Month: August 2025

  • В Агдеринском районе будут утилизированы непригодные к использованию боеприпасы – ФОТО

    С 18 по 22 августа в учебном центре “Гёдекбурун” в Агдеринском районе с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək (FOTO)

    Ağdərə rayonunun “Gödəkburun” təlim mərkəzində 18-22 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Gəncədə VANDALLIQ: Şəhidlərin xatirəsinə ucaldılan abidəyə ziyan vurublar

    Ötən gün gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən İstiqlal parkının ərazisində yerləşən və 44 günlük Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsinə ucaldılmış heykəlin mərmər üzlüyünün bir neçə hissəsi qırılaraq zədələnib.

    Bu barədə oxu.az-a Gəncə İcra Hakimiyyətindən məlumat verilib.

    Qeyd olunub ki, İstiqlal parkında şəhidlərin ruhuna hörmətsizlik edənlər istirahət məkanında heykəlin və ərazidə mövcud olan şəhid şəkillərinin işıqlandırılması üçün nəzərdə tutulan sistemə də ziyan vurublar:

    “Bir neçə plafon qırılıb, bir işıqlandırma sistemi isə oğurlanıb.

    Hazırda Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) müvafiq şöbələri tərəfindən parkın ərazisində baş vermiş xoşagəlməz hadisənin aradan qaldırılması istiqamətində təmir və bərpa işlərinə start verilib”.

    Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində işlər görülür.

  • Zelenski SOCAR-ın Odessadakı terminallarına hücuma münasibət bildirib

    Ukrayna Prezidenti Volodimir Zelenski SOCAR-ın Ukraynanın Odessa şəhərində yerləşən neft anbarının dağıdılmasına münasibət bildirib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə öz “Telegram” kanalında yazıb.

    “Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən qəsdən hücum olub. Bu, bizim münasibətlərimizə, enerji müstəqilliyimizə zərbədir”, – V.Zelenski qeyd edib.

    Xatırladaq ki, Rusiya pilotsuz uçuş aparatlarla Ukraynanın Odessa şəhərinə hücum edib.

    Məlumata görə, hücum zamanı ərazidəki SOCAR terminalları və Ukrayna poçt xidmətinin anbarları zədələnib.

  • Həbsdə olan Rəqsanə ilə bağlı YENİLİK

    İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova qərardan narazıdır.
     
    Median.Az-ın məlumatına görə, müğənninin vəkili Hikmət Əliyev bir az əvvəl qərardan apellyasiya şikayəti verib.
     
    Müdafiə tərəfi əvvəlki məhkəmə qərarının ləğv edilməsini istəyir.
     
    Vəkili müğənninin həbsi barədə saytımıza açıqlama verib. H.Əliyevin sözlərinə görə, xanım müğənninin azadlıqda qalması cəmiyyət üçün heç bir təhlükə təşkil etmir və istintaqın normal gedişinə hər hansı bir maneə yaratmır:
     
    “Rəqsanə özünü təqsirli bilmir. Əgər hər hansı şikayət varsa, həmin şikayətin araşdırılması başadüşüləndir. Lakin bu araşdırmanın azadlıqda aparılması daha ədalətlidir. Hüquqi baxımdan həbs yalnız sonuncu çarə kimi tətbiq olunmalıdır. Halbuki Rəqsanə xanım barəsində ev dustaqlığı və ya digər alternativ tədbirlər yetərli ola bilərdi. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müvəkkilim iki azyaşlı övlad anasıdır. Bu amil həm hüquqi, həm də humanist prinsiplər baxımından nəzərə alınmalıdır.
     
    İnanırıq ki, apellyasiya instansiyası bütün bu məqamları obyektiv şəkildə nəzərə alacaq və yekunda ədalətli qərar qəbul olunacaq”.
     
    Şikayətə 2 gün ərzində Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
     
    Qeyd edək ki, Rəqsanə polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqda polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.
     
