Month: July 2025

  • Prezidentdən Naxçıvanla bağlı vacib SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla tədbirlər planında “Əsas icraçı orqan (qurum)” sütununa “(qurum)” sözündən sonra “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri əlavə ediləcək.

    Həmçinin gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılmasını Dövlət Gömrük Komitəsi (DGK) ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Azərbaycan Dəmir Yolları icra edəcək.

    Müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanmasında digər icraçı qismində Elm və Təhsil Nazirliyi də iştirak edəcək.

    Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində əsas icraçı orqan (qurum) Naxçıvan Nazirlər Kabineti ilə yanaşı AAYDA olacaq.

    Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.

  • Sabahdan Bakı-Ələt-Qazax yolunda sürət həddi endiriləcək

    Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə iyulun 30-dan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində yerləşən “Azpetrol” YDM-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bununla yanaşı, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur.

    Hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır.

  • Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

    Cəlilabadın sabiq baş memarı Sahil Qəmbərli və sabiq bələdiyyə sədri Mehdi Kərimovun cinayət işi üzrə verilmiş apellyasiya şikayəti və protesti əsasında keçirilən məhkəmə prosesi baş çatıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib. Dövlət ittihamçısının sabiq bələdiyyə sədri Mehdi Kərimov barəsində verdiyi apellyasiya protesti isə təmin edilib.

    Belə ki, onun barəsində birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinin (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsinə dair müddəalar çıxarılıb.

    Yeni hökmlə Mehdi Kərimova 8 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    Qeyd edək ki, sözügedən şəxslər 2023-cü ildə Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qənbərli 8 il və M.Kərimov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

    Onlar Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə təqsirli bilinirlər.

  • В Азербайджане скончался ханенде – Фото

    Скончался преподаватель Детской школы искусств №1 имени Бюльбюля города Барда Рахман Тахмазов.

    Он умер вчера вечером.

    Рахман Тахмазов также был ханенде (исполнителем мугама).

  • Azərbaycanda xanəndə vəfat etdi – Foto

    Bərdə şəhər Bülbül adına I saylı Uşaq İncəsənət məktəbinin müəllimi Rəhman Təhməzov vəfat edib.

    O, dünən axşam saatlarında dünyasını dəyişib.

    Bildirilir ki, Rəhman Təhməzov həm də xanəndə olaraq fəaliyyət göstərirmiş.

  • В Баку очистили пешеходный переход с мемориальными досками шехидов – Обновлено (Видео)

    В поселке Ходжасан Бинагадинского района Баку взята под контроль ситуация с антисанитарией на надземном пешеходном переходе, на стенах которого размещены мемориальные доски шехидов.

    Как передает Oxu.Az, проблема неудовлетворительного состояния решена, теперь жители могут беспрепятственно пользоваться пешеходным переходом.

    * * * * *

    Надземный пешеходный переход в поселке Ходжасан Бинагадинского района Баку стал местом сбора наркозависимых.

    Об этом Median.Az сообщает со ссылкой на AzTV.

    Из-за непригодного состояния сооружения, на стенах которого размещены мемориальные доски шехидов, жители вынуждены пересекать дорогу, подвергая свою жизнь опасности.

    Кроме того, в переходе наблюдается антисанитария из-за скопления мусора.

    Подробнее – в сюжете:

  • Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ – Yenilənib (Video)

    Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən yerüstü piyada keçidindəki antisanitar vəziyyət nəzarətə götürülüb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, piyada keçidindəki yararsız vəziyyət həll edilib.

    Artıq sakinlər piyada keçidindən istifadə edə bilərlər.

    * * * * *

    Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən yerüstü piyada keçidi narkomanların yuvasına çevrilib.

    Median.Az AzTV-yə istinadən xəbər verir ki, piyada keçidi yararsız vəziyyətdə olduğu üçün sakinlər canlarını təhlükəyə ataraq yolu qarşıya keçirlər.

    Həmçinin, yerüstü piyada keçidi tullantılarla dolu olduğundan orada antisanitar vəziyyət hökm sürür.

    Ətraflı süjetdə:

  • Дорожная полиция обратилась к водителям в связи с повышением риска аварий

    Главное управление Государственной дорожной полиции Министерства внутренних дел обратилось к водителям.

    В обращении говорится:

    “Обеспечение безопасности дорожного движения важно для каждого из нас. Управление автомобилем требует не только технических навыков, но и максимальной концентрации и ответственности.

    Проведенные наблюдения показывают, что одним из факторов, приводящих к дорожно-транспортным происшествиям, является использование водителями неподходящей одежды за рулем, особенно обуви.

    Тонкие и высокие каблуки, открытые сзади туфли, скользкие и с эластичной подошвой затрудняют контроль над педалями, вызывают скольжение ноги и неправильное или несвоевременное нажатие на педаль, что повышает риск аварии. Подобные случаи чаще наблюдаются среди женщин-водителей.

    Главное управление Государственной дорожной полиции еще раз призывает водителей быть внимательными и действовать ответственно ради безопасности как своей, так и других участников дорожного движения.

    Думайте о своей безопасности – защитите себя и других!”

  • DYP qəza riskinin artması ilə bağlı sürücülərə müraciət etdi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

    İdarədən verilən məlumata görə, müraciətdə deyilir:

    “Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçün vacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eyni zamanda maksimum diqqət və məsuliyyət tələb edir.

    Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə də ayaqqabılardan istifadə etməsidir.

    Nazik və hündürdabanlı, topuqlu, arxasıaçıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgün sıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır. Bu kimi hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətli olmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.

    Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!”

  • В Загатальском районе произошел пожар в доме чиновника

    В частном доме в селе Бахматли Закатальского района произошел пожар.

    Как передает АПА, возгорание зафиксировано в одноэтажном доме с цокольным этажом, принадлежащем Оруджу Гараханову.

    В результате инцидента огнем были уничтожены легковоспламеняющиеся конструкции дома вместе с домашним имуществом. Во время пожара никто не пострадал.

    К ликвидации возгорания были привлечены техника и личный состав Государственной службы пожарной охраны Загатальского района.

    Стоит отметить, что владелец дома О.Гараханов занимает должность представителя главы Исполнительной власти района по городу Загатала.

    Как сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям Азербайджана, на площади 140 кв.м сгорели легковоспламеняющиеся конструкции двух комнат и коридора одноэтажного 3-комнатного дома (общая площадь 180 кв.м).

    Сообщается, что остальная часть дома была защищена от огня. Пожарные расчеты потушили пожар.