Month: August 2025

  • Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək

    Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də amerikalı həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırır.

    Report xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə bildirib.

    “Ümumilikdə bir saat yarımdan çox, Prezident Trampla təxminən bir saat danışdıq. Biz Prezident Trampın Ukrayna – ABŞ – Rusiya üçtərəfli görüşünün keçirilməsi təklifini dəstəkləyirik. Müharibənin başa çatması ilə bağlı bütün təfərrüatları bazar ertəsi Vaşinqtonda Prezident Trampla müzakirə etmək niyyətindəyəm. Dəvətə görə minnətdaram”, – o qeyd edib.

  • МИД Азербайджана выразил соболезнования Пакистану

    Министерство иностранных дел (МИД) Азербайджана выразило соболезнования Пакистану в связи с трагической гибелью людей и разрушениями, вызванными наводнениями.

    Как передает report, об этом говорится в публикации на странице МИД Азербайджана в соцсети X.

    “Глубоко опечалены трагической гибелью людей и разрушениями, вызванными наводнениями в северной части Пакистана. Наши мысли и молитвы с жертвами и их семьями. Азербайджан солидарен с братским народом и правительством Пакистана в эти тяжелые минуты”, – говорится в публикации.
    Отметим, что число жертв наводнений и оползней на северо-западе Пакистана достигло как минимум 220 человек. Сотни спасателей продолжают поиски выживших в провинции Хайбер-Пахтунхва.

  • Azərbaycan XİN Pakistana başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlar səbəbindən başsağlığı verib.

    Report xəbər verir ki, bu barədə XİN-in “X” sosial media hesabında paylaşım edilib.

    “Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir”, – paylaşımda qeyd olunub.

    Xatırladaq ki, Pakistanın şimal-qərbində leysan yağış böyük dağıntılara səbəb olub. Baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı ən azı 220 nəfərə çatıb.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение.

    Как сообщает report, информацию распространило Бюро исследований землетрясений Республиканского центра сейсмологической службы НАНА.

    Магнитуда подземных толчков составила 4, эпицентр находился на глубине 30 км.

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Report xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Dərinliyi 30 km olan təkanların maqnitudası 4 olub.

  • DYP hərəkət iştirakçılarına müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçıl[spoiler][/spoiler]arına müraciət edib.

    Report-un məlumatına görə müraciətdə deyilir:
    “Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxtəlif şəxsi işlərlə bağlı olaraq paytaxtdan rayonlara üz tutur. Bu zaman magistral və digər əsas yollarda hərəkətin intensivliyi xeyli artır və qəza riskidə yüksəlir. Belə şəraitdə hər bir sürücünün daha diqqətli, məsuliyyətli və intizamlı davranması xüsusi əhəmiyyət kəsb edir.

    Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bir daha xatırladır ki, sükan arxasında diqqətli olmaq, müəyyən edilmiş sürət həddinə əməl etmək və yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamaq təhlükəsizliyin ən vacib şərtlərindəndir. Xüsusilə təkərlərin vəziyyəti, işıq cihazlarının işlək vəziyyətdə olması, əyləc sistemi və sükan idarəetməsi diqqətlə yoxlanılmalıdır.

    Uzun məsafə qət edərkən yuxusuz və yorğun halda sükan arxasına keçmək qəza ehtimalını qat-qat artırır. Bu səbəbdən sürücülər mütləq dincəlməli, zərurət yarandıqda isə yolda qısa fasilələr verməklə özlərini gümrah saxlamalıdırlar.

    Yollarda müəyyən olunmuş qaydalara riayət etmək – həm sürücülərin, həm də sərnişinlərin həyatının qorunması üçün yeganə təminatdır. Unutmaq olmaz ki, bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər”.

  • Nazirlik banklara 400 milyon depozit qoydu

    Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

    Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 400,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

  • Bu il daşınmaz əmlak bazarında ən çox bahalaşma hansı layihədə baş verib?

