Month: July 2025

  • Mişustin Paşinyanla görüşüb

    Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    Məlumata görə, Rusiya tərəfdən danışıqlarda, həmçinin baş nazirin müavini Aleksey Overçuk, hökumət aparat rəhbərinin müavini Elmir Taqirov, xarici işlər nazirinin müavini Andrey Rudenko və iqtisadi inkişaf nazirinin müavini Vladimir İlyiçev də iştirak ediblər.

    Ermənistan tərəfdən isə baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, ətraf mühit naziri Ambartsum Matevosyan, Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurqen Arsenyan və baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan iştirak ediblər.

    Qeyd edək ki, Nikol Paşinyan Beynəlxalq Ekoloji Konfransda iştirak etmək üçün Rusiyaya ikigünlük səfərə gəlib. Konfrans iyulun 25-də “Manjerok” (Altay Respublikası) daimi mövsümi istirahət mərkəzinin ərazisində baş tutacaq. Bu gün (24 iyul) isə baş nazirlər ikitərəfli formatda söhbət ediblər.

    Mişustinlə Paşinyan arasında əvvəlki təmaslar iyunda telefon danışığı formatında baş tutub.

  • Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi

    Sabiq deputat Xanhüseyn Kazımlının ölümünün səbəbi bilinib.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, X.Kazımlı uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirmiş.

    O, xəstəliyi ilə bağlı müalicə alırmış və bundan öncə də bir neçə dəfə vəziyyəti kritikləşibmiş. Dünən axşam saat 8 radələrindən sabiq millət vəkilinin vəziyyəti yenidən pisləşib.

    Qeyd edək ki, Xanhüseyn Kazımlı 2023-cü ildə ləğv edilmiş Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, beş çağırış Milli Məclisin deputatı idi. X.Kazımlının beş övladı var. O, Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır.

  • Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdü artırıldı – MƏBLƏĞ

    Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilir.

    Qeyd edək ki, öncə bu məbləğ 270 manat təşkil edirdi.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Təqaüdlər 2025-ci il sentyabrın 1-dən artırılacaq

  • Завтра будут выплачены все социальные пособия

    25 июля предусмотрена выплата всех пособий, пенсий, компенсаций и адресной государственной социальной помощи.

    Как передает Median.Az, об этом сообщили в Государственном фонде социальной защиты.

  • Sabah bütün sosial müavinətlər ödəniləcək

    İyulun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

  • Peskov: Zəngəzur dəhlizi Azərbaycanın və Ermənistanın suveren işidir

    “Zəngəzur dəhlizi ətrafındakı vəziyyət Ermənistan və Azərbaycanın suveren məsələsidir”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

    Onun sözlərinə görə, Rusiya iki ölkə arasında danışıqlara hər cür dəstək verir.

  • Azərbaycanda qarpız kəskin bahalaşacaq – SƏBƏB AÇIQLANDI

    Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.

    Median.Az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov bildirib.

    Fermer bunun səbəbini qarpız tağlarının tələf olması ilə izah edib:

    “Qarpızın qiyməti qalxacaq. Yaxın günlərdə məhsulun bir kiloqramının qiyməti 80 qəpik olacaq. Bu yaxınlarda rayonlarda kütləvi duman oldu. Mütəxəsislər bunun səbəbini bir müdət öncə İran İslam Respublikasından Azərbaycana keçən duman-şeh ilə əlaqələndirib. Dumanın tərkibində radiasiya olub. Bunun da nəticəsində qarpız tağları kütləvi şəkildə yanıb”.

    Fermer artıq bir neçə rayondan qarpız tağlarının ölməsi ilə məlumatlı olduğunu vurğulayıb:

    “Rayonlardan məlumat almışam ki, yaxın vaxtlarda ölkədə qarpız olmayacaq”.

  • Следственные действия проводятся в отношении авиакомпании “Ангара”, чей борт упал в Приамурье

    Следственные действия проводятся в отношении иркутской авиакомпании “Ангара”, борт которой потерпел крушение в Амурской области РФ.

    Об этом сообщил журналистам в пресс-центре ТАСС первый заместитель руководителя Восточного управления СК на транспорте Владимир Ануфриев.

    “Какова деятельность авиапредприятия. Либо это серьезное авиапредприятие, достойно относящееся к обслуживанию бортов, так и к обучению персонала и соблюдению условий труда. Это все это в комплексе будет оценено”, – сказал он.

  • Rusiyada qəzaya uğrayan təyyarənin məxsus olduğu aviaşirkətlə bağlı istintaq başlayıb

    Rusiyanın Amur vilayətində qəzaya uğrayan təyyarənin məxsus olduğu İrkutskun “Anqara” aviaşirkəti ilə bağlı istintaq hərəkətləri həyata keçirilir.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Nəqliyyat üzrə İstintaq Komitəsinin Şərq İdarəsinin rəhbərinin birinci müavini Vladimir Anufriyev məlumat verib.

    “Aviaşirkətin fəaliyyəti nədən ibarətdir. Ya bu, ciddi aviaşirkətdir ki, təyyarələrə texniki qulluq, eləcə də kadrların hazırlanması və iş şəraitinə riayət olunmasına ciddi yanaşır. Bütün bunlar kompleks şəkildə qiymətləndiriləcək”, – deyə o bildirib.

  • Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

    Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, yolasalma Tərtər şəhərində Bayraq meydanından olub.

    Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür. Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb.

    Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.