Month: July 2025

  • Nigar Camalın “Dream Fest”dəki geyimi müzakirələrə səbəb oldu – Video

    Müğənni Nigar Camal ötən gün keçirilən “Dream Fest” beynəlxalq musiqi festivalının ən çox müzakirə edilən məşhur oldu.

    Açılış mərasimində iştirak edən ifaçı firuzəyi xalıya bodidə çıxıb.

    Nigarın qara rəngli bodisi olduqca böyük müzakirələrə səbəb olub. Sənətçinin sosial şəbəkələrdə yayılan videosu rezonans doğurub.

    Onun bu geyimi bəyənənlər də olub, tənqid edənlərdə. İfaçı festivaldan olan görüntülərini şəxsi instaqram hesabında da paylaşıb. Onun şərh bölümünü bağlaması diqqətlərdən yayınmayıb.

    Məlumat üçün bildirək ki, ötən gün paytaxtda yayının əsas hadisəsi olan “Dream Fest” beynəlxalq musiqi festivalı start götürüb. Üç gün davam edəcək tədbir “Sea Breeze Resort”un sahilində təşkil edilib. İlin həyəcanla gözlənilən festivalında Azərbaycanın Xalq artistləri və xeyli sayda tamaşaçı iştirak ediblər.//baku.ws

  • Rusiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki 49 nəfərin hamısı ölüb

    İlkin məlumata görə, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

    Bu barədə Rusiya mediası məlumat yayıb.

    Təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.

  • Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb

    Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

    – obyektlər yanğın avtomatika qurğuları ilə təmin edilməyib;

    – elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

    – obyektlər xarici yanğınların söndürülməsi üçün su ehtiyatı ilə təmin edilməyib;

    – obyektlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

    – obyektlərdə ildırımötürücü quraşdırılmayıb;

    – obyektlər qəza işıqlandırma qurğusu ilə təmin olunmayıb;

    – köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;

    – obyektlərdə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

    – obyektlərdə siqaret çəkmək üçün xüsusi yerlər ayrılmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektlərin nümayəndəsinə təqdim edilib.

  • Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib

    Almaniyada Küveytin sorğusu üzrə saxlanılan Azərbaycan vətəndaşı azad edilib.

    Bu barədə vəkil Muxtar Mustafayev məlumat yayıb.

    O bildirib ki, Azərbaycan dövləti öz vətəndaşlarını nəinki Rusiyada, Almaniyada belə müdafiə edir:

    “Üç aya yaxındır ki, həmkarım Elçin Usubla ərəb mənşəli Azərbaycan vətəndaşı Abu Nahleh Xaled Abdel Hadinin Almaniya Federativ Respublikasında həbs edilərək Küveyt dövlətinə ekstradisiyasının qarşısının alınması ilə məşğul idi.

    Abu Nahleh Xaled Frankfurt hava limanından keçməklə səfər edən zaman Küveytin elan etdiyi beynəlxalq axtarışa əsasən saxlanılmışdı və onun həmin dövlətə ekstradisiya edilməsi məsələsinə baxılırdı.

    Abu Nahleh Xaled Azərbaycan və İordaniya Krallığının vətəndaşıdır. Ona qarşı Küveyt dövlətində irəli sürülmüş əsassız ittihamları sübuta yetirilməyən hesab etmiş həmin dövlətin birinci və apellyasiya instansiya məhkəmələri ona bəraət versə də, Ali məhkəmə Abu Nahleh Xaledin məhkum edilməsinə dair qərar qəbul etmişdi. Bu qərarlar Abu Nahleh Xaledin iştirakı təmin edilmədən qəbul edilmişdi.

    Eyni zamanda, ərazi yurisdiksiyası kobud surətdə pozulmuşdu. Alman qanunvericiliyinə gözəl bələd olan kolleqam Elçin Usub tərəfindən Almaniya Federativ Respublikasının vəkilləri Dr. Yannic Hübner və Manuel Operhalski müdafiəyə cəlb edildi”.

    Vəkil bildirib ki, Azərbaycanın Xarici İşlər və Ədliyyə nazirlikləri bu işdə ciddi dəstək olublar:

    “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən vətəndaşımızın konsul müdafiəsi təmin edildi, Ədliyyə Nazirliyi tərəfindən isə hazırkı işlə bağlı sorğularımıza əsasən bütün zəruri cavablar, sənədlər operativ surətdə təqdim edildi.