    “Bu il daşınmaz əmlak bazarında ən çox bahalaşma “Sea Breeze” layihəsində baş verib. Orada olan fərdi evlər, torpaqlar və yaşayış evlərinin qiymətində ötən illə müqayisədə orta hesabla 30-35% artım qeydə alınıb”.

    Bunu Qaynarinfo-ya açıqlamasında əmak eksperti Elnur Azadov deyib. Elnur Azadovun sözlərinə görə, “Sea Breeze” ilə yanaşı Ağ şəhər layihəsində də ən azı 20-25% qiymət artımı müşahidə olunub.

    Elnur Azadov paytaxtın digər ərazilərində isə seqmentdən asılı olaraq qiymətlərin müxtəlif səviyyədə artdığını vurğulayıb:

    “Daşınmaz əmlak sektoru olduqca genişdir. Bazar tək mənzillərdən deyil, yaşayış fondu və fərdi evlərdən ibarətdir. Eyni zamanda Bakı şəhərinin kəndləri, qəsəbələri, mərkəzi hissələri də var. Həmin ərazilərdə qiymət artımı 5%-dən başlayaraq orta hesabla 15% arasında dəyişir”.

    Ekspert bu ərazilərin hər birində qiymətin fərqli olduğunu xatırladıb.

  • Ürək səssizcə xəbərdarlıq edə bilər – Təhlükə siqnalı göstərən 9 mühüm əlamət

    İsti hava yorğunluq, nəfəs darlığı və ya halsızlıq kimi şikayətləri artıra bilər. Lakin bəzən bu əlamətlər yalnız hava şəraitindən deyil, ürəyin səssizcə verdiyi xəbərdarlıqlardan da qaynaqlana bilər.

    Kardiologiya üzrə mütəxəssis dosent Onur Taşarın sözlərinə görə, ürək xəstəliklərinin bəzi əlamətləri çox zaman nəzərdən qaçırılır:

    “Gündəlik həyatda yay istisinə, stressə və ya gərgin iş tempinə bağladığınız bəzi şikayətlər əslində ürək xəstəliyinin göstəricisi ola bilər. Bu əlamətlər bəzən tək, bəzən isə başqa əlamətlərlə birlikdə ortaya çıxır. Ürək xəstəliklərində erkən fərq edilən siqnallar həyati riskləri önləməyin ən təsirli yoludur. Erkən diaqnoz və müalicə ürək sağlamlığını qorumaqda kritik əhəmiyyət daşıyır. Buna görə də həkimə müraciət etmək vacibdir”.

    Dosent Onur Taşar tez-tez nəzərdən qaçan əlamətləri və ürəkdə təhlükə siqnalı verən 9 mühüm göstəricini açıqlayır:

    Yorğunluq – Gündəlik işləri yerinə yetirmək əvvəlkindən daha çətin gəlirsə, pilləkən qalxmaq və ya qısa məsafə gəzmək belə nəfəsinizi kəsirsə, bu ürəyin orqanizmə kifayət qədər oksigenli qan göndərə bilmədiyinin göstəricisi ola bilər. İstirahət etdikdən sonra belə keçməyən həddindən artıq yorğunluq erkən xəbərdarlıq siqnalıdır.

    Nəfəs darlığı – Adi fəaliyyət zamanı nəfəs darlığı, istirahət halında nəfəs almaqda çətinlik, gecə yuxudan nəfəs tıxanması ilə oyanma ürək çatışmazlığının əlaməti ola bilər. Ürək zəiflədikdə ağciyərlərdə maye toplanır və nəfəs alma çətinləşir.

    Döş qəfəsində narahatlıq – Ağrı olmasa belə, döşdə sıxılma, təzyiq, yanma və ya doluluq hissi infarkt ərəfəsində ən çox rast gəlinən xəbərdarlıqlardandır. Bu hiss bəzən qola, çənəyə, boyuna və ya kürəyə yayıla bilər.

    Ayaqlarda və ya qollarda şişkinlik – Xüsusilə topuq, baldır və qarında səbəbsiz şişkinlik ürəyin qan dövranını lazımi səviyyədə təmin etmədiyini göstərə bilər. Günün sonunda daha çox nəzərə çarpır.

