Month: July 2025

  • İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

    İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycana səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Госслужба: В Азербайджане обеспечены устойчивость интернет-соединения и информационная безопасность

    В Азербайджане обеспечены устойчивость интернет-соединения и информационная безопасность.

    Об этом заявила Государственная служба специальной связи и информационной безопасности, комментируя появившиеся в медиа сообщения о возможных сбоях в доступе к глобальной сети и угрозах безопасности.

    В структуре подчеркнули, что соединение с глобальным интернетом осуществляется по нескольким независимым маршрутам через основных провайдеров, что исключает зависимость от одной страны. Также сообщается, что государственные информационные ресурсы, подключенные к сети AzstateNet, обеспечены альтернативными каналами связи, а их безопасность круглосуточно отслеживается в режиме 24/7.

  • Azərbaycanın internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur

    Son zaman baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölkəmizin qlobal internet şəbəkəsinə bağlantısında problemlərin yaranma ehtimalı və informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı məlumatlar yayılmaqdadır.

    Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

    “Qeyd olunan narahatlıqlarla əlaqədar bildirmək istəyirik ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən qlobal internet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunub. Bu səbəbdən də ölkəmizin internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur.

    Eyni zamanda, bildirmək istəyirik ki, “AzstateNet” şəbəkəsi üzərindən fəaliyyətləri təmin olunmuş dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq olunub, informasiya təhlükəsizliyi üzrə tədbirlər isə saatlıq iş rejimində XRİTDX tərəfindən monitorinq olunmaqdadır”, – deyə məlumatda vurğulanıb.

  • İlham Əliyev Donald Trampı təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət veririk. Beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.

    Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk.

    Bu gün Azərbaycan-Birləşmiş Ştatlar dostluq əlaqələrini və tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar vardır. Hesab edirəm ki, iqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur.

    İnanıram ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində dost və tərəfdaş ölkələrimiz arasında əlaqələr və əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli genişlənməyə davam edəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

  • Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu

    Bakıda xanım sərnişinə qarşı nəlayiq hərəkətlər edən daha bir taksi sürücüsü həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş Süleyman Məmmədov (soyad şərti) saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, Süleyman idarə etdiyi avtomobillə taksi xidməti göstərib. O, Qaradağ rayonu, Sahil qəsəbə sakini N.Ə. adlı sərnişinə əxlaqsız hərəkətlər etməkdə günühlandırılıb.

    Belə ki, yolda olarkən N.Ə.-yə əvvəlcə öz şəxsi həyatı barədə söhbətlər edib, daha sonra onun mobil telefonunu əlindən alaraq nömrəsini öyrənmək üçün öz telefonuna zəng edib. Şikayətçi taksi sürücüsünün gedəcəyi ünvana çatanadək ona qarşı nalayiq hərəkətlər və gecə saatlarında 2 dəfə zəng etdiyini iddia edib.

    Məhkəmənin qərarı ilə Süleyman İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4 gün müddətə həbs olunub.

  • Bakıdakı yeni park belə olacaq (VİDEO)

    Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməlini qoyublar.

    Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq.

    Ağ şəhərdə salınacaq parkda muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək.//Qafqazinfo

  • Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?

    Əməkdar artist Rəhman Rəhmanov dövlətin ona pulsuz təyin etdiyi insulin iynəsini 80 manata alır.

    Bu barədə Qaynarinfo-ya aktyorun özü deyib. Aktyor uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkdiyini vurğulayıb:

    “Xəstə kimi bir aya mənə 4 iynə verirlər. İynə pulsuzdur, amma növbə olduğundan mən pulsuz dərmanlarımı ala bilmirəm. Ağrıyıram, məcbur olub iynəmi pulls alıram. Süni tıxac yaradılar. İndi dərmanımın vaxtıdır, almaq lazımdır, amma ayağım elə ağrıyır, evdən çıxa bilmirəm. Xəstələr üçün olan imtiyazlı aptekləri birləşdirmək kimə lazım idi?”

    Rəhman Rəhmanov deyir ki, Biləcəri qəsəbəsində 15 saylı poliklinika nəzdində imtiyazlı apteki 9-cu mikrorayonda yerləşən başqa bir aptekə birləşdiriblər:

    “Həmin aptekdən 2500 şəkər xəstəsi dərman alırdı. Onlardan biri də mənəm. Bizim apteki bağlayıblar. 2500 xəstənin dərmanlarını 9-cu mikrorayonda yerləşən apteklərin birinin tabeliyinə veriblər. Biz ora gedə bilmirik. Orada böyük növbə var, dayanmaq olmur. Mən xəstə adamam, orada ayaq üstə necə dayanım? Saatlarla növbədə dayanmalıyam, buna isə səhhətim yol vermir. Belə olan təqdirdə mən məcbur olub ayrı aptekdən pulla alıram həmin dərmanı. Pulsuz dərmana niyə pul verməliyəm? Mənim dərmanlarım qalır həmin aptekdə”.

