Month: August 2025

  • Görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama

    Xəbər verdiyimiz kimi, üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayılıb.

    Meyxanaçının görüntüsü yayıldıqdan sonra onun səhhəti ilə bağlı gəzən söz-söhbətlərlə bağlı ailəsi açıqlama verib.

    “Yayılan video ilə bağlı çoxsaylı zənglər gəlir. Şairin səhhəti yaxşıdır. Narahatlığa heç bir əsas yoxdur. Sağlamlıqla əlaqədar həkim məsləhəti ilə pəhriz saxlayır, idman edir və çəki atır. Videodakı görüntü tam reallığı əks etdirmir. Fondakı işığa görə saçları elə görünür”, – deyə R.Dağlının ailəsinin açıqlamasında bildirilir.

    Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib.

  • Türkiyənin yeni Baş Qərargah rəisi Azərbaycana səfər edəcək

    “Hazırda Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir”.

    Bunu Türkiyənin Zəfər Bayramına həsr edilən mərasimdə Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev deyib.

    O qeyd edib ki, əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var:

    “Ölkələrimiz arasında mövcud tarixi, dini, iqtisadi, mədəni və digər əlaqələr hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar yaradır”.

    General-polkovnik vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik prinsiplərinə söykənir. Bu Bəyannamədən irəli gələn tələblərə uyğun olaraq ordumuzun gücü artırılır, müdafiə sahəsində ardıcıl və zəruri tədbirlər həyata keçirilir.

    “İyul ayında İstanbulda iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanan “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” hərbi əməkdaşlığımızı keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Avqustun əvvəlində isə Türk Silahlı Qüvvələrinin rəhbərliyində yeni təyinatlar oldu. Əminəm ki, bu dəyişikliklər də hərbi sahədə əməkdaşlığımızın inkişafına növbəti təkan verəcək. Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”, – Kərim Vəliyev əlavə edib.
    //oxu.az

  • Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 29-da davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Məhkəmə iclası təqsirləndirilən şəxs Bako Saakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

    Təqsirləndirilən şəxs Bako Saakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusunda” “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayına qədər aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təmin olunmasında iştirak edib.

    Bako Saakyan 2015-2020-ci illərdə Şuşa şəhərində olan “S-300” raket kompleksini Ermənistanın Müdafiə Nazirliyinin göndərdiyini deyib.

    Onun ifadəsində göstərilib ki, ümumiyyətlə, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən əvvəlki və sonrakı dövrdə silah-sursat, hərbi texnika və şəxsi heyət təminatı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bu ölkənin dövlət büdcəsi hesabına təmin olunub.

    Bako Saakyan ifadəsində bildirib ki, Ermənistanın Müdafiə Nazirliyi qondarma rejimin “müdafiə nazirliyini” silah-sursat və digər hərbi təminatla təchiz edib.

    Məhkəmədə təqsirləndirilən şəxs Qarik Martirosyanın vəkili öz səhhəti ilə əlaqədar müalicə aldığını əsas gətirərək, məhkəmədə iştirakına xitam verilməsini istəyib.

    Hakim təqsirləndirilən şəxsin etirazının olub-olmadığını soruşub, Q.Martirosyan isə etiraz etmədiyini bildirib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Qarik Martirosyanın müdafiəçisinin məhkəmədə iştirakına xitam verilib.

    Bildirilib ki, Q.Martirosyana dövlət hesabına yeni müdafiəçi təyin olunması üçün qərarın surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndəriləcək.

    Həmçinin hakim Zeynal Ağayev bildirib ki, zərərçəkən şəxslərdən birinin vəkili (Nəzrin Məmmədli) ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi və buna görə də cinayət işi üzrə iştirakına xitam verilməsi ilə bağlı onun müraciəti olduğunu qeyd edib.

