Month: August 2025

  • Heydər Əliyev Mərkəzində Çin dili kurslarının iştirakçılarına sertifikatlar təqdim olunub – FOTO

    Heydər Əliyev Mərkəzində distant formada keçirilən növbəti Çin dili kurslarının birinci mərhələsini uğurla başa vuran 20 tələbəyə sertifikatlar təqdim olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

    Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunun və Pekin Xarici Dillər Universitetinin birgə tərəfdaşlığı ilə UNEC-də distant Çin dili kursları təşkil olunur. Üçüncü qəbul üzrə tədris UNEC-də 2024-cü ilin dekabrından başlayıb.

    Sertifikatların təqdim olunması mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Leyla Əliyevanın rəhbərliyi ilə başlanılan distant Çin dili kursları qısa müddətdə böyük marağa səbəb olub. O deyib ki, müraciətlərin sayı hər mərhələdə dəfələrlə artıb. Rektor vurğulayıb ki, kursların distant formada keçirilməsi həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar üçün geniş imkanlar açır.

    Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxışında bildirib ki, qədim zamanlardan Çindən Qərbə doğru gedən karvanlar təkcə ipək deyil, mədəniyyət, ədəbiyyat və sənət də aparırdılar. Onun sözlərinə görə, Azərbaycan da bu mədəni mübadilənin bir parçası olub, buradan da Çinə ədəbi və mədəni nümunələr gedib çıxıb. Bu səbəbdən dünya ədəbiyyatına baxanda Şərq və Qərb ənənələrinin qarışıq, zəngin mənzərəsi ilə qarşılaşırıq. Rektor vurğulayıb ki, Çin mədəniyyəti, dili, ədəbiyyatı, Konfutsi və Lao Tszının yaratdıqları böyük fəlsəfi irs tələbələr üçün öyrənilməli dəyərlərdir.

    Tədbirdə çıxış edən kursun məzunları Turanə Kamalova və Aydan Qurbanova diqqətə çatdırıblar ki, distant Çin dili kursları onların həyatında yeni imkanlar açıb və gələcək fəaliyyətlərinə müsbət təsir göstərib. Qeyd ediblər ki, bu proqram sayəsində həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət üçün vacib biliklər qazanıblar.

    Çıxışlarda, həmçinin bildirilib ki, dərslərə Azərbaycanın müxtəlif regionlarından, eləcə də Çində və digər xarici ölkələrdə yaşayan azərbaycanlılar da qoşula bilirlər. Şəhid ailələri, qazilər və onların ailə üzvləri, eləcə də sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin təhsil haqları Heydər Əliyev Fondu tərəfindən qarşılanır. Tədris müxtəlif yaş qruplarını əhatə edir. İndiyədək ən gənc tələbənin 14 yaşı, ən yaşlı tələbənin isə 74yaşı olub.

    Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı həm də kurs iştirakçılarının ifalarında Çin mədəniyyətini tərənnüm edən bədii proqram təqdim olunub.








  • Мать избитого ребенка из Агдама подтвердила факт насилия со стороны отца: Он связал мне руки – Видео

    Севиндж Рагимова, мать ребенка, подвергшегося насилию в Агдаме, официально подтвердила, что ее сын был избит собственным отцом.

    Как сообщает Oxu.Az, женщина опубликовала соответствующее заявление на своей странице в социальной сети.

    В своем обращении Рагимова указала, что человеком, доведшим ее ребенка до такого состояния, является Садиг Рагимов.

    “Он постоянно говорил мне, что ребенок из детского дома не является моим сыном, что его подменили. Он связал мне руки, я не могла ничего сделать. Сейчас я требую вернуть моего ребенка”, – заявила Севиндж Рагимова.

    Напомним, 27 августа в селе Хындырыстан Агдамского района двое малолетних детей (2 и 3 лет) получили телесные повреждения в результате избиения родителями. По имеющейся информации, оба родителя избитых малышей имеют умственные отклонения.

