Month: August 2025

  • Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu

    “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub.

    İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dolları borcunun olmasıdır.

    “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub.

    Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.

    Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə “Lamborghini Plug-İn Hibrid” hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.

    Aşağıdakı avtomobillərə də həbs qoyulub:

    – “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

    – “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

    – “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

    – “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, “JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

    – “Kia Rio minik” markalı, “PF” və “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

    – “Kia Carnival” markalı, “AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

    Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir:

    “Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması “Şərur” MTK-nın iş fəaliyyətinə mane olur”.

    İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir.

    Məhkəmə “Şərur” MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib.

    “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: “Yalandır, əlimdə məhkəmə qərarı var”.

  • Скончалась мать погибшего во время антитеррористической операции майора Эльхана Наджафи

    Скончалась Афет Наджафи, мать майора Эльхана Наджафи, ставшего шехидом во время антитеррористической операции 19-20 сентября 2023 года.

    Информация об этом распространилась в социальных сетях.

    Отметим, что отец Эльхана Наджафи, Шукюр Наджафи, погиб в 1993 году в боях за Агдам в ходе первой Карабахской войны.

    Эльхан Наджафи участвовал в сражениях за Физули, Джебраил, Губадлы и Лачын во время 44-дневной Отечественной войны. Майор героически погиб 20 сентября 2023 года в боях в направлении Ходжавенда в ходе антитеррористических мероприятий.

  • Şəhid mayorun anası vəfat etdi

    19-20 sentyabr tarixli antiterror əməliyyatı zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat verilib.

    Qeyd edək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı – 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub.

    Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

    Qəhrəman mayor 20 sentyabr 2023-cü il tarixində antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

  • Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? – RƏSMİ CAVAB

    Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompensasiya məsələsi gündəmə gətirilib. İddia olunur ki, vətəndaşlar əllərində olan vauçerlərə (dövlət özəlləşdirmə paylarına) görə pul ala bilərlər.

    Median.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) Mətbuat.az-a bildirilib ki, həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır.

    ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırıb.

    Qeyd edək ki, Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

  • İsveçin nüfuzlu analitik platformasında İlham Əliyevə həsr olunmuş məqalə dərc edilib

    İsveçin “Agenda Nexus” analitik platformasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş məqalə dərc edilib. Materialın müəllifləri Azərbaycan Prezidentini Cənubi Qafqazda siyasi tarazlığın əsas memarı adlandırırlar.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını müdafiə etdiyi, paytaxt Bakının regional siyasətdə rolunu gücləndirmək üçün incə diplomatiya, fəal addımlar atdığı bildirilir.

    Məqalədə Cənubi Qafqazda vasitəçi rolunu möhkəmləndirməyə ümid edən Rusiyanın mövqeyinə xüsusi diqqət yetirilir. Qeyd edilib ki, Prezident İlham Əliyevin strateji manevri Moskvanı bir kənarda qoydu. Materialda yazılır ki, Moskva üçün vəziyyət regionda təsirinin zəifləməsi ilə mürəkkəbləşib və əlavə edilir ki, bu fonda Zəngəzur dəhlizi Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün potensial alət kimi xüsusi əhəmiyyət kəsb edir.

    Məqalədə Azərbaycan Prezidentinin xarici siyasət manevrlərinə, o cümlədən Ukraynaya dəstək, Fransa ilə diplomatik qarşıdurma və Avropaya yönəlmiş iqtisadi modernləşmə kursuna xüsusi diqqət yetirilir. Müəlliflərin fikrincə, iqtisadi artım, irimiqyaslı infrastruktur layihələri, milli özünəməxsusluğun möhkəmlənməsi sayəsində Azərbaycan dövlətinin başçısı öz ölkəsinin əhalisi arasında yüksək etimad reytinqini qoruyub saxlayır.

  • Metroda doğulan körpənin anası – Onu sadəcə ailəsi gözləyirdi, indi bütün Azərbaycan tanıyır – VİDEO

    Metroda körpə dünyaya gətirən ana hələ də xoş hadisənin təəsüratlarından çıxa bilməyib.

    Gənc ana Əsmər Məhərrəmova “Report”un əməkdaşına həmin günü belə xatırladığını söyləyib:

    “Bu, mənim ikinci hamiləliyim idi. Axşamdan güclü olmasa da, ağrılarım var idi. Həkimimlə danışdıq və yanına yoxlanışa gəlməyimizi uyğun gördü. Ertəsi gün səhər saatlarında avtobusla qayınanamla birgə həkim müayinəsinə gedərkən anidən sanclarım başladı. Avtobusla gec olar deyə ən yaxşı seçimin metro olduğunu fikirləşdik. Düşünməzdim ki, körpəmi metroda dünyaya gətirəcəyəm. Elə orada bizə kömək edən vətəndaşların da təklifi ilə körpəmizin adını Cəsur qoyduq”.

    Qeyd edək ki, avqustun 8-i saat 07:40 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında körpə doğulub. “Bakı Metropoliteni” QSC körpəyə 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verib.

    Daha ətraflı videomaterialı təqdim edirik:

  • В Пакистане потерпел крушение вертолет, есть погибшие

    В северо-западной части Пакистана вертолет потерпел крушение.

    Об этом сообщает Reuters.

    Сообщается, что в результате крушения погибли 5 членов экипажа.

    По данным портала DAWN, правительство страны направило вертолет для эвакуации граждан из пострадавших от наводнений районов.

  • Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var

    Pakistanın şimal-qərbində helikopter qəzaya uğrayıb.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Qəza nəticəsində 5 ekipaj üzvü həlak olub.

  • Bakı Dəmiryol Vağzalında parklanma xidməti avqustun 18-dən dayandırılacaq

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Bakı Metropoliteni” QSC-nin tunel tikintisi ilə bağlı vətəndaşlara müraciət edib.

    Müraciətdə deyilir:

    “Daha əvvəl məlumat verildiyi kimi, aparılan tikinti işləri ilə əlaqədar olaraq 18 avqustdan Bakı Dəmiryol Vağzalının sərnişinlər üçün qarşılama və yola salma xidməti göstərən avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Qeyd olunan tarixdən etibarən ADY-nin sərnişinləri vağzalın ətrafında, Xətai prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparkinq” dayanacaqlarından istifadə edə bilərlər”.

  • Sabah növbəti tədris ili üzrə lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək

    Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagidlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək.

    Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.

    Qeyd edilib ki, 26 avqust tarixində isə ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur. İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib.

    Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

    Nəzərinizə çatdırırıq ki, lisey və gimnaziyalara verilən boş yer və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim etdikləri müəssisələrə yerləşdiriləcək.