Month: August 2025

  • Ekonom taksidə kondisioner olmamalıdır?

    Texnologiyanın inkişafı ilə ənənəvi taksilərin yerini Bolt və Uber kimi mobil tətbiqlər alıb. Bu platformalar sərnişinlərə seçim imkanı yaratsa da, bəzən gözləntilərlə sürücülərin öhdəlikləri üst-üstə düşmür. Son günlər sosial şəbəkələrdə yayılan video da bunu göstərdi: sərnişin ekonom tariflə taksi sifariş edərək, kondisioner tələb edir, sürücü isə bunun yalnız “komfort” seçiminə aid olduğunu bildirir və şəxslər arasında mübahisəyə gətirib çıxarır. Bu da “sərnişin haqlıdır, yoxsa sürücü?” sualını gündəmə gətirir.

    Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Valyuta.az-a bildirib ki, vətəndaşın iradı haqlıdır:

    “Qaydalara əsasən, sinfindən asılı olmayaraq, taksi kimi fəaliyyət göstərən bütün avtomobillərdə soyutma sistemi olmalıdır. Vətəndaş bu barədə Yerüstü Nəqliyyat Agentliyinə məlumat verərsə, həmin taksi sürücüsü və ya operator barəsində müvafiq tədbirlər görülə bilər” deyə ekspert vurğulayıb.

    O qeyd edib ki, Nazirlər Kabinetinin 2024-cü il tarixli 183 nömrəli Qərarının 5.5-ci bəndinə əsasən:

    “Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salon üçün normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəmərləri ilə təchiz edilməlidir. Qanunvericilkdə nəqliyyat vasitələrinin siniflər (ekonom, komfort və s) üzrə bölgüsü yoxdur. Qeyd olunan bölgü taksi sifarişi operatorları tərəfindən sərnişinlərə təqdim edilən xidmət formasıdır. Bu səbəblə bütün nəqliyyat vasitələrində (siniflərində fərq qoymadan) Qərarın 5.5-ci bəndi keçərlidir”.

  • Путин в Китае встретится с Эрдоганом, Пезешкианом и другими лидерами – ОБНОВЛЕНО

    Президент России Владимир Путин на полях предстоящего саммита ШОС в Китае также проведет встречи с президентом Турции Реджепом Тайипом Эрдоганом, президентом Ирана Масудом Пезешкианом и премьер-министром Индии Нарендрой Моди.

    Как сообщает Median.Az со ссылкой на российские СМИ, об этом сообщил помощник президента РФ Юрий Ушаков.

    По его словам, с Моди Путин обсудит свой визит в Индию, запланированный на декабрь.

    С Эрдоганом и Пезешкианом же обсуждения будут вестись по международной повестке, включая ситуацию на Ближнем Востоке.

    * * * * *

    Президент РФ Владимир Путин в ходе визита в Пекин 2 сентября встретится с коллегами из Пакистана, Сербии и Узбекистана Шахбазом Шарифом, Александром Вучичем и Шавкатом Мирзиёевым, а также примет участие в трехстороннем саммите Россия-Китай-Монголия.

    Как сообщает Median.Az со ссылкой на российские СМИ, об этом сообщил помощник президента РФ Юрий Ушаков.

    По его словам, также 2 сентября Путин вместе с китайским лидером Си Цзиньпином и президентом Монголии Ухнаагийном Хурэлсухом проведет трехстороннюю встречу.

    Ушаков добавил, что встреча Путина и Си Цзиньпина пройдет в формате “один + четыре”, с участием глав МИД и министров обороны.

  • Putin Çində Ərdoğan, Pezeşkian və digər liderlərlə görüşəcək

    Rusiya Prezidenti Vladimir Putin Çində keçiriləcək ŞƏT sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian və Hindistanın Baş naziri Narendra Modi ilə də görüşlər keçirəcək.

    Median.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

    Onun sözlərinə görə, Putin Modi ilə prezidentin dekabrda Hindistana planlaşdırılan səfərini müzakirə edəcək.

    Ərdoğan və Pezeşkian ilə müzakirələr Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla beynəlxalq gündəmə həsr olunacaq.

  • Şirin qazlı içkilərin müntəzəm istifadəsi saç tökülməsi riskini artırır

    2023-cü ildə çinli alimlərin apardığı araşdırma göstərib ki, hər gün ən azı bir porsiya şirin qazlı içki qəbul edən gənc kişilərdə saç tökülməsi riski bu vərdişdən uzaq duranlarla müqayisədə üç dəfə çoxdur.

    Qaynarinfo xəbər verir ki, portuqaliyalı mütəxəssislərin yeni tədqiqatı da bu nəticəni təsdiqləyib: şirin içkilər saçın sıxlığına, uzanmasına, qalınlığına və parlaqlığına mənfi təsir göstərə bilər. Həftədə 3,5 litrdən çox, yəni orta hesabla gündə 500 millilitr qazlı içki içən kişilərdə saç tökülməsi daha çox müşahidə olunub.

