Month: July 2025

  • Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək

    Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb.

    “Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir”, – məlumatda qeyd olunub.

    Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

  • Tailand Kamboca ilə münaqişəyə görə dəyən zərərin məbləğini açıqladı

    Tailand hakimiyyəti ilkin olaraq Kamboca ilə münaqişə nəticəsində dəyən iqtisadi zərəri 300 milyon dollardan çox qiymətləndirib.

    Median.Az-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş nazirinin müavini, maliyyə naziri Phiçay Çunhavaçira bildirib.

    O, dəymiş ziyanın daha çox ola biləcəyini istisna etməyib. Krallığın hökuməti Kamboca-Tailand sərhədində beş gün davam edən silahlı toqquşmaların nəticələrini aradan qaldırmaq üçün ilkin olaraq 618 milyon dollar ayırmağı planlaşdırır.

    Xatırladaq ki, 2025-ci il mayın 28-də Tailand əsgərləri Kambocanın Preahvihear əyaləti ilə Tailandın Ubonraçathani əyaləti arasında mübahisəli ərazidə Kamboca hərbi postuna atəş açdıqdan sonra Kamboca ilə Tailand arasında münasibətlər sürətlə pisləşməyə başlayıb. İyulun 24-də sərhəd bölgələrində və Tamoanthom, Tamoantauç və Takrabey məbədləri ətrafında silahlı toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.

  • Bakıda su niyə fasilələrlə verilir? – Rəsmi

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakının müxtəlif ərazilərində yaranmış su problem ilə bağlı daha bir açıqlama yayıb.

    Median.Az xəbər verir ki, qurumdan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır.

    Rəsmi məlumata görə, mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır:

    “Hazırda mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir.

    Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı və ətrafında pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas sugətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyun çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır. Həmçinin, mövcud qanunsuz birləşmələr su təchizatı sisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrin qeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsi də əhəmiyyətli dərəcədə artır. Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.

    Misal üçün, hər hansı rayonunun bir çox hissəsi səhər saat 6-dan günorta saat 12-ə qədər normal təzyiqlə su alırdı və günorta 12-dən axşam 6-ya kimi həmin təzyiq təxminən 50 faizə endirilirdi. Axşam saatlarında əhalinin sudan daha çox istifadə etdiyi zamanda yəni, saat 6-dan gecə 12-ə kimi normal təzyiqə qaytarılırdı. Hazırda isə bir əraziyə 24 saat su verib, digər ərazini ümumiyyətlə susuz saxlamaq olmaz. Yay aylarında 24 saat su alan ərazilərdə qrafikli rejimə keçməklə 12 saat su verilir. Bəzi ərazilərdə isə mövcud vəziyyətlə bağlı qrafikli rejimlərdə saat dəyişikliyi edilib.

    Həmçinin 4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiq olunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminə keçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitiv üsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfə olmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir.

    Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını qorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinə qədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur”.

    Qeyd edilib ki, keçən illə müqayisədə bu ilin cari ayında havanın temperaturu 6-7 dərəcə daha yüksəkdir:

    “O cümlədən, əhalinin artımı və şəbəkənin genişləndirilməsi, vətəndaşların bir çoxunun bağ evlərinə köçməsi və s. faktorları da mövcud vəziyyətə səbəbdir. Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir.

    Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür Sutəmizləyici Qurğuları Komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir.

    Həmçinin yeni layihələr də mövcud plan üzrə icra olunmaqdadır, lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə həyata keçirilən işlər genişmiqyaslı infrastruktur layihələridir və qısa müddətli deyil.

    Hazırda maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçi heyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpa işlərini yerinə yetirir. Hazırda əksər ərazilərdə su təchizatı əvvəlki rejimə qaytarılıb”.

  • Пожары в Лос-Анджелесе превысили страховые убытки времен Фукусимы

    Лесные пожары, охватившие Лос-Анджелес в январе, привели к рекордным страховым убыткам, превзойдя потери страховых компаний после катастрофы в японской Фукусиме в 2011 году.

    Об этом сообщает агентство Bloomberg со ссылкой на данные компании Munich Re.

    “Стихийные бедствия по всему миру уже привели к страховым убыткам на сумму 80 млрд долларов в первой половине года, причем пожары в районе Лос-Анджелеса и вокруг него в первые недели 2025 года составили половину от общего числа”, – говорится в сообщении.

    Утверждается, что страховые убытки после землетрясения и цунами в японском городе Фукусима в 2011 году, которые привели к аварии на АЭС “Фукусима-1”, были не такими высокими.

    7 января в западной части Лос-Анджелеса начался усиливаемый ветром лесной пожар. Площадь распространения огня превысила 11 тыс. гектаров. Пожары в Калифорнии стали самыми разрушительными за всю историю штата.

  • Los-Ancelesdə meşə yanğınları rekord sığorta itkilərinə səbəb olub: “Fukusima” fəlakətini üstələyib

    ABŞ-də yanvar ayında Los-Ancelesi bürümüş meşə yanğınları rekord sığorta itkilərinə gətirib çıxarıb və 2011-ci ildə Yaponiyada baş vermiş “Fukusima” fəlakətindən sonra sığorta şirkətlərinin itkilərini üstələyib.

