Month: July 2025

  • Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır

    Çin Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi üçün Azərbaycanla sıx əməkdaşlığa hazırdır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü və Çinin Yaponiya işğalından azad edilməsinin 80 illiyinə həsr olunmuş tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mey deyib.

    Diplomat həmçinin vurğulayıb ki, rəsmi Pekin hər iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır.

    “Diplomatik münasibətlərin qurulmasından bəri keçən 33 il ərzində Çin-Azərbaycan əlaqələri sabit inkişaf dinamikası nümayiş etdirib. Müxtəlif sahələrdə səmərəli əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsinə güclü təkan verib və hər iki ölkənin xalqlarına nəzərəçarpacaq faydalar verib.

    Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cin və Azərbaycan Prezidenti Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq yaradılması haqqında birgə bəyanatı imzalayıb. Bu sənəd ikitərəfli münasibətlərin inkişafında yeni tarixi fəsil açdı”, – o vurğulayıb.

  • Şərurda 16.5 ton ot bağlaması yanıb

    Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayon Xələc kəndində tövlədə və ot bağlamalarında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 105 m² olan tövlənin 70 m² dam örtüyü yanıb, 35 m² darm örtuyü və tövlə yanğından mühafizə olunub.

    Tövləyə bitişik olan ümumi sahəsi 105 m² çardağın 77 m² hissəsi yanıb, 28 m² olan hissəsi yanğından mühafizə edilib.

    Çardağın altına yığılan 30 ton ot bağlamasının 16.5 tonu yanıb, 13.5 ton ot bağlaması isə mühafizə olunub.

  • Rusiya Azərbaycandan gətirilən polimer məhsullarını məhdudlaşdırmaq niyyətindədir

    SİBUR şirkəti və onun struktur bölmələri olan “Kazanorqsintez” və “Nijnekamskneftexim” Azərbaycan və Türkmənistandan polietilen və polipropilen məhsulları idxal edən istehsalçılara qarşı antidempinq araşdırmasına başlayıb.

    Bu barədə “Kommersant” nəşri məlumat yayıb.

    Avrasiya İqtisadi Komissiyasının təqdim etdiyi sənədlərə əsasən, 2024-cü ildə xarici tədarükçülərin məhsulları Rusiya daxili bazarında maya dəyərindən aşağı qiymətə satılıb.

    Araşdırma nəticələrinə görə, Azərbaycandan idxal olunan:

    – polietilen üzrə dempinq marjası 19,9%,

    – polipropilen üzrə isə 33,85% təşkil edib.

    Türkmənistandan idxal edilən polipropilen və onun sopolimerləri üzrə dempinq marjası 13,55% olub.

    Qeyd edilir ki, bu cür tədarüklər Rusiyanın neft-kimya sənayesinə maddi zərər vurma riski daşıyır.

    Araşdırmanın yekununda əlavə rüsumların və kvotaların tətbiqi, hətta idxala tam qadağa qoyulması barədə qərarın verilməsi istisna edilmir.

  • Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışıb

    Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik bölgəsində (Zəngəzur dəhlizi) yerli əhali ilə görüş zamanı regionun tranzit potensialına diqqət çəkərək, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yolun açılmasının vacibliyini xüsusi vurğulayıb.

    Bu barədə “News.am” məlumat yayıb.

    “Əgər Sünikin qapılarını aça bilsək – burada 43 kilometrlik yol imkanlarından bəhs edirəm – əmin ola bilərsiniz ki, bu, bölgəmiz üçün geniş inkişaf imkanları yaradacaq. Hədəfimiz yaxın zamanda Azərbaycanla sülh sazişi imzalamaqdır”,-deyə Vaaqn Xaçaturyan əlavə edib.

  • DTX-nin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı barəsində YENİ QƏRAR

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.

    Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.

    Məhkəmə iş üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq, Nicat Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasına qərar verib.

    Qeyd edək ki, Nicat Hüseynov DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir.

    Xatırladaq ki, 4 ay əvvəl Dövlət Turizm Agentliyində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Agentliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən uzaqlaşdırılıb və qanunsuz əməllərlə bağlı DTX tərəfindən cinayət işi başlanılıb.
    //oxu.az

  • Gənc qız TikTok-da canlı yayım zamanı qatilinin adını çəkdi – FOTO

    Ekvadordan olan gənc qadın ölümündən saniyələr əvvəl TikTok-da canlı yayım zamanı onun ehtimal olunan qatili olan şəxsin adını söyləyib.

    Bu barədə “Metro” nəşri yazıb.

    28 yaşlı Keyla Andreina Qonsales Merkado sosial şəbəkələrdən fəal istifadə edib. Ölümündən üç gün əvvəl paylaşdığı videoda həyatdakı məqsədini belə izah etmişdi:

    “Yaxşı qadın olmağa davam etmək, sadə və təvazökar qadın olmaq, heç kimə zərər verməmək istəyirəm”.

    Qətl günü Keyla ən yaxın rəfiqəsi və Manuel adlı bir gənclə görüş zamanı canlı yayıma çıxıb.