    Mütəxəssislər bildirirlər ki, bunun səbəbi artıq şəkərin qan dövranını zəiflətməsi və iltihabi proseslərə səbəb olmasıdır ki, nəticədə saç follikulları zəifləyir.

    Energetik içkilər də təhlükəli sayılır: yüksək kofein tərkibi orqanizmdə stres hormonu olan kortizolun səviyyəsini artıra bilər. Saç tökülməsinə qazlı içkilərin hansı mexanizmlə səbəb olduğu hələ dəqiq müəyyənləşdirilməyib, lakin əlaqənin mövcudluğu artıq təsdiqlənib.

    Məlumata görə, kişilərin 25 faizində saç tökülməsinin ilkin əlamətləri 20 yaşında müşahidə olunur, 50 yaşa çatanda isə bu göstərici 85 faizə yüksəlir.

    Alimlər qazlı içkilərin istifadəsini azaltmağı tövsiyə etməklə yanaşı, əlavə tədbirlər də təklif edirlər. Məsələn, vitamin D saç tökülməsi riskini azalda bilər.

  • Azərbaycana casusluqda ittiham edilən erməni konsulun FOTOSU

    Xəbər verdiyimiz kimi, Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan ölkəsinə qayıdarkən saxlanılıb. O, Azərbaycana casusluqda ittiham edilib.

    Erməni mətbuatının iddiasına görə, Aleksanyan azərbaycanlı şəxslə “sevgili” olub.

    Artıq Aleksanyana aid olduğu bildirilən fotolar sosial şəbəkələrdə yayılıb.

    Qeyd edək ki, Aşxen Aleksanyan bir neçə ay əvvəl saxlanılıb.
    Lakin onun həbsi qalmaqala səbəb ola biləcəyi səbəbindən gizli saxlanılıb.

  • Salyanda əkiz bacılar eyni universitetə qəbul oldular

    Salyan rayonunda maraqlı hadisə yaşanıb.

    Oxu.Az xəbər verir ki, əkiz bacılar eyni universitetə qəbul olublar.
    Belə ki, Salyan şəhər Yavər Qafarov adına 8 nömrəli tam orta məktəbin builki məzunları Aydan və Aytac Babayeva bacıları tələbə olublar. Əkiz bacıların hər ikisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Yer quruluşu və daşınmaz əmlakın kadastrı ixtisasına qəbul olublar.

    Onların sözlərinə görə, bu ixtisası gələcək perspektivi olduğu üçün seçiblər:

    “Seçdiyimiz ixtisas gələcək üçün perspektivlidir. Həmçinin eyni universitetdə oxumaq istədiyimiz üçün eyni ixtisası yazmışıq.

    Abituriyentlərə tövsiyə edirik ki, təhsili ikinci plana atmasınlar, gələcəyi olan bir ixtisas seçsinlər. Hər zaman özlərinə inansınlar, oxumamaq kimi bir fikirdə olmasınlar. Təhsil hər şeydən vacibdir”.

  • “Azərxalça” zərərdən xilas ola bilmədi

    Dövlətə məxsus “Azərxalça” ASC 2024-cü ili 2 milyon 118 min manat xalis zərərlə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 746 min manat xalis zərərlə bağlamışdı. Beləliklə, “Azərxalça”nın xalis zərəri 2024-cü ildə 2023-cü illə müqayisədə 372 min manat və ya 21.3% artıb.

    Median.Az Marja.az-a istinadla xəbər verir ki, “Azərxalça”nın əsas əməliyyat gəlirləri 2023-cü ildə 4 milyon 339 min manat ikən, 2024-cü ildə 5 milyon 347 min manata yüksəlib (1 milyon 8 min manat və ya 23.2% artıb). Şirkət ötən il 194 min manat da sair gəlirlər, 537 min manat maliyyə gəlirləri də əldə edib (2023-cü ildə müvafiq olaraq 295 min manat və 588 min manat).

    Ötən il “Azərxalça”nın ümumi xərcləri 1 milyon 127 min manat və ya 17.6% artaraq 8 milyon 196 min manat təşkil edib (2023-cü ildə 6 milyon 969 min manat təşkil etmişdi). Cəmi xərclərin artması sair əməliyyat xərclərinin 7 dəfəyə yaxın artması ilə əlaqədardır.

    31 dekabr 2024-cü il tarixində “Azərxalça” ASC-də yığılmış zərər 24 milyon 231 min manata çatıb (2023-cü ilin sonunda 22 milyon 152 min manat). Şirkətdə yığılmış zərər dövlətə məxsus 15 milyon manatlıq nizamnamə kapitalından çoxdur.

