid hökuməti də Zirvə görüşündə iştirak edir.

  • Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli və Hüseynqulu Sarabski küçələrinin kəsişməsində, açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Reklamınızı SmartBee ilə effektiv edin.
    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

  • Rüşvət alan kapitana hökm oxundu

    Tabeliyində olan hərbi qulluqçulardan rüşvət almaqda, dələduzluqda təqsirləndirilən Müdafiə Nazirliyinin hərbi qulluqçusu, kapitan Ağamalı Pənahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Hərbi Prokuroluqda aparılıb və Ağamalı Pənahov Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 232.2.1 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

  • Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs – VİDEO

    Azərbaycanın xalq artisti Röya Ayxan, musiqi platformalarında həftələrdir liderliyini qoruyan “Ağlama” adlı hitini bu dəfə fərqli tərzdə təqdim edib.

    Mahnının akustik versiyası Türkiyədə, tanınmış musiqiçi Sezgin Tellaoğlunun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə canlı olaraq lentə alınıb.

    Kompozisiyanın musiqisi Nailə Mirəməmmədliyə, sözləri isə Gülağa Tənhaya məxsusdur. Röya bu dəfə əsəri daha dərin emosional qatlarla, minimal müşayiət və güclü vokal ilə təqdim edərək, dinləyicilərə mahnının ağrısını və duyğusunu fərqli şəkildə hiss etdirir.

    Layihənin rejissoru tanınmış Kemal Başbuğ, operatoru isə Sezgin Denkçidir.

  • Güclü külək Bakıda iki ağacı aşırıb

    Ötən gündən Bakıda başlayan güclü külək səbəbindən ağacların aşması ilə bağlı 7 müraciət daxil olub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

    Bildirilib ki, daxil olan müraciətlərdən ikisi ağac aşma, beşi isə budaq qırılması hadisəsi ilə bağlı olub.

    Birliyin əməkdaşları aşmış ağacları və qırılmış budaqları hadisə yerindən götürərək ərazini təmizləyiblər.

  • Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib – Videoqraf şikayətçidir

    Tanınmış reper Elşad Xosenin bir neçə ay öncə Heydər Əliyev Sarayında baş tutan konsertində videoqraf kimi çalışan Rüfət Hüseynov ondan şikayətçidir.

    Videoqraf video yayımlayaraq iddia edir ki, reper konsertdən sonra onların ödənişini etməyib və telefonlara cavab vermir.

    Videoqraf özü və komandasının konsertdə 10 min manatlıq işi 4 min manata gördüyünü və Xosenin də bu məbləğlə razılaşdığını bildirib.

    İddiaya görə çəkiliş qrupu işi təhvil versə də, Xose ödənişi etməkdən boyun qaçırıb, telefonlara isə cavab vermir.
    //azxeber

  • Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub

    Milli Məclis Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin olunmasını təsdiqləyib.

    Bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.

    Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaq.

    Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

    Yeni hakimlər səsvermədən sonra parlamentdə and içiblər.

    Xatırladaq ki, R.Rzayev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, R.Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəri olub. Otari Qvaladze və Fərhad Tutayuk isə Prezident Administrasiyasında çalışıblar.

  • Президент: Организация сегодняшнего саммита ОЭС в Карабахе, в Ханкенди, имеет особое значение

    Организация 17-го саммита Организации экономического сотрудничества (ОЭС) в Карабахе, в Ханкенди, имеет особое значение.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев в своем выступлении на 17-м саммите ОЭС.

    Напомнив, что на наших землях, освобожденных от армянской оккупации, уже проведено несколько важных международных мероприятий, глава государства отметил: “Хотел бы отметить состоявшийся в Шуше в 2023 году Совет министров ОЭС, первый неформальный саммит Организации тюркских государств в 2024 году и трехсторонний саммит руководителей Азербайджана, Турции и Пакистана в Лачине в мае этого года”.