    Bu barədə “Munich Re” sığorta şirkəti məlumat yayıb.

    “Dünyada baş verən təbii fəlakətlər artıq ilin birinci yarısında 80 milyard dollar məbləğində sığorta itkisinə səbəb olub, 2025-ci ilin ilk həftələrində Los-Anceles bölgəsində və onun ətrafında baş verən yanğınlar isə ümumi məbləğin yarısını təşkil edib”, – deyə hesabatda qeyd olunub.

    İddia edilib ki, 2011-ci ildə “Fukusima-1” atom elektrik stansiyasında qəzaya səbəb olan zəlzələ və sunamidən sonrakı sığorta itkilərini bu dərəcədə yüksək olmayıb.

    Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesin qərb hissəsində küləyin təsiri ilə güclənən meşə yanğını başlayıb. Alovun yayılma sahəsi 11 min hektarı ötüb. Kaliforniyada meşə yanğınları ştatın tarixində ən dağıdıcı olub.

    Həmin vaxt ABŞ prezidenti Co Bayden böyük fəlakət rejimi elan etmişdi. İlkin məlumatlara görə, Kaliforniyada meşə yanğınlarının zərəri 135-150 milyard dollara çata bilər.

  • Gəncədə yeniyetmə qız dördüncü mərtəbədən yıxılıb

    Gəncədə yeniyetmə qız dördüncü mərtəbədən yıxılıb.

    Hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.

    Belə ki, 2008-ci il təvəllüdlü A.P. binanın dördüncü mərtəbəsindən yıxılıb.

    O, xəstəxanaya aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Ильхам Алиев выделил госагентству 2 млн манатов на ремонт дороги в Лерикском районе

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по капитальному ремонту автомобильной дороги Хамармеше – Бибийани Лерикского района.

    Как передает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. в целях капитального ремонта автомобильной дороги Хамармеше – Бибийани, соединяющей 2 населенных пункта с населением тысяча человек, из суммы, указанной в подпункте 1.19.21 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2025 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением Президента Азербайджанской Республики от 10 января 2025 года номер 445, выделить Государственному агентству автомобильных дорог Азербайджана первоначально 2 (два) миллиона манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Министерству экономики Азербайджанской Республики предусмотреть в разделе расходов на государственные капиталовложения в проекте государственного бюджета Азербайджанской Республики на 2026 год финансовые средства, необходимые для продолжения капитального ремонта автомобильной дороги, указанной в части 1 настоящего распоряжения.

    4. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • Prezident İlham Əliyev Lerik rayonu üçün iki milyon manat ayırdı

    Prezident İlham Əliyev Lerik rayonunun Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Hamarmeşə-Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq iki milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq həvalə olunub.

    Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

  • Dövlətə 10 min manat ziyan vuran məktəb direktoru barədə QƏRAR VERİLDİ

    Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyeva apellyasiya məhkəməsinə üz tutub.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, 2023-cü ilin dekabr ayından məktəbə rəhbərlik edən və 2023-cü ildə barəsində cinayət işi açılan məktəb direktoru haqqında olan hökmə xitam verilməsini istəyib.

    Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən, məktəb direktoru 2 il müddətinə ev həbsinə məhkum edilib, ona, həmçinin dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifədə çalışmaq qadağası qoyulub.

    İttihama görə, Almaz Əliyeva musiqi məktəbində 14 320.57 manat məbləğində əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla qulluq mövqeyindən istifadə edib xeyli miqdarda büdcə vəsaitini israf etməklə talayıb. Daha sonra ekspert rəyinə əsasən, onun dövlətə vurduğu məbləğ 10 854.14 manat məbləğində müəyyən edilib.

    O, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, vurulmuş maddi ziyan tam ödənilib. O, əlavə olaraq cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edib, həmçinin ekspertiza xərclərinin də ödənişlərini həyata keçirib. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş edib.

    Məhkəmə onun şikayətini təmin edib və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.

  • Bir sıra xəstəxanalara yeni direktor müavinləri təyin edilib – FOTO

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktor müavinləri təyin olunub.

    Bu barədə TƏBİB məlumat yayıb.

    Məlumata əsasən, Kamil Hacıyev Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini, Sevda Əliyeva Xətai Tibb Mərkəzinin direktorunun müavini – baş həkim vəzifəsini, Faiq Vəliyev Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini, Eyvaz Məmmədov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini təyin olunublar.

    Sabunçu Tibb Mərkəzinin direktorunun cərrahi xidmətlər üzrə müavini K.Hacıyev yeni təyinatınadək Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində, Xətai Tibb Mərkəzinin direktorunun müavini – baş həkimi S.Əliyeva eyni tibb mərkəzinin Keyfiyyətin idarəolunması komitəsinin rəhbəri vəzifəsində, Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini F.Vəliyev eyni xəstəxananın Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin müdiri vəzifəsində, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktorunun terapevtik xidmətlər üzrə müavini E.Məmmədov isə Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında bölmə müdiri vəzifəsində çalışıblar.