Month: July 2025

  • Füzulidə dağlıq ərazidə başlayan güclü yanğın nəzarətə götürüldü

    Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

    Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

  • Tailand “F-16” qırıcıları ilə Kamboca ordusunun mövqelərini bombalayıb (Yenilənib)

    Tailand Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri sərhəddəki gərginliyin artması ilə əlaqədar Kamboca ordusunun mövqelərini bombalayıb.

    Bu barədə “Khmer Times” qəzeti məlumat yayıb.

    Belə ki, saat 11:30-da (Bakı vaxtı ilə 08:30 – red.) Tailand Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Preaxvixea əyalətindəki mübahisəli sərhəd zonası boyunca Kambocaya məxsus hərbi mövqelərə zərbələr endirib.

    Məlumatda qeyd olunur ki, toqquşmalar səhər saat 7:30-də (Bakı vaxtı ilə 04:30 – red.) Oddar-Miençey vilayətində mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.

    Yerli sakinlər şiddətli atışma və partlayış səsləri eşitdiklərini bildiriblər ki, bu da hər iki tərəfin ağır silahlardan istifadə edə biləcəyini göstərir.

    * * * * *

    Tailandın xarici işlər naziri Maris Sanqiamponqsa bu gün Nyu-Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatında(BMT) Kamboca və Tailand arasındakı gərginliyi müzakirəyə çıxaracaq.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tailand diplomatik missiyası məlumat yayıb

    Tailandın XİN rəhbəri Yaponiya və Rusiyadan olan nümayəndələrlə də görüşəcək.

    Məlumatda həmçinin qeyd olunur ki, vəziyyətin gərginləşməsi fonunda Tailand Kamboca ilə həmsərhəd olan dörd əyalətin sakinlərinin evakuasiyasına göstəriş verib.

    * * * * *

    Kamboca və Tailand arasındakı mübahisəli sərhəddə silahlı toqquşma baş verib.

    Bu barədə “Reuters” agentliyi hər iki tərəfin hərbi qüvvələrinə istinadən məlumat yayıb.

    “Tailand və Kamboca arasında silahlı toqquşmalar səhər tezdən başlayıb”, – nəşrdə qeyd olunur.

    Eyni zamanda, agentliyin məlumatına görə, hər iki tərəfin hərbi qüvvələri bir-birini ilk atəşi açmaqda ittiham ediblər.

    Tailand hərbçilərinin bəyanatına əsasən, Kamboca mübahisəli ərazidə yerləşən Ta Moan Thom məbədi yaxınlığında atəş açıb. Tailand tərəfi iddia edir ki, Kamboca hərbçiləri kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatı (PUA) istifadə edib, daha sonra isə guya ağır silahlarla bu əraziyə qoşun göndərmək niyyətində olub.

    Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi “Reuters”ə bildirib ki, krallığın Silahlı Qüvvələri özünümüdafiə məqsədilə cavab verib.
    //oxu.az

  • В Баку построят новый автобусный парк

    В поселке Бузовна Хазарского района Баку, в населенном пункте Албалылыг, будет построен новый автобусный парк.

    Об этом сообщает Median.Az со ссылкой на ООО BakuBus.

    Согласно информации, на строительные работы будет потрачено 12.9 млн манатов.

  • Bakıda yeni avtobus parkı tikiləcək – ƏRAZİ məlum oldu

    Bakıda yeni avtobus parkı tikiləcək.

    Bu barədə “BakuBus” MMC-dən məlumat verilib. Yeni avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində – Albalılıq adlanan ərazidə tikiləcək.

    Tikinti işlərinə xərclənəcək maliyyə vəsaitinin həcmi də məlumdur. Məlumata görə, tikinti işlərinə 12.9 milyon manat xərclənəcək.

  • Дочь Рамиза Мехтиева не смогла отстоять свою долю в Оксфордской школе

    Завершились судебные тяжбы дочери бывшего руководителя Администрации Президента Рамиза Мехтиева Кямили Алиевой за половину здания школы Baku Oxford School.

    Как передает Qafqazinfo, вчера Верховный суд огласил свое окончательное решение.

    Согласно вердикту, ни Кямиля Алиева, ни учредительница школы Мехрибан Мамедова не имеют права собственности на данное имущество. По этой причине кассационная жалоба была отклонена. Baku Oxford School официально считается конфискованной.

    Напомним, что бывший руководитель Baku Steel Company Расим Мамедов был арестован Службой государственной безопасности (СГБ). Суд приговорил его к 13 годам и 9 месяцам лишения свободы по обвинению в присвоении в особо крупном размере.

    Имущество Мамедова стоимостью в миллионы манатов, включая Baku Oxford School, было конфисковано. К.Алиева утверждает, что является совладелицей половины здания школы.

    Некоторое время назад школа была выставлена на аукцион за 18 млн 527 тыс. 250 манатов.

    К.Алиева обратилась в Сабаильский районный суд с просьбой о снятии ареста и исключении из аукциона. Суд не удовлетворил ее иск. В Бакинском апелляционном суде жалоба дочери бывшего руководителя аппарата также не была удовлетворена.

  • Ramiz Mehdiyevin qızı məhkəməni uduzdu

    Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Bakı Oksford Məktəbi”ndə yarımpay uğrunda mübarizəsi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün Ali Məhkəmə son qərarını açıqlayıb.

    Yüksək instansiya məhkəməsi təsdiq edib ki, nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir. Bu səbəbdən kassasiya şikayəti rədd edilib. “Bakı Oksford Məktəbi” rəsmən müsadirə edilmiş hesab olunub.

    Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona, xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.

    Məmmədovun özünün və yaxınlarının milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Bakı Oksford Məktəbi” də müsadirə olunub.

  • Скончался бывший депутат Хангусейн Кязымлы

    Бывший депутат Хангусейн Кязымлы скончался в возрасте 83 лет.

    Об этом Report сообщили его родственники.

    Он будет предана земле на кладбище Ясамальского района.

    Отметим, что Хангусейн Кязымлы был председателем Партии социального благосостояния Азербайджана и депутатом Милли Меджлиса I, II, III, IV, V созывов.

    В 2002 году указом Президента он был награжден орденом “Шохрат”.

  • Sabiq deputat Xanhüseyn Kazımlı VƏFAT ETDİ

    Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları bildiriblər.

    Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı olub.

    2002-ci ildə Prezidentin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

    Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

  • В Евлахском районе произошло убийство с применением огнестрельного оружия

    В селе Малбинеси Евлахского района произошло убийство.

    Как передает Report, из огнестрельного оружия застрелен Руслан Мустафаев (1985 г.р.).

    В совершении преступления подозревается односельчанин погибшего Али Расулов (1957 г.р.).

    Сотрудники полиции задержали А.Расулова и передали его следствию.

    По данному факту проводится расследование.

  • Yevlax sakini odlu silahla qətlə yetirilib

    Yevlaxda qətl hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

    Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi, 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

    Məlumata görə, onlar torpaq sahəsi üstündə mübahisə ediblər. Bu gün səhər saatlarında isə mübahisə münaqişəyə çevrilib və R.Mustafayev odlu silahla başından vurulması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.