    Также сообщается, что мать пострадавших детей, Севиндж Рагимова, в настоящее время беременна третьим ребенком.

  • Atası tərəfindən vəhşicəsinə döyülən körpənin anası: “Mənim əl-qolumu bağlamışdı” – Video

    Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşağın anası Sevinc Telman qızı Rəhimova övladının, həyat yoldaşı tərəfindən döyüldüyünü təsdiq edib.

    Bununla bağlı, o, sosial şəbəkə hesabında paylaşım edib.

    O qeyd edib ki, övladını o vəziyyətə salan şəxs Sadiq Azər oğlu Rəhimovdur.

    “O mənə deyirdi ki, yetimxanada olan uşaq mənim oğlum deyil, dəyişik salıblar. Mənim əlimi-qolumu bağlamışdı. Balamın geri qaytarılmasını istəyirəm”, – deyə S.Rəhimova bildirib.

    Xatırladaq ki, avqustun 27-də Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alıblar. Döyülən körpələrin hər iki valideyninin əqli qüsurlu olduğu bildirilir.

    Körpələrin anası Sevinc Rəhimovanın üçüncü uşağına hamilə olduğu da qeyd olunur.
    //oxu.az

  • Avqustun 30-u Beynəlxalq İtkinlər Günüdür

    Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd olunur.

    Bu günün təsis edilməsi ilə bağlı ilk təşəbbüs 2007-ci il avqustun 30-da Filippində itkin düşmüş şəxslərin ailə üzvləri tərəfindən irəli sürülüb.

    Bir il sonra, 2008-ci ilin avqust ayında bu təşəbbüs dünya ictimaiyyəti tərəfindən ciddi dəstək alıb və səbəbindən asılı olmayaraq, itkin düşmüş bütün şəxslərin anım gününün qeyd edilməsinin zəruriliyinə dair ümumi fikir formalaşdırılıb.

    Problemin həssas və humanitar xarakterli olması nəzərə alınaraq, həmin dövrdə Birləşmiş Millətlər Təşkilatında (BMT) bu təşəbbüslə bağlı bir sıra müzakirələr və fikir mübadiləsi aparılıb. Aparılmış müzakirələrin və təhlillərin yekunu olaraq, BMT Baş Assambleyası tərəfindən 2010-cu il dekabrın 21-də qəbul edilmiş qətnamə ilə hər ilin 30 avqust tarixinin Beynəlxalq İtkinlər Günü kimi qeyd edilməsi qərara alınıb.

    Uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməyib. Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində minlərlə soydaşımız itkin düşüb və bu günədək onların taleləri haqqında məlumat yoxdur.

    Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir.

    2024-cü il avqustun 1-nə olan məlumatlara görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Qeydiyyata alınan şəxslərdən 3 962 nəfəri Birinci Qarabağ müharibəsində, altı nəfəri isə Vətən müharibəsində itkin düşüb. 3 968 nəfərdən 3202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata alıblar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, dörd nəfərin sonrakı taleyi barədə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməyib”.

  • Rəhbərlərin əsas səhvləri: İşçilərin işdən ayrılmasına səbəb olan amillər

    Biznes təlimçi, İConText Group Universitetinin müəllimi Mariya Aydının sözlərinə görə, rəhbərlərin davranışında beş əsas səhv modeli işçilərin işdən çıxmasına səbəb olur. Onların arasında ilk sırada işçilərin əməyinin dəyərsizləşdirilməsi dayanır.

    Valyuta.az-ın məlumatına görə, mütəxəssis gazeta.ru-ya açıqlamasında bildirib ki, işçinin töhfəsinin görməməzliyə vurulması və ya açıq şəkildə kiçildilməsi iş mühitində ciddi narazılıq yaradır:

    “Obesdzenləşdirmə o zaman baş verir ki, rəhbər ya birbaşa, ya da qeyri-verbal şəkildə işçinin əməyinin əhəmiyyətsiz olduğunu göstərir. Məsələn, “bu işin nəyi çətindir”, “bir saata bitirmək olardı” və ya “niyə bu qədər ləngidiniz?” kimi ifadələr işçidə öz əməyinin qiymətsiz olduğu təəssüratını yaradır”.

