Month: July 2025

  • На сальянском шоссе в Баку будет ограничено движение транспорта

    В Сабаильском районе Баку 29 июля с 08:00 до 22:00 движение транспортных средств будет частично ограничено в связи с ремонтными работами на сальянском шоссе (от площади 20-го участка в направлении мечети Бибиэйбат).

    Об этом сообщили в Государственном агентстве автомобильных дорог Азербайджана.

    “Дорога не закрывается. Водителей просят быть внимательными при движении на указанном участке, соблюдать правила дорожного движения и требования временных дорожных знаков”, – отмечается в информации.

  • Bakıda Salyan şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

    İyulun 29-da saat 8:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda – Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    “Yol bağlanmır. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • Baş nazirdən dərmanlarla bağlı yeni – Qərar

    Nazirlər Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni Qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra humanitar məqsədlər üçün Azərbaycan ərazisinə gətirilən dərman vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən, həmin dərman vasitələrini gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

    İndiyədək isə bunun üçün Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı tələb olunurdu.

  • Xaricdə yaşayan İmaməddin Əhlimanovla bağlı hökm elan olundu

    Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloqer İmaməddin Əhlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

    Hökmə əsasən, İmaməddin Əhlimanova 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Qeyd edək ki, İmaməddin Əhlimanov Cinayət Məcəlləsinin 12.1 281.2-ci(dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda “YouTube” video platformasındakı hesabında “Xalq tv” adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

    İmaməddin Əhlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Naxçıvanda polis nəfəri vəfat etdi

    Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq bir müddət sonra vəfat edib.

    Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

  • Три человека были убиты после ожесточённой перестрелки в Кашмире

    Индийская армия заявила 28 июля о ликвидации трёх боевиков в результате ожесточённой перестрелки в лесном массиве Дачигам на окраине Сринагара, административного центра штата Джамму и Кашмир.

    Как передает Median.Az, об этом сообщила пресс-служба 15-го армейского корпуса, базирующегося в Шринагаре.

    По данным военных, после оцепления и поисковой операции в верховьях Харвана силы безопасности вступили в бой с группой боевиков.

    “В ходе интенсивной перестрелки нейтрализованы три террориста. Операция продолжается”, – говорится в официальном заявлении армии.

    Подробности о личности боевиков или их принадлежности к какой-либо группировке пока не раскрываются. Военные продолжают операцию в районе, чтобы исключить присутствие других вооружённых лиц. Ситуация в Кашмире остаётся напряжённой, так как регион регулярно становится ареной столкновений между индийскими силами и боевиками.

  • Kəşmirdə şiddətli atışma: Ölənlər var

    Hindistan ordusu Cammu və Kəşmir ştatının inzibati mərkəzi olan Şrinaqar şəhərinin yaxınlığında, Daçiqam meşə massivində şiddətli atışma baş verdiyini, nəticədə üç silahlının öldürdüyünü bəyan edib.

    Median.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Şrinaqarda yerləşən 15-ci ordu korpusunun mətbuat xidmətindən məlumat verilib.

    “Gərgin atışma zamanı 3 terrorçu zərərsizləşdirilib. Əməliyyat davam edir”, – deyə ordunun rəsmi bəyanatında bildirilib.

    Silahlıların kimliyi və ya hansısa qruplaşmaya bağlılığı ilə bağlı təfərrüat hələlik açıqlanmayıb.

    Kəşmirdə vəziyyət gərgin olaraq qalır, çünki bölgə müntəzəm olaraq Hindistan qüvvələri ilə silahlılar arasında toqquşmaların arenasına çevrilir.

  • Nigar Camalla Fərqanə Qasımova arasında qalmaqal – Foto

    “Avroviziya” qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb.

    Buna səbəb Fərqanə Qasımovanın “Dream Fest”ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi olub.

    Belə ki, muğam ifaçısı Nigarın bodili fotosuna “Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır” şərhini yazıb.

    N. Camal isə öz instaqram hesabında F.Qasımovanın həmin şərhinə reaksiya bildirib: “Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm.

    Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyac yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar”.


    //qafqazinfo

  • Российские войска взяли под контроль Бойковку и Бельгийку в Донецкой области

    Российские войска взяли под контроль населенные пункты Бойковка и Бельгийка в Донецкой области.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в Минобороны РФ.

  • Rusiya ordusu Donetsk vilayətində yaşayış məntəqələrinə nəzarəti ələ keçirib

    Rusiya qoşunları Donetsk vilayətinin Boykovka və Belgiyka yaşayış məntəqələrini nəzarətə götürüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.