    Müraciətə etiraz olmadığına görə, vəkilin iştirakına xitam verilib. Bildirilib ki, yeni nümayəndənin təyin edilməsi ilə bağlı qərarın surəti Vəkillər Kollegiyasına göndəriləcək.

    Məhkəmə iclası təqsirləndirilən şəxs David Babayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

    Təqsirləndirilən şəxs David Babayanın ibtidai istintaqa ifadəsindən məlum olub ki, o, 2020-ci ildə qondarma qurumun “prezidentinin müşaviri”, 2021-ci ildə “xarici işlər naziri”, 2023-cü ildə qondarma qurumun “prezidentinin müşaviri – qondarma qurumun prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi” təyin olunub.

    O, ifadəsində bildirib ki, qondarma rejimə silah-sursat yalnız Ermənistanın Müdafiə Nazirliyi vasitəsilə bu ölkədən göndərilib. Ümumiyyətlə, silah-sursat və digər təminatlar Gorus-Laçın-Xankəndi, Basarkeçər-Kəlbəcər-Ağdərə-Xankəndi yolları ilə gətirilib. Rejimin maliyyə mənbəyi də yalnız Ermənistandan olub. Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində su elektrik stansiyalarından əldə edilən enerji, həmçinin taxıl və spirtli içkilər Ermənistana satılıb. Bundan başqa, Ermənistan vasitəsilə bir çox xarici ölkələrə də spirtli içkilər ixrac olunub.

    2007-2019-cu illərdə Bako Saakyanla birlikdə müxtəlif ölkələrə səfər edərək qondarma rejimin “Prezident Administrasiyasının” nümayəndəsi və tərcüməçi qismində görüşlərdə iştirak edib. Görüşlərin əsas məqsədi xaricdə yaşayan ermənilərin Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində yaşayan ermənilərə maddi vəsait ayırmaları ilə bağlı olub.

    O, ifadəsində göstərib ki, ərazilərin minalanması işlərinə 1994-cü ildən başlanılıb və “müdafiə nazirliyi” tərəfindən həyata keçirilib. Lakin konkret buna kimin göstəriş verdiyini və rəhbərlik etdiyini bilmir. Qeyd edib ki, qondarma rejimin “ordusunun” fəaliyyəti Ermənistan silahlı qüvvələrinin fəaliyyəti ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilib.

    O, ifadəsində işğal altında saxlanılan zaman bütün rayon və şəhərlərdə, xüsusilə də Ağdamda və Füzulidə mövcud olmuş bütün daşınmaz əmlakın, o cümlədən tikililərin daşınması faktını etiraf edib.

    Məhkəmədə elan edilən, cinayət işi üzrə materiallara əsasən D.Babayan 2020-ci ildə 44 günlük müharibə zamanı, ondan sonrakı müddətlərdə qondarma rejimin “liderinin təmsilçisi” kimi Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı internet informasiya resurslarında 2021-ci il yanvarın 4-də “Biz heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq. Biz bir dövlətdə birlikdə yaşaya bilmərik. Bu, mümkün deyil! Qonşu kimi yan-yana yaşamağa məhkumuq, başqa çıxış yolu yoxdur. Amma mən azərbaycanlılarla bir dövlət daxilində, Azərbaycan dövlətinin bir hissəsi kimi yaşamaq imkanını görmürəm, çünki belə bir vəziyyətdə Artsax, sadəcə, mövcud olmayacaq” məzmunlu çıxış edib və bunu açıq şəkildə bəyan edib.

    Məhkəmə prosesi sentyabrın 1-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarqsyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Arutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Bu tarixdən Bakıdan Maldivə uçuşlar bərpa edilir

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 27-dən etibarən Maldiv adalarına birbaşa uçuşları bərpa edəcək.

    Bu barədə AZAL məlumat yayıb.

    Bildirilib ki, uçuşlar Bakı–Male istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

    Biletləri AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə bron etmək mümkündür.