    Mütəxəssis rəhbərlərin ikinci böyük səhvini ardıcılsızlıqla əlaqələndirib. Onun sözlərinə görə, bu zaman rəhbər müxtəlif siqnallar verir, tapşırıqları və kursu səbəbsiz dəyişir, yaxud komandaya bir söz, yuxarı rəhbərliyə başqa söz deyir.

    Üçüncü səhv isə problemlərlə bağlı geri əlaqənin olmamasıdır. Aydının sözlərinə görə, ya ümumiyyətlə geribildirim verilmir, ya işçilərin fikirləri nəzərə alınmır, ya da o, keyfiyyətsiz formada təqdim olunur – yəni tənqid, ittiham və ya təzyiq şəklində.

    Dördüncü səhv mikromenecmentdir. Davamlı yoxlamalar, etimadsızlıq, hər addımın nəzarət altında olması və təşəbbüskarlığa imkan verilməməsi işçilərin motivasiyasını azaldır.

    Beşinci səhv isə hörmətsizlik və toksik davranışdır. Bu, kobud və ya təhqiredici ifadələr, söyüş işlətmək, şəxsiyyətə keçmək kimi hallarda özünü göstərir.

    Aydın əlavə edib ki, işçilərin emosiyalarını tanımaq və onlara hörmətlə yanaşmaq böyük əhəmiyyət daşıyır:

    “Hər bir insan canlıdır və müxtəlif emosiyalar keçirə bilər. Əsas odur ki, rəhbər işçini şəxsiyyət kimi görsün, lazım gəldikdə dəstək versin, birgə həll yolları axtarsın və ən əsası – vaxtında pauza etməyi bacarsın”.

  • “OpenAI”dan etiraf: Sizin ChatGPT ilə söhbətləriniz polisə verilə bilər

    “OpenAI” şirkəti təsdiq edir ki, ChatGPT istifadəçilərin şəxsi söhbətlərini müəyyən növ təhlükəli məzmun üçün təhlil edir və zərurət yarandıqda onları hüquq-mühafizə orqanları ilə paylaşa bilər.

    Belə dialoqlar əvvəlcə avtomatik filtrlərdən keçir, daha sonra isə kiçik bir moderator qrupu tərəfindən yoxlanılır. Məhz onlar hesabın bloklanması məsələsini və “ciddi fiziki zərər vurmağa birbaşa təhdid” aşkar edildikdə, məlumatın polisə ötürülməsi məsələsini qərara alır. Bu, “OpenAI”ın bloqundakı yeni bir yazıda qeyd olunur.

    Eyni zamanda şirkət, özünəzərər vermə hallarının məxfilik mülahizələrinə görə hələlik hakimiyyət orqanlarına ötürülmədiyini vurğulayıb. Belə vəziyyətlərdə ChatGPT istifadəçiləri mütəxəssislərə və dəstək xətlərinə yönləndirməlidir.

    Bu qərar, intihar və ağıllı chat-botun məsləhətləri əsasında zərər vurma hallarından sonra artan tənqid fonunda meydana çıxdı. Ekspertlər belə halları “Al-psixozları” – süni intellektin insanın reallığını əvəz edə biləcəyi vəziyyətlər adlandırırlar.