    Abu Nahleh Xaledin həbs edilməsinin əsassızlığı və Küveyt dövlətinə verilməsinin Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının ratifikasiya etdiyi “Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə əsasən mümkünsüz olmasına dair tərəfimizdən ətraflı rəy tərtib edilərək, təqdim edildi.

    Uzun sürən mübarizəmiz uğurla bitdi, Almaniya Federativ Respublikasının Frankfurkt-Mayn əyalətinin Yuxarı Prokurorluğu tərəfindən Abu Nahleh Xaledin ekstradisiyası üçün əsasların olmadığı səbəbindən onun dərhal azad edilməsi barədə 22 iyul 2025-ci il tarixdə qərar qəbul edilib”.

  • Ильхам Алиев позвонил Шавкату Мирзиёеву

    24 июля Президент Азербайджанской Республики Ильхам Алиев позвонил своему узбекскому коллеге Шавкату Мирзиёеву.

    Как передает АЗЕРТАДЖ, глава государства поздравил Шавката Мирзиёева с днем рождения, пожелал ему здоровья и новых успехов в деятельности.

    Президент Узбекистана выразил признательность за оказанное внимание и поздравления.

    Президенты Азербайджана и Узбекистана коснулись роли взаимных визитов высокого уровня в развитии наших отношений. В этом контексте были отмечены плодотворные обсуждения, проведенные в рамках государственного визита Шавката Мирзиёева в нашу страну в начале июля, и подписанные документы, а также участие президента Узбекистана в саммите Организации экономического сотрудничества в городе Ханкенди.

    Главы государств выразили уверенность, что братские, дружественные и союзнические отношения между Азербайджаном и Узбекистаном будут успешно развиваться во всех сферах и в будущем, обсудили перспективы сотрудничества по двусторонней повестке.

  • İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib

    İyulun 24-də Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.

    Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

    Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmış sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.

    Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

  • Qadını döyərək ona qarşı dələduzluq edən “nazirlik əməkdaşı”na hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Babək Əmirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Babək Əmirova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

    İttihama görə, Babək Əmirov özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə intim münasibətlərdə olduğu zərərçəkmiş Maya Səfərovanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək, onu Şəmkir rayonu ərazisində yol çəkilişi məqsədilə tender prosesi keçiriləcəyinə və tender prosesində iştirak edərək qalib olmaq üçün 30 000 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğuna inandırıb. Sonra o, tenderin qalibi olacağı təqdirdə 2 000 000 manat qazanc əldə edib onunla öz aralarında böləcəyinə dair yalandan vəd verib. Bu yolla Babək 17 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində qadından ümumilikdə 120 906 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

    Bundan başqa, Babək Əmirov 13 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Mayanın yaşayış binasının həyətində qəsdən başı ilə qadının sol qaş nahiyəsinə, yumruqla sol təpə nahiyəsinə, hər iki qoluna və sol əlinə zərbələr vuraraq, ona xəsarətlər yetirib.

    Bundan başqa, o özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən nazirlik əməkdaşı kimi təqdim etməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarında avtomobil şinlərinin satışı ilə məşğul olan zərərçəkmiş Amil İbrahimovla (soyadı şərtidir) özünə “WhatsApp” vasitəsilə 26 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində əlaqə saxlayıb. Babək zərərçəkmişə guya rəhbərliyin tapşırığına əsasən, işlədiyi nazirliyə məxsus “Toyota” və “Lexus” markalı xidməti avtomobillərin şinlərini dəyişdirməli olduğuna inandırıb, işi ilə əlaqədar Rusiya Federasiyasında olduğu üçün sifariş verdiyi şinlərin müqabilində ona məxsus bank kartına köçürmə yolu ilə ödəniş edəcəyinə dair yalandan vəd verib. O bu yolla zərərçəkmişdən ümumilikdə 5 260 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

  • Совет прессы Азербайджана направил благодарственное письмо Ильхаму Алиеву

    Совет прессы Азербайджана направил благодарственное письмо Президенту Ильхаму Алиеву.

    Письмо адресовано от имени председателя совета Рашада Меджида.

  • Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

    Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

    Şura sədri Rəşad Məcidin adından ünvanlanmış məktubda bildirilib:

    “Möhtərəm cənab Prezident!

    “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamınız milli mətbuatımızın keçdiyi şərəfli yolun müfəssəl təsviridir. Bu mühüm dövlət sənədi, eyni zamanda, mətbuatımızın şanlı ənənələrinə, Azərbaycanda ictimai fikrin formalaşmasına, dövlətçilik ideyaları naminə səfərbərlik missiyasına böyük dəyərdir.

    Siz hər zaman mediamızın müasir və müstəqil Azərbaycanın inkişafındakı, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı rolunu yüksək qiymətləndirmisiniz. Gələcək üçün yol xəritəsi mahiyyəti daşıyan yubiley sərəncamınızda 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərimizin əməyinə xüsusi yanaşmağınız isə 150 ilin sevincinə qürur və fəxarət hissi qazandırır.

    Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu mediaya dövlət dəstəyi ənənəsini yaşadırsınız. Bu dəst-xət özünü dönməz xarakterli fundamental islahatlarda göstərir. Qətiyyətlə deyə bilərik ki, media sahəsindəki inkişaf məhz islahatyönümlü siyasətinizdən qaynaqlanır.

    III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünüz zamanı Azərbaycan mediasına yüksək dəyərinizi ifadə etməklə gərgin əmək və axtarışlar nəticəsində əldə olunan inkişafı qiymətləndirdiniz. Media nümayəndələrinə milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı ünvanladığınız 22 iyul 2025-ci il tarixli müraciətdə isə inkişafın davamlılığına təminat verdiniz, mediamızın bundan sonra da cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasında, müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyinizi bildirdiniz. Həm bu əminliyiniz, həm də dünyanın yeni media düzənindəki mövcud tendensiyalar şəraitində müəyyənləşdirdiyiniz vəzifələr məsuliyyətimizi artırır.

    Məsuliyyətimiz etimadınızdan qaynaqlanır. Jurnalistlərimiz Qarabağı azadlığına qovuşdurmuş, torpaqlarımızın işğalına son qoymuş müzəffər Ali Baş Komandanın əsgəri kimi fəaliyyət göstərməkdən, xalqımıza rifah və əmin-amanlıq, regionumuza sabitlik gətirən siyasi kursunuza sadiq olmaqdan, nəhayət, etimadınızı doğrultmaqdan məmnundurlar. Hər bir qələm sahibi üçün bu məmnunluq yaradıcılıq şövqü, ruh yüksəkliyi və əzmlə çalışmaq üçün son dərəcə böyük mənəvi stimuldur.

    Sevindirici haldır ki, Azərbaycan dövlətinin media siyasəti özündə təkcə konseptual mahiyyət daşıyan fəaliyyət xəttini deyil, eyni zamanda, jurnalistlərə həssas münasibəti də birləşdirir. Həssaslığın isə media nümayəndələrinin əməyinin qiymətləndirilməsi, onların dövlət təltiflərinə – fəxri adlara, orden və medallara layiq görülmələri ənənəsi var. Əvvəlki yubileylərdə olduğu kimi, milli mətbuatımızın 150 illik yubileyində də 2005-ci ildə əsasını qoyduğunuz bu ənənə özünü parlaq şəkildə göstərdi. “Media nümayəndələrinin təltif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli Sərəncamınızla 200-dən çox həmkarımıza inanılmaz xoşbəxtlik hissi bəxş etdiniz.

    Möhtərəm cənab Prezident, bütün bunlara, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinizə, peşəmizə yüksək dəyərinizə və qədirbilənliyinizə görə Sizə rəhbərlik etdiyim Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, bütövlükdə ölkəmizin jurnalist ictimaiyyəti adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.

  • Пожар в горной местности Физулинского района взят под контроль

    Пожар, вспыхнувший в горной местности вблизи села Юхары Яглывенд Физулинского района, взят под контроль, предотвращено его распространение благодаря необходимым и неотложным мерам, принятым силами Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу МЧС, в настоящее время продолжается операция по полному тушению возгорания.

    К мероприятиям по борьбе с огнем привлечены силы Авиационного отряда и Государственной службы пожарной охраны ведомства.