    Canlı yayım zamanı o, belə deyib:

    “Başımı iki dəfə vur, Manuelito, amma indi yox. Əgər məni öldürəcəksənsə, elə et ki, dəqiq olsun, heç nə hiss etməyim. Mən əziyyət çəkmək istəmirəm”.

    Qeyd edək ki, Pakistanda da bir ata qızını “TikTok” hesabını silməkdən imtina etdiyinə görə öldürmüşdü.



    //Baku.ws

  • На востоке ФРГ разбился военный вертолет

    Военный вертолет потерпел крушение на востоке Германии, в настоящее время ведется поиск пилота.

    Как передает Median.Az, об этом сообщила газета Bild со ссылкой на источники в силовых структурах.

    Инцидент произошел недалеко от города Гримма в федеральной земле Саксония. По данным очевидцев, обломки вертолета были обнаружены в реке Мульде. Сейчас на месте работают полицейские и спасатели. Они запросили помощь водолазов.

    Представитель Бундесвера (Вооруженные силы ФРГ) отметил, что пока не может прокомментировать ситуацию.

  • Almaniyada hərbi helikopter qəzaya uğrayıb

    Almaniyanın şərqində hərbi helikopter qəzaya uğrayıb, hazırda pilotun axtarışları davam edir.

    Median.Az-ın xəbərinə görə, bu barədə “Bild” qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

    Hadisə Saksoniya federal əyalətinin Qrimma şəhəri yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, helikopterin qalıqları Mulde çayında tapılıb. Hazırda hadisə yerində polis və xilasedicilər işləyirlər.

    Bundesverin (Almaniya Silahlı Qüvvələri) nümayəndəsi qeyd edib ki, hələlik vəziyyəti şərh edə bilməz.

  • Rusiyada apteklərə və klinika şəbəkəsinə haker hücumu olub

    Rusiyanın “Stoliçki” sosial apteklər şəbəkəsi haker hücumu nəticəsində texniki nasazlıqla üzləşib. Bu səbəbdən rəhbərlik yüzlərlə satış nöqtəsini müvəqqəti olaraq bağlamağa məcbur olub. Hazırda vəziyyət tədricən normallaşır.

    Median.Az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

    Şirkətin Mətbuat Xidmətindən bildirilib ki, problem ötən gündən etibarən müşahidə olunmağa başlayıb. “Stoliçki”nin bir sıra satış nöqtələri bağlanıb, həmçinin onlayn xidmətlərdə də fasilələr yaranıb. İstifadəçilər dərman sifariş etmək və loyallıq proqramlarından istifadə etmək imkanını itiriblər. Əvvəlcə bu nasazlıqlar texniki səbəblərlə izah edilsə də, sonradan məlum olub ki, əsas səbəb haker hücumudur.

    “Stoliçki” sosial apteklər şəbəkəsi haker hücumu nəticəsində baş vermiş nasazlığı təsdiqləyib. Bildirilib ki, mütəxəssislər xidmətlərin bərpası üzərində işləyirlər və artıq apteklərin yarısı fəaliyyətini bərpa edib. Şəbəkənin tam gücü ilə fəaliyyətə başlaması yaxın günlərdə planlaşdırılır, lakin dəqiq tarix açıqlanmayıb.

    Bundan əlavə, “Podyom” “Telegram” kanalı Moskvadakı “Semeynyy Doktor” klinikalar şəbəkəsinin də haker hücumu ilə üzləşdiyini bildirib. Kanalın klinika əməkdaşlarına istinadən yaydığı məlumata görə, iyulun 22-dən etibarən tibb işçiləri xəstələrin onlayn bazasına çıxış imkanını itiriblər və həkimlər pasiyent qəbulunu əl ilə qeyd etməyə məcbur olublar.

    “Hətta printerdə sənəd çap etmək belə mümkün deyil, çünki printerlər server vasitəsilə işləyir, serverə isə çıxış yoxdur. Proqram boş ekran göstərir, 1C sistemində xəstə məlumatları tamamilə itib”, – deyə mənbə bildirib.

    Bununla yanaşı, texniki nasazlıq səbəbindən şəxsi kabinet və onlayn qeydiyyat funksiyası da müvəqqəti olaraq deaktiv edilib. Qəbulun təsdiqi yalnız əlaqə mərkəzinin telefon xətti vasitəsilə həyata keçirilir. Klinika əməkdaşları qeyd ediblər ki, xəstə məlumatlarının bərpası mümkün olmaya bilər.

    Bununla belə, “Semeynyy Doktor” klinikalar şəbəkəsinin rəsmi saytında yayımlanan açıqlamada mediada yer alan məlumatların həqiqətə uyğun olmadığı və şəbəkəyə aidiyyəti olmadığı bildirilib.

  • Mərkəzi Nəbatat Bağı paytaxt sakinləri və qonaqlara müraciət edib

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs “Mərkəzi Nəbatat Bağı” paytaxt sakinləri və qonaqlara müraciət edib.

    Mərkəzi Nəbatat Bağından verilən xəbərə görə, Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir.

    Qeyd edilib ki, bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür: “Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar.

    Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir”.

    Qeyd edək ki, bu gün Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan vurması barədə xəbər yayılıb