Month: August 2025

  • Создан более точный способ оценки биологического возраста человека

    Ученые из Еврейского университета в Иерусалиме разработали точный метод оценки биологического возраста, для которого не требуется полный анализ генома.

    Результаты исследования опубликованы в журнале Cell Reports.

    В отличие от других методов, требующих анализа большого объема генетического материала, MAgeNet оценивает лишь два небольших участка ДНК, где накапливаются так называемые «метки» метилирования.

    Этот процесс заключается в присоединении метильных групп к молекулам ДНК, что не меняет саму последовательность генов, но регулирует их активность. С возрастом «рисунок» метилирования становится все более характерным, что позволяет определить, насколько «изношен» организм человека.

    Для расшифровки изменений исследователи применили искусственный интеллект, обучив нейросети считывать молекулярные «подписи» старения. Это позволило добиться минимальной погрешности (1,36 года) при оценке биологического возраста у людей младше 50 лет.

    “Это не просто эпигенетические часы, а сложный механизм, в котором случайные факторы сочетаются с четкими закономерностями”, – объяснил руководитель исследования, профессор Юваль Дор.

    Более того, ученые обнаружили, что процесс старения фиксируется в ДНК неравномерно, а “рывками”, словно клетки время от времени сверяют внутренние часы.

    По словам ученых, в медицине применение новой методики поможет врачам точнее оценивать биологический возраст пациента, выявлять риски развития диабета, деменции или сердечно-сосудистых заболеваний. В области геронтологии MAgeNe может открыть возможность узнать, как образ жизни, диеты или лекарства влияют на клеточные процессы.

    Еще одно преимущество метода — низкая стоимость. Поскольку он требует анализа лишь двух участков ДНК, это значительно дешевле, чем полногеномное секвенирование. Однако пока что его тестирование проводилось на здоровых добровольцах. Ученым еще предстоит проверить, насколько точно MAgeNet работает с геномами пациентов с тяжелыми заболеваниями, при которых картина метилирования может быть нарушена.

  • Bioloji yaşın müəyyənləşdirilməsi üçün daha dəqiq üsul yaradılıb

    Qüds Yəhudi Universitetinin alimləri tam genom analizinə ehtiyac olmadan bioloji yaşın müəyyənləşdirilməsi üçün dəqiq metod hazırlayıblar.

    Bu barədə araşdırmanın nəticələri “Cell Reports” elmi jurnalında dərc olunub.

    Bu metod çoxlu genetik materialın təhlilini tələb edən digər üsullardan fərqli olaraq, “MAgeNet” (xronoloji yaş proqnozu üçün dərin neyron şəbəkəsi – red.) sadəcə iki kiçik DNT sahəsini analiz edir. Bu sahələrdə “metil işarələri” toplanır.

    Metilləşmə — DNT molekuluna metil qruplarının birləşdirilməsi prosesidir. Bu, genlərin ardıcıllığını dəyişmir, lakin onların fəaliyyətini tənzimləyir. Yaş artdıqca metilləşmə “naxışı” daha xarakterik hala gəlir və bu, insan orqanizminin nə qədər yaşlandığını müəyyən etməyə imkan verir.

    Tədqiqatçılar bu dəyişiklikləri oxumaq üçün süni intellektdən istifadə ediblər. Onlar neyron şəbəkəni yaşlanma ilə əlaqəli molekulyar imzaları tanımağa öyrədiblər. Bu yanaşma, 50 yaşdan aşağı şəxslərdə bioloji yaşın təyinində cəmi 1,36 il səhvlə yüksək dəqiqlik əldə etməyə imkan verib.

    Araşdırmanın rəhbəri professor Yuval Dor deyib:

    “Bu, sadəcə epigenetik saat deyil, burada təsadüfi faktorlar aydın qanunauyğunluqlarla birləşir”.

    Bundan əlavə, alimlər müəyyən ediblər ki, yaşlanma prosesi DNT-də bərabər şəkildə deyil, “sıçrayışlarla” baş verir: “Sanki hüceyrələr vaxtaşırı daxili saatlarını yoxlayırlar”.

    Alimlərin fikrincə, yeni metodun tibbdə tətbiqi həkimlərə xəstənin bioloji yaşını daha dəqiq müəyyən etməyə, diabet, demensiya və ya ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmağa kömək edəcək. Gerontologiya (insanın qocalmasını və bu qocalmaya qarşı mübarizə metodunu öyrən elm sahəsi – red.) sahəsində isə “MAgeNet” həyat tərzi, pəhriz və ya dərmanların hüceyrə proseslərinə necə təsir etdiyini araşdırmaq üçün yeni imkanlar aça bilər.

    Bu metodun başqa bir üstünlüyü onun aşağı maliyyəti olmasıdır. Cəmi iki DNT sahəsinin analizinə əsaslandığı üçün tam genom analizindən qat-qat ucuz başa gəlir. Lakin hələlik bu metod yalnız sağlam könüllülər üzərində sınaqdan keçirilib.
    //report.az

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində məhkəmə QƏRAR VERDİ

    Səbail Rayon Məhkəməsində Bakıda Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videosunu sosial şəbəkədə paylaşan əcnəbilərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Prosesdə təqdimatlar təmin edilib və həmin şəxslərin hər biri barəsində üç ay həbs qətimkan tədbiri seçilib.

  • Ağdaşda qaz təchizatında fasilələr yaranacaq

    Ağdaşda qaz təchizatında fasilələr yaranacaq.

    Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilir ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində rayon ərazisində Dəhnəxəlil QPS-dən qidalanan Qoşaqovaq və Ərəbocağı kəndlərini təbii qazla təmin edən PE-160 mm-lik orta təzyiqli əhali qaz xəttinin kipliyə davamlığının yoxlanılması məqsədi ilə 19.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 447 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

  • Prokurorluq psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırma aparır

    Bakıda psixoloqun plastik əməliyyatdan sonra ölümü ilə bağlı araşdırma başlanıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, psixoloq Nilufər Abdullanın “Etalon” hospitalda liposaksiya əməliyyatından sonra ölümü faktına görə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, 36 yaşlı psixoloq Nilufər Abdulla “Etalon” hospitalda liposaksiya əməliyyatı olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və avqustun 15-də vəfat edib.

  • Украина может продолжить импорт газа из Азербайджана

    Пилотный проект по поставкам газа из Азербайджана в Украину по Трансбалканскому коридору уже завершен. Сейчас идет работа над подготовкой контракта для продолжения таких поставок.

    Об этом в комментарии РБК-Украина сообщила министр энергетики Украины Светлана Гринчук.

    “Мы сейчас ведем переговоры. Азербайджан заинтересован в этом. Если контракт заключить, то продолжим (поставки еще в 2025 году – ред.)”, – сказала Гринчук.

    Она также отметила, что существуют военные риски, поскольку в последнее время россияне активизировали атаки на газовую инфраструктуру, которая обеспечивает импортные операции.

    Импорт газа

    Напомним, в мае стало известно, что Украина сможет получать большие объемы газа по новому маршруту. Это стало возможным после того, как Национальная комиссия, осуществляющая государственное регулирование в сферах энергетики и коммунальных услуг (НКРЭКУ), упростила процедуру транспортировки газа через Трансбалканский коридор.

    В июле НАК “Нафтогаз Украины” заключила первое соглашение о закупке азербайджанского газа с компанией SOCAR.

    Речь идет о небольших объемах газа, но, как отмечают в Нафтогазе, это является стратегическим шагом для дальнейшего расширения сотрудничества.

    Тестовую поставку газа осуществляют по Трансбалканскому коридору по маршруту Болгария – Румыния – украинская граница.

    По словам экспертов, азербайджанский газ, который импортируется по этому коридору, существенно не повлияет на подготовку Украины к зиме, но может усилить энергобезопасность страны в перспективе.

  • Ukrayna Azərbaycandan qaz idxalını davam etdirə bilər

    “Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz tədarükü üzrə pilot layihə artıq başa çatıb. Hazırda belə tədarüklərin davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində işlər aparılır”.

    Bunu Ukraynanın energetika naziri Svetlana Qrinçuk “RBC-Ukrayna” nəşrinə müsahibəsində deyib.

    “Biz hazırda danışıqlar aparırıq. Azərbaycan bunda maraqlıdır. Əgər müqavilə bağlanarsa, biz (tədarükü – red.) davam etdirəcəyik”, – Qrinçuk bildirib.

    O, həmçinin qeyd edib ki, hərbi risklər mövcuddur, çünki son vaxtlar rusiyalılar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları gücləndiriblər.

    Xatırladaq ki, may ayında Ukraynanın yeni marşrutla böyük həcmdə qaz ala biləcəyi məlum olub. Bu, enerji və kommunal xidmətlər sahəsində dövlət tənzimlənməsini həyata keçirən Milli Komissiya Trans-Balkan dəhlizi ilə qazın nəqli prosedurunu sadələşdirməsindən sonra mümkün olub.

    İyulda “Ukrayna Naftoqaz” Milli Səhmdar Cəmiyyəti Azərbaycan qazının alınmasına dair SOCAR ilə ilk müqaviləni bağlayıb.

    Söhbət kiçik qaz həcmlərindən gedir, lakin “Naftoqaz”ın qeyd etdiyi kimi, bu, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün strateji addımdır.

    Qazın sınaq tədarükü Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi boyunca həyata keçirilir.

    Ekspertlərin sözlərinə görə, bu dəhlizlə idxal olunan Azərbaycan qazı Ukraynanın qışa hazırlığına ciddi təsir etməyəcək, lakin perspektivdə ölkənin enerji təhlükəsizliyini gücləndirə bilər.

  • Bakıda Heydər Əliyev prospektinin bir hissəsi 10 gün müddətinə bağlanacaq

    Bu gündən etibarən Bakıda Heydər Əliyev prospektinin bir hissəsində 10 gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, avqustun 18-də saat 22:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir.

  • Şəhidlər xiyabanında qeyri-etik video çəkən əcnəbilər necə müəyyən ediliblər?

    Bakıdakı Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib video paylaşan əcnəbilər Bakının Səbail rayonu ərazisindəki “Panarama” hoteldə qalırmışlar.

    Oxu.az-ın məlumatına görə, onlar ilk olaraq videonu çəkib, fərqinə varmadan turistlərin “Snatch Up” qrupunda paylaşıblar. Videonun yayıldığını görən əcnəbilər görüntünü dərhal həmin qrupdan silib, qrup üzvlərindən üzr istəyiblər.

    Video yayılandan dərhal sonra polis əməkdaşları həmin görüntülərlə bağlı araşdırmalara başlayıblar və əcnəbilərin qaldığı hotel müəyyən olunub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxslər “Panarama” hoteldə saxlanılıblar.

  • Göyçayda polis ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar arasında qadın da var – Video

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Vurğulanıb ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 54 yaşlı Vəli Quliyev və 35 yaşlı Nuranə Məmmədzadə saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın marixuana, 2 kiloqram 280 qram tiryək və 425 ədəd psixotrop tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri İran vətəndaşından satış məqsədilə əldə etdiklərini bildiriblər. Məhkəmənin qərarı ilə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

    Keçirilən digər əməliyyatlarla Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Tural Alıyev və daha 9 nəfər saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar olunub.