Month: July 2025

  • Эмин Агаларов объяснил перенос концерта в России

    Азербайджанский певец и бизнесмен Эмин Агаларов объяснил перенос концерта, который должен был состояться 6 июля в “Янтарь-холле” в городе Светлогорске Калининградской области России.

    Об этом сообщает РБК.

    По словам Агаларова, концерт отложили до 5 июля 2026 года, причиной является изменение делового графика.

    “Эта площадка – самая популярная в регионе, поэтому согласовать ближайшие даты не удалось. Мы приняли решение перенести мероприятие на следующий год. Я очень хочу приехать в Светлогорск – в 2026 году концерт обязательно состоится”, – сказал певец.

    В “Янтарь-холле” сообщили, что старые билеты будут действительны.

  • Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib

    Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov iyulun 6-da Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutmalı olan konsertin təxirə salınmasının səbəbini izah edib.

    Median.Az bu barədə RBK-ya istinadla xəbər verir.

    Ağalarovun sözlərinə görə, iş qrafikində dəyişiklik edildiyi üçün konsert 5 iyul 2026-cı il tarixinə təxirə salınıb.

    “Bu məkan regionda ən populyardır, ona görə də konsert üçün yaxın tarixləri razılaşdırmaq mümkün olmadı. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik”, – deyə müğənni vurğulayıb.

    Bildirilir ki, köhnə biletlər etibarlı olacaq.

  • АТОР опровергает заявление посольства РФ в Баку: Туроператоры не получали жалоб от российских туристов в Азербайджане

    Туроператоры в РФ не получали жалоб от российских туристов в Азербайджане.

    Об этом Median.Az сообщает со ссылкой на Ассоциацию туроператоров России (АТОР).

    “Туроператоры-члены ассоциации, работающие на направлении, не получали от клиентов жалоб или запросов на досрочное возвращение из Азербайджана. Аннуляции бронирований пока носят единичный характер”, – отметили в ассоциации.

    По данным АТОР, в Азербайджане в настоящее время находятся около 250 организованных туристов из России.

    За январь-апрель 2025 года в Азербайджан посетили около 180 тыс. россиян. По оценке экспертов АТОР, доля организованных туристов в этом потоке составляет около 2,5%.

    Отметим, что в среду посольство РФ в Азербайджане заявило, что якобы находящиеся в стране, в том числе с целью туризма, граждане России сообщили, что у них проверяли документы, интересовались целью пребывания в Азербайджане, о применении к ним физического насилия.

    МИД Азербайджана в ответ выступил с заявлением, в котором назвал необоснованными эти утверждения российского посольства.

  • Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb

    Rusiyadakı turoperatorlar Azərbaycandakı rusiyalı turistlərdən şikayət almayıb.

    Bu barədə Median.Az Rusiya Turoperatorlar Assosiasiyasına istinadən xəbər verir.

    “Bu istiqamətdə işləyən assosiasiya üzvü olan turoperatorlar müştərilərdən şikayət və ya Azərbaycandan vaxtından əvvəl qayıtmaq üçün sorğu almayıblar. Bronların ləğvi silsilə xarakter daşımır”, – assosiasiyadan qeyd ediblər.

    Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə, hazırda Azərbaycanda turpaketlərlə səfərdə olan təxminən 250 rusiyalı turist var.

    Bu ilin yanvar-aprel aylarında Azərbaycana təxminən 180 min rusiyalı səfər edib. Assosiasiyanın ekspertlərinin qiymətləndirməsinə görə, bu axında turpaketlərlə səfərdə olan turistlərin payı təxminən 2,5 % təşkil edir.

    Qeyd edək ki, çərşənbə günü Rusiyanın Azərbaycandakı səfirliyi bəyanat verərək, guya ölkədə olan, o cümlədən turizm məqsədilə gələn Rusiya vətəndaşlarının sənədlərinin yoxlanıldığını, Azərbaycanda qalma məqsədləri ilə maraqlanıldığını, onlara qarşı fiziki zorakılıq tətbiq edildiyini bildiriblər. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin bu iddialarını əsassız adlandırıb.

  • В прошлом месяце проведены проверки в 17 аптеках

    В течение июня этого года были проведены плановые и внеплановые проверки в 17 аптеках.

    Информацию распространил Центр аналитической экспертизы Министерства здравоохранения.

    Согласно информации, проверки были проведены в 12 аптеках в городе Баку и в 5 аптеках в регионах.

    В результате проверок в аптеках не было выявлено каких-либо нарушений.

  • Ötən ay 17 aptekdə yoxlama aparılıb

    Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.

    Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    Məlumata əsasən yoxlamalar Bakı şəhəri üzrə 12, respublikanın digər şəhər və rayonlarında isə 5 aptek olmaqla keçirilib.

    Yoxlamalar nəticəsində apteklərdə hər hansı nöqsan qeydə alınmayıb.

  • Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb

    Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.

    Məsələ ilə bağlı Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbova “Report”a açıqlamasında deyib ki, iyulda isti günlərin sayının çox olacağı gözlənilir.

    “İyunda temperaturun nisbətən aşağı olmasını baza dövrü, yəni 1961-90-cı illərlə müqayisə etdikdə, çox da aşağı olmadığını görürük. 90-cı ildən sonrakı dövrə nəzər salsaq, həmin dövrlərlə müqayisədə temperatur nisbətən aşağı olub. Buna səbəb isə lokal iqlim dəyişmələri, atmosfer dövranı, şimaldan və şimal-şərqdən Azərbaycana daxil olan hava kütlələrinin təsiridir. Ümumiyyətlə, şimaldan daxil olan hava kütlələri yayda nisbətən sərinlik, qışda sərtlik gətirir. Ümumi götürdükdə isə belə sərin havaların o qədər də uzun çəkməyəcəyini deyə bilərəm”, – o qeyd edib.

    İnstitut rəsmisi əlavə edib ki, yay aylarında temperaturun aşağı olması iqlim dəyişmələrinin bir növüdür:

    “Yəni iqlim dəyişmələri dedikdə təkcə temperaturun qalxması deyil, enməsi də nəzərdə tutulur və yaxud da yağıntıların azalması, çoxalması və s. İyun ayı əsasən sərin keçsə də, isti hava da müşahidə edildi. Amma bir neçə il bundan əvvəllə müqayisədə həmin isti havanın əvvəlki illərdə daha uzun müddət davam etdiyini görmüşük. İndi isə sərin günlərin sayı nisbətən artıb, isti günlərin sayı azalıb. Bu da elə iqlim dəyişmələrinin bir təzahürüdür”.

    Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova “Report”a bildirib ki, bu ilin iyun ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34 dərəcə isti, bölgələrdə isə 39 dərəcə isti qeydə alınıb:

    “Havanın orta aylıq temperaturu ölkə üzrə 23 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 1 dərəcəyədək yuxarıdır”.

    Onun sözlərinə görə, bu ilin iyun ayının əvvəlində Şahdağa qar yağıb, havanın minimal temperaturu 1 dərəcə şaxta təşkil edib. Bakı və Abşeron yarımadasında isə minimal temperatur 16 dərəcə isti olub.

    Xidmət rəsmisi qeyd edib ki, ölkə ərazisində son 5 ildə iyun ayında havanın orta aylıq temperaturu iqlim normasından 2-4 dərəcə yuxarı olub. Çoxillik müşahidə məlumatlarına əsasən, ən isti iyun ayı 2021-ci ildə qeydə alınıb. Həmin il havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.

  • Beyləqanda 16 yaşlı oğlan kanalda batıb

    Beyləqan rayonunda 16 yaşlı oğlan kanalda batıb.

    Hadisə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində baş verib.

    Eyvazalılar kənd sakini, 2009-cu il təvəllüdlü Qasımov Əkbər Nizami oğlu kanalda çimərkən batıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Пятеро задержанных сотрудников Sputnik Азербайджан освобождены

    Пятеро задержанных сотрудников Sputnik Азербайджан освобождены.

    Об этом Oxu.Az сообщили члены их семей.

    Согласно полученной информации, пятеро сотрудников агентства были освобождены после дачи объяснений в рамках возбужденного уголовного дела.

    Напомним, что несколько дней назад сотрудники правоохранительных органов провели в офисе агентства операцию, в ходе которой были задержаны семь человек. В отношении двоих из них была избрана мера пресечения в виде ареста, один был сразу же освобожден.

    Сегодня, после дачи объяснений, были освобождены еще четверо граждан Азербайджана: руководитель азербайджанской редакции Тахир Балиев, руководитель русской редакции Юсиф Агаев, видеооператор Талех Мамедов и водитель Рамин Бабаев.

  • “Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxıldı

    “Sputnik Azərbaycan”ın saxlanılan 5 əməkdaşı sərbəst buraxılıb.

    Bu barədə oxu.az-a saxlanılan şəxslərin ailə üzvləri məlumat veriblər.

    Bildirilib ki, onların cinayət işi üzrə izahatları alınıb və bu gün sərbəst buraxılıblar.

    Xatırladaq ki, bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları “Sputnik Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirib. Əməliyyat zamanı agentliyin 7 əməkdaşı saxlanılıb. Onlardan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib, bir nəfər isə sərbəst buraxılmışdı. Bu gün saxlanılan daha 4 nəfər Azərbaycan vətəndaşları – Azərbaycan redaksiyasının rəhbəri Tahir Baliyev, Rus redaksiyasının rəhbəri Yusif Ağayev, videooperator Taleh Mahmudov və sürücü Ramin Babayev izahatları alınandan sonra azad ediliblər.