Month: July 2025

  • Xarici KİV: Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib

    Son on ildə Azərbaycan əsas geostrateji oyunçu kimi özünü təsdiqləyib.

    Bu barədə Almaniya nəşri “Berliner Zeitung”un analitik materialında deyilir.

    “Son on ildə Bakı özünü mühüm geostrateji oyunçu kimi göstərib. Söhbət təkcə neft və qazdan getmir. Azərbaycan beynəlxalq diplomatiyanın mərkəzinə çevrilib – hətta Avropa İttifaqı (Aİ) və NATO Bakını “etibarlı tərəfdaş” adlandırır”, – məqalədə qeyd olunub.

    Müəllif iddia edir ki, Azərbaycan regional gücə çevrilməyə çalışır: “Azərbaycan Şərqi Mərkəzi Avropada Polşa, Cənubi Amerikada Braziliya və ya Cənub-Şərqi Asiyada İndoneziya kimi regional gücə çevrilməyə çalışır. Bu, onun ölkəni əhatə edən regional hegemonlarla münasibətlərində özünü göstərir”.

    Məqalədə həmçinin Azərbaycanın həm Almaniya, həm də bütün Aİ üçün enerji təchizatçısı kimi mühüm rolu vurğulanır.

    “Ukraynada müharibənin başlanması ilə ölkə (Azərbaycan – red.) özünü Rusiyaya alternativ kimi təqdim edib. Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müşahidəçilərə aydın oldu ki, enerji məsələləri gündəmə gələndə Azərbaycan Çempionlar Liqasında oynayır. Qərbin enerji şirkətlərində qərar qəbul edən şəxslər belə iddia edirlər”, – müəllif əlavə edib.

    Bundan əlavə, materialda Azərbaycanın öz əzəli ərazilərini – Qarabağ bölgəsini qaytarmasının ölkəni gücləndirdiyi qeyd olunur.

    “İndi Azərbaycan rəhbərliyi uzunmüddətli sabitliyin qorunmasına, Qərbi Avropa və ABŞ-nin ictimai diskursunda tanınmağa diqqət yetirəcək. Beləliklə, ölkə əvvəllər diqqət çəkməyən bir çox digər inkişaf etməkdə olan iqtisadiyyatlar üçün nümunə ola bilər”, – “Berliner Zeitung” vurğulayıb.

  • В Пакистане в результате муссонных дождей погибли 279 человек

    По меньшей мере 279 человек погибли и 676 получили ранения в Пакистане из-за ливневых муссонных дождей и вызванных ими инцидентов с конца июня.

    Об этом сообщают пакистанские СМИ.

    Повреждено более 1,5 тыс. зданий, сотни людей эвакуированы. Нанесен значительный ущерб животноводческой и сельскохозяйственной отраслям.

    Больше всего жертв зафиксировано в Пенджабе – 151 погибший и 536 пострадавших. В северо-западной провинции Хайбер-Пахтунхва погибли 64, ранены 80 человек.

    Власти страны предпринимают меры, направленные на обеспечение безопасности граждан и минимизацию ущерба от стихии. Согласно прогнозам метеорологов, сильные ливни в ближайшие дни продолжатся.

    Муссонный сезон в Южной Азии, который длится с июня по сентябрь, ежегодно приводит к масштабным разрушениям и человеческим жертвам.

  • Pakistanda musson yağışları nəticəsində 279 nəfər həlak olub

    İyun ayının sonundan etibarən Pakistanda leysan yağışları nəticəsində ən azı 279 nəfər həlak olub, 676 nəfər isə yaralanıb.

    Bu barədə Pakistan mediası məlumat yayıb.

    1,5 mindən çox bina zədələnib, yüzlərlə insan təxliyə edilib. Heyvandarlıq və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.

    Ən çox insan itkisi Pəncabda qeydə alınıb – 151 ölü və 536 yaralı. Şimal-qərb əyaləti olan Xayber-Paxtunxvada 64 nəfər ölüb, 80 nəfər yaralanıb.

    Ölkə hökuməti vətəndaşların təhlükəsizliyini təmin etmək və təbii fəlakətin vurduğu ziyanı minimuma endirmək üçün tədbirlər görür.

  • В матче “МЮ” – “Вест Хэм” установлен рекорд посещаемости

    Английские клубы “Манчестер Юнайтед” и “Вест Хэм” установили рекорд по посещаемости футбольных матчей в США в 2025 году.

    Как сообщает Median.Az со ссылкой на Sky Sports, их товарищеская игра, прошедшая в Ист-Ратерфорде (недалеко от Нью-Йорка), собрала 82 566 зрителей.

    Этот показатель превзошел даже финал клубного чемпионата мира между “ПСЖ” и “Челси”, на который пришли 81 118 человек. Отчасти рост интереса к матчу объясняется более доступными билетами: вход на игру АПЛ-клубов начинался с $ 77, тогда как на финал КЧМ — от $ 200.

