Month: July 2025

  • DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb

    Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini-telefon, naqil, “Mi-Fi” routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.

    Onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.

    Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.
    Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.

  • Спортсменка, чей переход в сборную Азербайджана не состоялся, вернулась в Россию

    Фигуристка Вероника Жилина, чей переход в сборную Азербайджана не состоялся, вернулась в Россию.

    Об этом заявила заслуженный тренер СССР Татьяна Тарасова в интервью сайту Sport24.

    “Жилина – одна из девушек, способных стать лидером сборной России. Она останется с нами в этом году. После выступлений Вероники посмотрят на общую ситуацию. Сейчас она в команде. У нас очень хорошие девушки, и Вероника – одна из них. Жилина будет выступать за Россию в этом году. Если ее желание представлять Азербайджан твердое, тогда ей придется пропустить еще один год”, – сказала Тарасова.

    Отметим, что Международный союз конькобежцев (ISU) не разрешил Веронике Жилиной перейти в сборную Азербайджана. 17-летняя спортсменка 14 мая сообщила в соцсетях, что получила азербайджанский паспорт.

    Ранее Федерация фигурного катания на коньках (ФФККР) отказалась отпускать Жилину в сборную Азербайджана. Президент национальной федерации Антон Сихарулидзе заявил, что Вероника может быть лидером сборной России на протяжении многих лет.

  • Azərbaycan millisinə keçidi alınmayan idmançı Rusiyaya qayıdıb

    Azərbaycan millisinə keçidi baş tutmayan fiqurlu konkisürən Veronika Jilina Rusiya yığmasına qayıdıb.

    Bu barədə SSRİ-nin əməkdar məşqçisi Tatyana Tarasova “Sport24” saytına açıqlamasında deyib.

    “Jilina Rusiya millisinin lideri olmağa qadir qızlardan biridir. O bu il bizimlə qalacaq. Veronikanın çıxışlarından sonra ümumi vəziyyətə baxacaqlar. O, hazırda komandadadır. Bizim çox yaxşı qızlarımız var, Veronika da onlardan biridir. Jilina bu il Rusiya üçün çıxış edəcək. Əgər onun Azərbaycanı təmsil etmək istəyi qətidirsə, o zaman daha bir il buraxmalı olacaq”, – deyə Tarasova bildirib.

    Qeyd edək ki, Beynəlxalq Konkisürmə Birliyi (ISU) Veronika Jilinanın Azərbaycan millisinə keçidinə icazə verməyib. 17 yaşlı idmançı mayın 14-də sosial şəbəkə hesabında Azərbaycan pasportunu aldığını bildirib.

    Bundan əvvəl FFKKR Jilinanı Azərbaycan millisinə buraxmaqdan imtina etmişdi. Milli federasiyanın prezidenti Anton Sixarulidze bildirib ki, Veronika uzun illər Rusiya millisinin lideri ola bilər.

  • Universitet Firəngiz Mütəllimova ilə Əliqismət Lalayevdən üzr istədi

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) saytında Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin ad və soyadlarının ingilis dilində səhv yazılması sosial şəbəkədə müzakirə mövzusu olub.

    Məsələ ilə bağlı universitet rəsmi açıqlama yayıb.

    Qeyd olunub ki, xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə ona süni intellekt əsaslı “DeepL Translate” modulu inteqrasiya edilib.

    “Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun – xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir.

    Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunub. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlayıb.

    Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik”, – deyə açıqlamada bildirilir.
    //oxu.az

  • İstanbulda müəmmalı qətl: Üzərində rus dilində qeyd olan cəsəd tapıldı

    İstanbulda meşəlik ərazidə yol kənarında başına qara torba keçirilmiş kişi cəsədi aşkarlanıb. Meyitin üzərində rus dilində yazılmış qeyd tapılıb.

    Median.Az bu barədə “Anadolu” agentliyinə istinadla xəbər verir.

    Gənc kişiyə aid meyitin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.

    Hadisə yerində aparılan ilkin ekspertiza və prokurorun iştirakı ilə həyata keçirilən araşdırmadan sonra cəsəd Məhkəmə Tibb Ekspertizası Qurumuna təhvil verilib.

    Faktla bağlı istintaq davam edir.

  • Расширен список лиц, получающих трудовую пенсию по возрасту на льготных условиях

    Кабинет Министров Азербайджана внес изменения в “Список производств, профессий, должностей и показателей, дающих право на трудовую пенсию по возрасту на льготных условиях”.

    В связи с этим премьер-министр Али Асадов подписал новое постановление.

    Согласно решению, контролеры по драгоценной продукции на золотодобыче включены в этот список.

    Контролеры, работающие на дробильных участках, также смогут получать трудовую пенсию по возрасту на льготных условиях.

    Министерство труда и социальной защиты населения в шестимесячный срок должно обеспечить приведение тарифно-квалификационных справочников в соответствие с этим решением, проинформировав Кабинет министров.

  • Nazirlər Kabinetindən əmək pensiyası hüququ verən peşə və vəzifələrin siyahısı ilə bağlı dəyişiklik

    Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, operatorlar qızıl otağının operatorları və emal, qırma, daşıma, eləcə də metallurqlar həmin siyahıya əlavə ediliblər.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir.

  • Bakının bu hissələri işıqsız qalıb

    Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranıb.

    Median.Az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, isti hava şəraitində elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində bu gün gücləndirmə işləri həyata keçirilir.

    Bununla əlaqədar olaraq saat 16:00-dan saat 19:00-dək Qaçaq Nəbi, Lütfizadə, Məzahir Rüstəmov və Sarayevo küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

    Bildirilib ki, gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Goranboyda yüklə dolu “KamAZ” aşıb

    Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Daşla yüklü olan “KamAZ” markalı maşın idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmayıb. Yük maşınında olan daşlar yola tökülüb. Yolda avtomobillərin hərəkətində çətinlik yaranıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Çağırışçılardan rüşvət almaqda təqsirləndirilən sabiq komissara ittiham elan edildi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə növbəti məhkəmə baxışı olub.

    Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramin Şükürovun vəkilləri vəsatət qaldıraraq müvəkkilinin eşitmə ilə bağlı ciddi problemi olduğundan məhkəmə prosesləri zamanı onların yanında əyləşməsini istəyiblər.

    Prokuror bu vəsatətin əsassız olduğunu bildirsə də, məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib. Təqsirləndirilən sabiq şöbə rəisinin vəkilinin yanında əyləşməsi təmin edilib.

    Daha sonra təqsirləndirilənlərlə bağlı dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

    Təqsirləndirilənlərin hər üçü ittihamla özlərini təqsirli bilməyiblər.

    Sübutların araşdırılması ardıcıllığına görə məhkəmə istintaqı zamanı ilkin olaraq təqsirləndirilənlərə sərbəst ifadə üçün imkan yaradılsa da, vəkillər bununla bağlı şifahi vəsatət qaldıraraq ilk olaraq iş üzrə adları keçən şahidlərin dindirilməsini məhkəmədən istəyiblər.

    Buna görə də növbəti prosesdə dindirilməsi nəzərdə tutulan şahidlərin məhkəmədə iştirakının təmin olunası ilə bağlı qərar qəbul edilib.

    Növbəti proses sentyabrın 1-nə təyin edilib.

    Qeyd edək ki, R.Şükürov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.

    Onların çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

    Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə xidmətin Nərimanov Rayon İdarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

    Emil Nəbiyev və Xalid Əzimova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.

    Ramin Şükürov barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
    //oxu.az