    Bu addım fəal reaksiyaya səbəb olub. Tənqidçilər qeyd edirlər ki, “OpenAI” texnologiyanın tam təhlükəsizliyini təmin edə bilməyib və məxfilik müdafiəsi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edən sərt moderatorluq tətbiq etməyə məcburdur. Şəffaflığın olmaması əlavə suallar doğurur və istifadəçilər hansı sözlərin və ya mövzuların yoxlanışa səbəb ola biləcəyini və polis zəngi ilə nəticələnə biləcəyini bilmirlər.
    //valyuta.az

  • Bələdiyyə sədrinin ölkədən çıxışına stop qoyuldu

    Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin sədri Heydar Qaçayevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Valyuta.az-ın məlumatına görə, Heydar Qaçayevin rəhbəri olduğu qurumun Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə ümumilikdə 4974 manat borcu olmasıdır.
    İdarə tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmədə Heydar Qaçayev sədri olduğu bələdiyyənin ərizədə qeyd edilmiş məbləğdə dövlət büdcəsinə və müvafiq fondlara vergi borcu olduğunu qəbul edib.

    Bələdiyyə büdcəsinə vəsait daxil olduqca həmin borclar ödəniləcəkdir. Ona görə də məhkəmədən ərizənin təmin edilməməsini və ölkədən çıxışına məhdudiyyət qoyulmamasını xahiş ediib.
    Məhkəmənin hökmü ilə, Heydar Qaçayev ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

  • Balıq satan qadın birjaya 16 min dollar “yatırdı” – Hamısını itirdi

    Özünü şirkət rəhbəri kimi təqdim edərək dələduzluq əməllərində təqsirləndirilən 1981-ci il təvəllüdlü Rövşən Həsənov həbs olunub.

    Bir müddət əvvəl o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib və 6 il 6 ay həbs cəzasına məhkum edilib.

    Bundan sonra isə onun başqa bir vətəndaşı gəlir gətirən investisiya adı ilə aldadaraq 16 min dollar (27600 manat) alması müəyyən edilib. Məlum olub ki, Rövşən 2022-ci ilin avqust ayının 3-də Bakının Nəsimi rayonunda yerləşən “Təzə bazar”da balıq satan Sevil adlı qadının 16 min dollarını alıb.

    O, qadınla Masazırda görüşərək pulu götürüb və aylıq 10 faizlik gəlir vəd edib. Özünü Sevilə şirkət rəhbəri kimi təqdim edib, birjada kampaniya olduğunu deyib və hər 1000 ABŞ dollarına 100 ABŞ dolları qazanc əldə edəcəyinə inandırıb. Lakin bir müddət sonra pullarını itirdiyini görən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşənə 6 il 6 ay cəza verilib. Daha sonra Abşeron Rayon Məhkəməsinin hökmü ilə cəzası ağırlaşdırılaraq 7 il 8 aya çatdırılıb.
    //qafqazinfo.az

  • Ən ucuz və baha kredit verən iqtisadi rayonlarımız – CƏDVƏL

    Bu ilin 1 avqust tarixinə olan məlumata görə, banklar tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilən kreditlərin ümumi həcmi 28 milyard 498 milyon 184 min manat təşkil edib.

    Bu barədə məlumat “Mərkəzi Bank” tərəfindən açıqlanıb.

    İqtisadi rayonlar üzrə kredit qoyuluşlarına baxıldıqda, ən yüksək göstərici 21 milyard 742 milyon 888 min manat ilə Bakı olub.

    Aşağı göstərici isə 12 milyon 933 min manatla Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Dağlıq Şirvan iqtisadi rayonu da 197 milyon 759 min manatla ikinci ən az kredit ayrılan region olub.

    Bu ilin ilk 7 ayı ərzində iqtisadi rayonlar üzrə kredit qoyuluşu aşağıdakı kimi olub:

  • Azərbaycanda ödəniş kartlarının sayı 21 milyona çatır

    2025-ci il avqust ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 271 min ədəd artaraq 20 milyon 913 min ədəd təşkil edib.

    Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artıb.

    Ödəniş kartlarında artım debet kartları üzrə 17%, kredit kartları üzrə 7% təşkil edib.

    Qeyd edək ki, ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 152, digər kartlar 2 674 ədəd artıb. Kredit kartlarının sayı isə 163 ədəd azalıb.
    //valyuta.az