    Встреча завершилась победой “МЮ” со счетом 2:1 – дубль оформил Бруно Фернандеш, у “молотобойцев” отличился Джаррод Боуэн.

  • “Mançester Yunayted” – “Vest Hem” matçında rekord qırılıb

    Bu gün Bakı vaxtı ilə 03:00-da ingilis klubları “Mançester Yunayted” və “Vest Hem” arasında keçirilən futbol matçında 2025-ci ilin tamaşaçı sayı üzrə rekord qırılıb.

    Median.Az “Sky Sports”a istinadən xəbər verir ki, İst-Raterfordda (Nyu-Yorkun yaxınlığında – red.) keçirilən dostluq matçı 82 566 tamaşaçı toplayıb. Bu göstərici hətta 81 118 nəfərin iştirak etdiyi PSJ və “Çelsi” arasında keçirilən Klublararası dünya çempionatının finalını belə üstələyib.

    Matça marağın artmasının səbəblərindən biri biletlərin daha əlçatan olmasıdır: qiymətlər 77 dollardan başlayıb.

    Xatırladaq ki, Klublararası dünya çempionatının finalına stadiondan baxmaq istəyənlər isə minimum 200 dollar ödəməli idi.

    Sözügedən görüş “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatı. Bruno Fernandeşin dubluna Carred Bouen 1 qolla cavab verib.

  • В Баку на маршруты выйдут 200 новых экологичных автобусов

    В августе-сентябре 2025 года в распоряжение пассажиров в Баку будут предоставлены 200 новых экологически чистых автобусов.

    Об этом сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    Отмечается, что структура продолжает работу по повышению качества услуг в сфере пассажирских перевозок.

    “В настоящее время на регулярных маршрутных линиях столицы задействовано более 2 200 автобусов. Поставка новых транспортных средств позволит повысить доступность и улучшить качество обслуживания в системе общественного транспорта”, – говорится в информации AYNA.

  • Bakıya 200 yeni avtobus gətiriləcək

    “2025-ci ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcı şirkətlər tərəfindən 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək”.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat verilib.

    Qeyd olunub ki, AYNA tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.

    “Hazırda paytaxtda müntəzəm marşrut xətlərində 2 200-dən çox avtobus istifadə olunur. Yeni avtobusların gətirilməsi, ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”, – deyə AYNA-nın məlumatında bildirilir.

  • Putinlə Netanyahu arasında telefon danışığı olub

    Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

    Bu barədə Kreml məlumat yayıb.

    Məlumata görə, Rusiya Prezidenti və İsrailin Baş naziri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

    /APA

  • Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlayır.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    Qeydiyyat linki 7 avqust 2025-ci il saat 12:00-a qədər aktivdir.

    Qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər, eyni zamanda 2023-cü ildə test imtahanında keçid balını toplayan (29 və daha çox) və müsahibəyə qatılmayan namizədlər o şərtlə ki, yeni müsahibəni uğurla keçəcəyi halda iştirak edə bilərlər.

    Qeyd edək ki, hər bir namizədin bir məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var. Əgər bir namizəd iki və daha artıq sayda qeydiyyatdan keçərsə, keçdiyi son qeydiyyat etibarlı qəbul ediləcək.

  • ABŞ-də təyyarənin enişindən dərhal sonra polis ikinci pilotu həbs etdi

    ABŞ-də polis təyyarədə olan ikinci pilotu həbs edib.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Minneapolisdən havaya qalxan 2809 saylı reysin sərnişinlərinin bildirdiyinə görə, San-Fransisko hava limanına endikdən sonra təxminən 10 nəfərlik mülki geyimli qrup “Delta Airlines”a məxsus təyyarəyə minib. Onların əyinlərində hüquq-mühafizə orqanlarının döş nişanları taxılmış jiletlər olub. Onlar təyyarənin göyərtəsinə daxil olub və ikinci pilotu qandallayaraq çıxarıblar. Daha sonra ikinci agent qrupu məhbusun şəxsi əşyalarını götürmək üçün təyyarəyə qayıdıb.

    İlkin olaraq həbsin səbəbi açıqlanmayıb. Bununla belə, yerli media iddia edir ki, saxlanılma Daxili Təhlükəsizlik Departamentinin uşaqlara qarşı cinsi zorakılıqla bağlı materialların saxlanması və yayılması şübhəsi ilə aparılan istintaq çərçivəsində baş verib.

    Həbs həm sərnişinlər, həm də ekipaj üzvləri üçün tamamilə sürpriz olub. Qalan pilot isə nə baş verdiyini bilmədiyini söyləyib.

    “O, həqiqətən şoka düşmüş görünürdü”, – deyə şahidlər bildiriblər.

    Digər sərnişin isə hadisənin sarsıdıcı və qıcıqlandırıcı olduğunu və ekipajın saxlanılma ilə bağlı heç bir məlumat vermədiyini qeyd edib.