    (Qafqazinfo)

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər məhkəməyə aparılıblar – Video

    Xəbər verdiyimiz kimi, şəhidlərin məzari önündə qeyri-etik hərəkətlər edən iki əcnəbi vətəndaş polis tərəfindən saxlanılıb.

    Onlar etdikləri nalayiq hərəkətləri videoya çəkərəK sosial şəbəkələrdə paylaşıblar.

    Turistlərin bu hərəkəti sosial şəbəkədə birmənalı qarşılanmayıb.

    İki turist bu gün qaldıqlar oteldə polis tərəfindən saxlanılıblar və barələrində cinayət işi açılıb.

    Azxeber.com həmin şəxslərin məhkəməyə aparılmasının görüntülərini əldə edib.

    Həmin videonu təqdim edirik:

  • В России вводят новые ограничения для азербайджанцев

    С 1 сентября 2025 года в Ямало-Ненецком автономном округе вводятся новые ограничения на труд для выходцев из Азербайджана, Таджикистана и Узбекистана.

    Как передает Median.Az, об этом сообщает “Ямал 1”.

    Выходцам из этих трех стран запретят заниматься оптовой и розничной торговлей, ремонтировать транспорт, включая мотоциклы. Эти ограничения касаются иностранцев, которые трудятся по патентам.

    Отметим, что на Ямале за последние пять лет снизилось число рабочих из числа мигрантов. Ограничительные меры для них вводятся не в первый раз.

  • Rusiya azərbaycanlılar üçün yeni məhdudiyyətlər tətbiq edir

    2025-ci il sentyabrın 1-dən etibarən Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün əməkhaqqına yeni məhdudiyyətlər tətbiq ediləcək.

    Bu barədə kp.ru məlumat yayıb.

    Bu üç ölkədən olan şəxslərə topdan və pərakəndə ticarətlə məşğul olmaq, avtomobillərin, o cümlədən motosikletlərin təmiri ilə məşğul olmaq qadağan ediləcək. Bu məhdudiyyətlər patent əsasında işləyən əcnəbilərə şamil edilir.

    Qeyd edək ki, Yamalda son beş ildə əmək miqrantlarının sayı azalıb. Onlar üçün məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi ilk dəfə deyil.

  • Операция в Баку: арестованы “Сейида Шахла” и другие последовательницы иранского режима – ФОТО

    На основании поступившей в Министерство внутренних дел (МВД) Азербайджана информации о попытке группы лиц провести несанкционированную акцию под видом массового религиозного обряда в общественном месте с интенсивным движением транспорта и пешеходов в Хазарском районе Баку, сотрудниками полиции была проведена специальная операция.

    Как сообщили в пресс-службе МВД, в ходе мероприятия были задержаны шесть женщин, обвиняемых в совершении указанных противоправных действий: Нигяр Багирова (1987 г.р.), Айтен Ибрагимова (1984 г.р.), Шахла Фараджова (1981 г.р.), Хошгадам Гулиева (1975 г.р.), Шаргия Садыгова (1994 г.р.) и Арзу Гусейнова (1973 г.р.).

    По данному факту возбуждено уголовное дело по соответствующим статьям Уголовного кодекса, и все вышеупомянутые лица привлечены к следствию в качестве обвиняемых.

    Решением суда в отношении задержанных избрана мера пресечения в виде ареста сроком на три месяца.

    Оперативно-следственные мероприятия продолжаются.

    Согласно данным, Шахла Фараджова, более известная как “Сейида Шахла”, и другие вышеупомянутые лица являются последовательницами иранского режима.

  • Bakıda ƏMƏLİYYAT: “Seyidə Şəhla” və digər İran aşiqləri tutuldular – FOTO

    Bir qrup şəxsin Xəzər rayonu ərazisində nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərməklə qanunsuz hərəkətlər etməsi barədə daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

    Verilən məlumata görə, tədbir zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova, 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və adları çəkilən altı nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

    Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Şəhla Fərəcova “Seyidə Şəhla” adı ilə tanınır.