Month: August 2025

  • “Qəbələ”nin gənc futbolçusu “Qarabağ”da

    “Qəbələ”nin gənc futbolçusu Kənan Baxışov klubdan ayrılıb.

    Median.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, baş məşqçi Kaxaber Sxadadzenin planlarına daxil olmayan 20 yaşlı futbolçu “Qarabağ”la anlaşıb.

    Sağ vinger mövqeyində çıxış edən oyunçu icarə əsasında Ağdam klubunda forma geyinəcək.

    O, “Qarabağ”ın əvəzedicilər heyətində oynayacaq. Baxışovun “Qəbələ” ilə müqaviləsi mövsüm sonu başa çatır.

    O, ötən mövsümü I Liqa klubu “Cəbrayıl”da keçirib.

  • İlham Əliyev Slovakiyanın azərbaycanəsilli səfirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

    Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

    Dövlətimizin başçısı bildirdi ki, azərbaycanəsilli diplomatın Slovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiya tərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.

    Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

    Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin mövcud olduğu vurğulanıb, enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

    Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub, bu xüsusda Slovakiyanın Avropa İttifaqının üzv dövləti kimi bu əlaqələrin inkişafına göstərdiyi dəstək vurğulanıb. Həmçinin Slovakiyanın ölkəmizdə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirdiyi qeyd olunaraq, bu ölkənin Azərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyi bildirilib.

    Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxunub, bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeni perspektivlər açdığını qeyd edib.

    Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

    Səfir öz növbəsində Azərbaycanla Slovakiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Slovakiya prezidentinin və baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin dövlətimizin başçısının Slovakiyaya rəsmi səfərə dəvət olunduğunu bir daha qeyd edib.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Slovakiya prezidentinə və baş nazirinə çatdırılmasını xahiş edib. Dövlətimizin başçısı Slovakiyaya səfərə dəvəti məmnunluqla qəbul etdiyini bildirib.

    Elçin Qasımov avqustun 8-də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

    Görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin Qarabağda aparılan bərpa və quruculuq işlərində Slovakiya şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

  • Азербайджан экстрадировал объявленного в международный розыск гражданина Таджикистана

    Ибронов Хокимджон Имомджонович (1983 г.р.), объявленный в международный розыск по обвинению в совершении преступления, связанного с незаконным оборотом наркотических средств в особо крупном размере на территории Таджикистана, был задержан в Азербайджане в мае 2025 года, в отношении его была избрана мера пресечения в виде ареста.

    Как сообщили в пресс-службе Генеральной прокуратуры Азербайджана, было принято решение об его экстрадиции.

    Он был передан уполномоченному органу Таджикистана под спецконвоем Пенитенциарной службы Министерства юстиции Азербайджана.

  • Beynəlxalq axtarışa verilən Tacikistan vətəndaşı ölkəsinə qaytarılıb

    Tacikistan Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Xokimcon İmomconoviç İbronovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Düşənbəyə təhvil verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş Xokimcon İmomconoviç İbronov 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

  • Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

    Salyan rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Salyan rayonunun Yenikənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 18-i, saat 07:10-da iki nəfər (biri qadın cinsli, biri kişi cinsli olmaqla) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Müxtəlif yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

  • Назначен новый военный прокурор Гянджи

    Произведено назначение на должность военного прокурора Гянджи.

    Соответствующий приказ подписал генеральный прокурор Азербайджана Кямран Алиев.

    По представлению военного прокурора Бахруза Ахмедова, на вышеупомянутый пост назначен полковник юстиции Эмин Велиев.

    Отметим, что под руководством нового военного прокурора в надзорном ведомстве успешно осуществляются всесторонние и интенсивные реформы, в том числе кадровые реформы, обеспечивается назначение на высокие должности лиц, чьи теоретические знания, профессиональная подготовка и личные качества соответствуют требуемому уровню, и эти процессы приобрели непрерывный характер.

  • Gəncəyə yeni hərbi prokuror təyin edilib

    Gəncəyə yeni hərbi prokuror təyin edilib.

    Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Hərbi prokuror Bəhruz Əhmədovun təqdimatına əsasən, ədliyyə polkovniki Emin Səftər oğlu Vəliyev Gəncənin hərbi prokuroru vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, yeni hərbi prokurorun rəhbərliyi ilə Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları uğurla həyata keçirilir, nəzəri bilik və peşə hazırlığı, şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslərin yüksək vəzifələrə təyinatı təmin edilir və bu proseslər davamlı hal alıb.

  • Мирзиёев: Азербайджан выступает стратегическим мостом между Центральной Азией и Европой

    Азербайджан выступает стратегическим мостом между Центральной Азией и Европой, заявил президент Узбекистана Шавкат Мирзиёев в своем послании участникам встречи высокого уровня “Узбекистан, Азербайджан и Европа – сотрудничество ради общего развития”.

    Об этом сообщает пресс-служба главы Узбекистана.

    По словам Мирзиёева, форум предоставляет уникальную возможность представить миру Центральную Азию и обсудить процессы консолидации и сотрудничества.

    Он отметил значительный потенциал Узбекистана и Азербайджана, который может быть использован в большей степени.

    Мирзиёев подчеркнул активное развитие азербайджано-узбекских отношений в духе взаимного доверия и поддержки.

    “Хочу особо отметить, что Азербайджан выступает в качестве стратегического моста, соединяющего Центральную Азию и Европу. Мы высоко ценим готовность Президента Азербайджана Ильхама Алиева участвовать в развитии новых обще-региональных процессов и его усилия по укреплению взаимодействия Южного Кавказа и Центральной Азии. Пользуясь случаем, еще раз искренне поздравляем дружественный народ Азербайджана с огромным историческим достижением – недавним подписанием в Вашингтоне при посредничестве США трехсторонней Совместной декларации с Арменией”, – заявил он.

  • Şavkat Mirziyoyev: “Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən strateji körpüdür”

    “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır”.

    Median.Az Özbəkistan prezidentinin saytına istinadən xəbər verir ki, bu sözləri “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” yüksəksəviyyəli görüşün iştirakçılarına müraciətində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

    Onun sözlərinə görə, forum Mərkəzi Asiyanı dünyaya təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərini, eləcə də regionlararası əlaqələrin gücləndirilməsini müzakirə etmək üçün unikal imkan yaradır.

    Prezident Ş.Mirziyoyev Azərbaycan-Özbəkistan münasibətlərinin qarşılıqlı etimad və dəstək ruhunda fəal inkişafını vurğulayıb.

    “Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən strateji körpü rolunu oynayır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin yeni ümumi regional proseslərin inkişafında iştirak etmək istəyini və Cənubi Qafqaz və Mərkəzi Asiya arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqını böyük tarixi nailiyyət – ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistanla üçtərəfli Bəyannamənin imzalanması münasibətilə bir daha səmimi qəlbdən təbrik edirik”, – deyə o vurğulayıb.

  • Yasamalda narkokuryerlər saxlanıldılar: 27 kq narkotik vasitə aşkarlandı (Video)

    Yasamal rayonunda bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı saxlanılan 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkinlə əlbir olan digər şəxslər də tutulublar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 64 yaşlı İlham Quliyev və 33 yaşlı İlkin Bağıyev saxlanılıblar. Onların avtomobilinə baxış zamanı 18 bükümdə ümumi çəkisi 11 kiloqram 465 qram olan marixuana aşkarlanıb.

    Şöbə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir narkokuryer – əvvəllər məhkum olunmuş 36 yaşlı Rizvan Abıyev də saxlanılıb. Ondan isə 5 kiloqram 376 qram marixuana, 3 kiloqram 200 qram tiryək və narkotiklərin onlayn satışında istifadə etdiyi bank kartları aşkarlanıb.

    Saxlanılan şəxslərin hər birinin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girdikləri və ölkə ərazisində narkokuryerliyə cəlb edildikləri məlum olub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı, ümumilikdə, 27 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.