    Sürətli və ya nizamsız ürək döyüntüsü – Ürək ritminin qəfil sürətlənməsi, nizamsızlaşması və çarpıntı hissi ciddi ritm pozuntusunun əlaməti ola bilər. Bu hal başgicəllənmə və ya huşunu itirmə ilə müşayiət olunursa, təcili müayinə tələb edir.

    Başgicəllənmə və ya huşunu itirmə – Qəfil sərsəmlik, bulanıq görmə və ya qısa müddətli huş itkisi beynə kifayət qədər qan getməməsi ilə əlaqəli ola bilər. Təkrarlanan huş itkisi hallarına biganə qalmaq olmaz.

    Yuxu problemləri – Gecə tez-tez oyanmaq, yuxusuzluq və ya nəfəs darlığı səbəbindən oturaq vəziyyətdə yatmaq məcburiyyətində qalmaq ürək zəifliyinin göstəricisi ola bilər.

    Tərləmə – Açıq səbəb olmadan baş verən qəfil və həddindən artıq soyuq tərləmə infarkt əlaməti ola bilər. Bədən, ürək üzərindəki yükü azaltmaq üçün bu cür reaksiya verə bilər.

    Döş ağrısı – Qəfil başlayan, güclü və ya uzun müddət davam edən döş ağrısı birbaşa infarktla əlaqəli ola bilər. Eforla artan və istirahətlə keçməyən ağrılar təcili tibbi müdaxilə tələb edir.
    //qaynar.az

  • Bu ərazidə köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri tikiləcək

    Nazirlər Kabinetinin təsdiq etdiyi Qovlar şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş plana əsasən, şəhərdə köhnə tikililər söküləcək, 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.

    Median.Az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

    Qurumun sifarişi ilə hazırlanan Baş plan Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılmasını, kənd təsərrüfatı torpaqlarının qorunmasını və tarixi kimliyin saxlanmasını hədəfləyir.

    Tovuz rayonunun ərazisində yerləşən Qovlar şəhəri 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq.
    Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 m²-dən 25 m²-yə qədər yüksələcək. Ümumilikdə 192 min m² yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min m²-i birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.

    Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi də planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.

    Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

    Küçə-yol infrastrukturunun inkişafı da planda öz əksini tapıb. Bu məqsədlə küçə və yol şəbəkəsinin ümumi uzunluğu 107 kilometrə çatdırılacaq. Layihələndirmə zamanı şəhərin bütün məhəllələrinin xidmət sahələrinə bərabər çıxış imkanı təmin ediləcək. İlk mərhələdə 5 kilometrdən artıq velosiped yollarının salınması nəzərdə tutulur. Bu isə gələcəkdə velosiped marşrutlarının genişləndirilməsi və ekoloji nəqliyyat mühitinin təşkili üçün baza rolunu oynayacaq.

    Şəhərdə dəmir yolu nəqliyyatı ilə inteqrasiya olunmuş müasir bir logistik mərkəz də yaradılacaq. Bu mərkəz sənaye və kənd təsərrüfatı məhsullarının qəbul edilməsi, saxlanması və daşınmasında mühüm rol oynayacaq, şəhərin iqtisadi dövriyyəsini əhəmiyyətli dərəcədə gücləndirəcək.

    Eyni zamanda, Qovlar şəhərində sənaye potensialının artırılması nəzərdə tutulur. Belə ki, mövcud müəssisələrin genişləndirilməsi ilə yanaşı, səkkiz yeni sənaye obyektinin yaradılması planlaşdırılır. Yeni sənaye zonası təkcə şəhərin iqtisadi inkişafına deyil, eyni zamanda məşğulluğun artmasına mühüm töhfə verəcək.

    Qovlarda “yaşıl” turizm, etnoturizm və ekoturizm kimi alternativ sahələrin təşviqi və müasir istirahət zonalarının yaradılması da diqqət mərkəzindədir. Bu həm yerli sakinlər, həm də şəhərin qonaqları üçün yeni istirahət imkanları yaradacaq.