    Qeyd edək ki, “Azərxalça” ASC 5 may 2016-cı il tarixində təsis edilib. Şirkətin əsas fəaliyyətinə xalça və xalça məmulatlarının istehsalı və satışı, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, habelə bu sahənin inkişafı ilə bağlı digər işlər daxildir. “Azərxalça” ASC-nın nizamnamə kapitalı – Azərbaycan Respublikası Hökumətinə məxsus və hər birinin nominal dəyəri bir manat olan 15 milyon səhmdən ibarət olmaqla, cəmi 15 milyon manat təşkil edir. Şirkətin 31 dekabr 2024-cü il tarixinə strukturunda 647 nəfər işçisi olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Səlhab oğlu Məmmədovdur.

  • 77 saylı bağçanın 2 min manatlıq qazanlarını oğurlayan şəxs həbs edildi

    Abbas Mirzə Şərifzadə küçəsi 88 ünvanda yerləşən 77 saylı körpələr evi-uşaq bağçasından oğurluq olub.

    Qaynarinfo-nun məlumatına görə, oğurluq hadisəsinə görə 1985-ci ildə Saatlı rayonunda anadan olmuş Azər Salamanov (soyad şərti) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.

    Məlum olub ki, həmin şəxs bağçanın anbarının plastik pəncərəsini açmaqla saxlanc yerinə qanunsuz daxil olub. O, bağlğçadan aşağıdakı əşyaları oğulayıb:

    * 253,7 manat dəyərində, 40 litr tutumlu “nejavika” qazan
    * 198 manat dəyərində, 40 litr tutumlu alüminium qazan
    * 93,46 manat dəyərində, 30 litr tutumlu alüminium qazan
    * 93,46 manat dəyərində, 10 litr tutumlu tefal qazan
    * hər birinin dəyəri 67,97 manat olmaqla, cəmi 135, 94 manat dəyərində 2 ədəd 5 litr tutumlu tefal qazan
    * 141,60 manat dəyərində, 20 litr tutumlu tefal qazan
    * hər biri 28,32 manat olmaqla, cəmi 113,28 manat dəyərində 4 ədəd 20 sm ölçüsündə keramika tava
    * 15,58 manat dəyərində bir ədəd böyük aşsüzən
    * hər biri 11,50 manat olmaqla, cəmi 80,50 manat dəyərində 7 ədəd dəmir padnos
    * hər biri 54,87 manat olmaqla, cəmi 109,74 manat dəyərində 2 ədəd böyük tefal tava
    * hər biri 26,90 manat olmaqla, cəmi 53,80 manat dəyərində 2 ədəd balaca tefal tava
    * hər biri 37,17 manat olmaqla, cəmi 148,68 manat dəyərində 4 ədəd 9 litr tutumlu emal ləyən
    * hər biri 28,32 manat olmaqla, 283,20 manat dəyərində 10 ədəd 3 litr tutumlu emal qazan
    * 59,47 manat dəyərində, bir ədəd 10 litr tutumlu emallı çaydan
    * hər biri 60,18 manat olmaqla, cəmi 240,72 manat dəyərində 4 ədəd 32 sm ölçüsündə keramika tava
    * 212,40 manat dəyərində, bir ədəd mətbəx üçün nəzərdə tutulmuş elektron tərəzi

    Azər Salamanov bu hərəkəti ilə Bakı Şəhəri Təhsil İdarəsinə ümumilikdə 2233 manat 53 qəpik məbləğində maddi ziyan vurub. Məhkəminin qərarı ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətər xüsusi təyinatlılarının təlimi keçiriləcək

    Cari il ərzində ümumilikdə 30-dək hərbi təlim keçiriləcək.

    APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust – Zəfər bayramı münasibətilə keçirilən tədbirdə Azərbaycan müdafiə nazirinin müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.

    O bildirib ki, eyni zamanda, 70-dən artıq konfrans, seminar, kurs və məşq keçirilib: “İlin sonunadək bu tədbirlərin sayının artırılması və miqyasının genişləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan və Türkiyə orduları, eləcə də dost ölkələrin hərbi qulluqçularının iştirakı ilə keçirilən təlimlərə də xüsusi diqqət yetirilir. Sentyabr ayında ölkəmizdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan və Qətərin xüsusi təyinatlılarının iştirakı ilə “Sonsuz Qardaşlıq” çoxmillətli təliminin keçirilməsi nəzərdə tutulub”.

  • “Sumqayıt” Şamaxı klubu ilə heç-heçə etdi

    “Sumqayıt” Misli Premyer Liqasının III turunda “Şamaxı” klubu ilə heç-heçə edib.

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib – 1:1.

    Qolları 63-cü dəqiqədə “Şamaxı”nın futbolçusu Rikardo Apolinario avtoqola imza atıb. 75-ci dəqiqədə isə Edqar Adilxanov bərabərlik qolunu vurub.

    Qeyd edək ki, III tura avqustun 31-də yekun vurulacaq.