    Aktyor şəkər xəstələri üçün imtiyazlı apteklərin birləşdirilməsinin əleyhinə olduğunu diqqətə çatdırıb.

    “Bir neçə apteki birləşdirmək doğru deyil. Gərək saat 6:00-da gedib növbə tutasan, xəstə o vaxt yuxudan necə qalxsın? Maşınla gedirsən, onu da saxlamağa yer yoxdur. Problemlər yaşayırıq. Bunun sonu necə olacaq? Bizə kömək olun”, – deyə aktyor aidiyyatı qurumlardan kömək istəyib.

  • Məşhur tikinti şirkəti yarım milyon borca düşdü

    Məşhur tikinti-quraşdırma şirkəti “ABC-2010” MMC külli miqdarda borca düşüb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb. Belə ki, MMC-nin vergi borcunun hazırda miqdarı 463 387 manat təşkil edir.

    Qeyd edək ki, Azərbaycan inşaat bazarında yer alan “ABC-2010” telekommunikasiya obyektlərinin layihələndirilməsi, dizayn və tikintisi, hündürlükdə işlər, telekommunikasiya obyektlərinin tikintisi və xüsusi təyinatlı obyektlərin tikintisi, elektrik təchizat qurğularının quraşdırılması, fiber optik və internet xəttlərinin çəkilişi üzrə fəaliyyət göstərir. 2009-cu ildə təsis edilən şirkətin nizamnamə kapitalı 871000 manat, qanuni təmsilçisi isə Adıgözəlov Azər Adışirin oğludur.

  • Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib

    Yaponiyanın cənubundakı Tokara adalarında son iki həftə ərzində 900-dən çox yeraltı təkan qeydə alınıb.

    Qaynarinfo xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, ciddi dağıntılar müşahidə olunmasa da, Yaponiya Meteorologiya Agentliyi zəlzələlərin nə zaman dayanacağını proqnozlaşdıra bilmədiklərini etiraf edib.

    Agentliyin nümayəndəsi Ayataka Ebita bildirib ki, 21 iyun tarixindən etibarən Tokara adaları zəncirinin ətrafındakı dəniz akvatoriyasında seysmik fəallıq xeyli artıb. O, sakinlərin mümkün güclü zəlzələlərə qarşı sığınacaq və ya təxliyəyə hazır olmaları lazım gəldiyini vurğulayıb.

    Yerli KİV-in verdiyi məlumata görə, təkcə ötən 10 gün ərzində 740 yeraltı təkan baş verib. Bütün zəlzələlər Yaponiyanın 7 ballıq seysmik intensivlik şkalasına əsasən 1 bal və ya daha yüksək səviyyədə qeydə alınıb.

    Tokara arxipelaqına daxil olan 12 uzaq adadan 7-si məskunlaşıb və orada təxminən 700 nəfər yaşayır. Yerli sakinlər davamlı yeraltı təkanlar səbəbilə yuxusuzluq və narahatlıq yaşadıqlarını bildirirlər.

    “Yer sanki dayanmadan titrəyir. Yatmaq belə qorxulu hala gəlib”, deyə adalardan birinin sakini yerli mətbuata bildirib.

    Rəsmi statistikaya görə, gündəlik zəlzələlərin sayı 23 iyunda maksimum səviyyəyə – 183 təkanadək yüksəlib. Sonra bu göstərici 26 iyunda 15-ə, 27 iyunda isə 16-ya düşüb. Lakin 28 iyunda rəqəm yenidən artaraq 34-ə, 29 iyunda isə 98-ə çatıb. 30 iyun tarixində 62 zəlzələ qeydə alınıb.

    Ekspertlər bildirir ki, Tokara adaları ətrafındakı qeyri-adi relyef dəniz dibinin altında təzyiqin toplanmasına səbəb olur və bu, daha sonra zəlzələlər şəklində boşalır.

    Bu həftə Yaponiya hökuməti növbəti onilliklər ərzində Sakit okean sahillərində baş verə biləcək “meqa zəlzələ”yə qarşı hazırlıqların gücləndirilməli olduğunu bəyan edib. Mart ayında hökumətin yenilənmiş qiymətləndirməsinə əsasən, bu regionda baş verə biləcək və sunami ilə müşayiət olunacaq güclü zəlzələ 298 min insanın həyatına son qoya, iqtisadi itkilər isə 2 trilyon dolları keçə bilər.

  • “Golden Beach”də faciə: Cəryan vurub öldürdü

    Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

    Hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində qeydə alınıb.

    Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.