  • Azərbaycanda növbəti torpaq hərracları elan edilib

    Oktyabrın 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 2 torpaq müsabiqəsi və 13 hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Hərraclar ƏMDX-nın Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Qazax, Xaçmaz,Beyləqan, Cəlilabad, Qazax, Cəlilabad və Şəki ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 15 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • Şəhərlərarası sərnişindaşımada avtobus parkı yenilənir

    Sumqayıtdan fəaliyyət göstərən 34 reys üzrə bu günədək 24 müsabiqə keçirilib.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.

    Bildirilib ki, Sumqayıtdan ölkənin müxtəlif şəhər və rayonlarına fəaliyyət göstərən 34 reys üzrə bu günədək 24 müsabiqə keçirilib. Bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 15 yeni və müasir avtobus cəlb edilib. Bu, avtobus parkının 45%-nin müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi deməkdir.

    Məlumatda qeyd edilib ki, reyslərin 70%-i onlayn bilet satışı üçün “biletim.az” portalına inteqrasiya olunub:

    “Sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin yenilənməsi və bütün reyslərin “biletim.az” portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir”.

  • BQXK bu tarixdə Bakı ofisini bağlayacaq

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndə heyəti Azərbaycan hakimiyyətinin tələbi ilə sentyabrın 3-də Bakıdakı ofisini bağlayacaq.

    Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin rəhbəri Dafne Mare jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

    “Bəli, təəssüf ki, biz sentyabrın 3-də hakimiyyətin tələbi ilə Bakıdakı nümayəndə heyətimizi bağlamalı olacağıq. Bu o demək deyil ki, Azərbaycan hakimiyyəti ilə bir daha heç vaxt müzakirələr aparmayacağıq. Hələ işləmək üçün yeni imkanlar ola bilər”, – Mare qeyd edib.

    Onun sözlərinə görə, ötən illər və onilliklər ərzində görülən işlər unudulmayacaq: “İndi həlledici məqam həm də mümkün sülh sazişinin imzalanması ilə bağlıdır. Layihədə itkin düşmüş şəxslərlə bağlı beynəlxalq təşkilatla daimi iş və koordinasiyanın aparılacağı bildirilir. Amma bu, o demək deyil ki, biz Bakı ilə əlaqə saxlamayacağıq. Biz neytral qalmağa və bir sıra məsələlərdə vasitəçilik rolumuzu təklif etməyə davam edəcəyik”.
    //unikal.az

  • Sabah deputatların tətili başa çatır

    Sabah Milli Məclisin deputatlarının tətili başa çatır.

    Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

    Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

    Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

  • Azərbaycan boksçuları Çində dörd medal qazanıblar

    Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisinin üzvləri Çində keçirilən “Kəmər və Yol” beynəlxalq turnirində 4 medal qazanıblar.

    Bu barədə Boks Federasiyasından məlumat verilib.

    Yığma Sincan-Uyğur Muxtar Rayonunda 19 ölkənin iştirakı ilə baş tutan yarışda uğurlu çıxış edib.

    Haqverdi Həsənov (63 kq) turnirin qalibi olub. O, finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Səftər Məmmədzadə (+80 kq) gümüş, Raul Heydərli (57 kq) və Adil Zalov (70 kq) bürünc medala yiyələnib.

    Qeyd edək ki, komanda MDB Oyunlarına hazırlığı Çində davam etdirir. Milli sentyabrın 1-də Bakıya qayıdacaq.

  • В августе на освобожденные от оккупации территории вернулись 266 семей

    В августе текущего года на освобожденные от оккупации территории на постоянное место жительства вернулись 266 семей в составе 957 человек.

    Об этом Report сообщили в Государственном комитете по делам беженцев и вынужденных переселенцев.

    Переселение происходило в села Баллыджа, Ханьюрду Ходжалинского района, Венгли, Колатаг Агдеринского района и Хыдырлы Агдамского района.

    До этого семьи, вернувшиеся в Карабах, временно жили в разных частях страны, в основном в общежитиях, санаториях и административных зданиях.