Month: August 2025

  • İran azərbaycanlı sürücülərdən “Tramp marşrutu”nun acığını çıxır: “Bizimlə heyvan kimi davranırlar” – FOTO

    İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannaməyə etiraz olaraq, Naxçıvandan Bakıya yük daşıyan sürücülərə təzyiqlərini gücləndirib.

    Median.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

    Bildirilib ki, Naxçıvandan yola düşən sürücülər günlərlə ac-susuz, çöllük ərazidə toz-torpaq içində gözlədildikdən sonra Azərbaycana buraxılırlar.

    “Burada nə yemək var, nə də su. Bir şey almaq üçün kilometrlə yolu piyada getmək lazımdır. Burada heç tualet də yoxdur. Bizimlə heyvan kimi davranırlar”, – deyə sürücülərdən biri bildirib.

    Sürücülər vurğulayıblar ki, İran rəsmiləri onlara: “Xoşunuza gəlmirsə, gedin “Tramp marşrutu”ndan istifadə edin”, – deyirlər.

    Məlumat üçün əlavə edək ki, İran tərəfindən sürücülərimizə yaradılan maneələrlə bağlı Oxu.Az bir necə dövlət qurumuna sorğu göndərsə də, cavab ala bilməyib.

    Xatırladaq ki, avqustun 8-də imzalanan bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “Tramp marşrutu”nun yaradılması nəzərdə tutulur. Bu yol ABŞ şirkətinin nəzarəti altında olacaq. Tehran isə bu təşəbbüsə qarşı sərt mövqe sərgiləyib.

  • “Карабах” возвращает бывшего футболиста

    “Карабах” вернет в команду своего бывшего футболиста Овусу Квабену, который покинул венгерский клуб “Ференцварош”.

    Как сообщает Median.Az со ссылкой на портал Transfermarkt, представитель Агдама ведет переговоры о привлечении в состав покинувшего клуб в июне 2023 года ганского нападающего в качестве свободного агента.

    Начавшиеся несколько дней назад переговоры уже завершились согласованием контракта. Согласно договоренности, с Квабеной будет подписан двухлетний контракт.

    Центральный нападающий в прошлом сезоне выступал на правах аренды за турецкий клуб “Анкарагюджю”. Он забил 9 голов в 16 матчах.

    Напомним, Овусу Квабена был футболистом “Карабаха” в 2020-2023 годах.

    Transfermarkt оценивает его рыночную стоимость в 400 000 евро.

    Отметим, что “Карабах” и “Ференцварош” встретятся в плей-офф Лиги чемпионов УЕФА. Первый матч состоится 19 августа в Будапеште, а второй – 27 августа в Баку.

  • “Qarabağ” sabiq futbolçusunu geri qaytarır

    “Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubundan ayrılan sabiq futbolçusu Ovusu Kvabenanı komandaya qaytaracaq.

    Median.Az “Transfermarkt” portalına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2023-cü ilin iyununda klubu tərk edən qanalı hücumçunu azad agent kimi heyətinə cəlb etmək üçün danışıqlar aparır.

    Bir neçə gün əvvəl başlayan danışıqların artıq müqavilənin razılaşdırılması ilə nəticələndiyi bildirilir. Razılaşmaya əsasən, Kvabena ilə ikiillik sözləşmə imzalanacaq.

    Mərkəz hücumçusu ötən mövsüm icarə əsasında Türkiyənin “Ankaragücü” klubunda çıxış edib. O, iştirak etdiyi 16 oyunda 9 qol müəllifi olub.

    Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə “Qarabağ”ın futbolçusu olub.

    “Transfermarkt” onun bazar dəyərini 400 000 avro olaraq qiymətləndirir.

    “Qarabağ” və “Ferentsvaroş” UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəklər. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci matç isə avqustun 27-də Bakıda təşkil olunacaq.

  • Пашинян: Россия и Иран смогут наладить железнодорожное сообщение

    Думаю, соглашение и декларация содержат вполне ощутимые выгоды для Ирана и для России. Потому что, если и когда это соглашение будет реализовано, например, Иран получит доступ по железной дороге от Персидского залива до Чёрного моря. И Россия и Иран смогут наладить железнодорожное сообщение между двумя странами.

    Об этом премьер Армении Никол Пашинян заявил в интервью Fox news.

    “Я имею в виду, что если сосредоточиться на экономической стороне этого соглашения, то не только Армения, Азербайджан, США и Турция, но и Россия с Ираном получат очень важные и действительно ощутимые, фактически беспрецедентные выгоды. Поскольку сейчас из Южного Кавказа нет железной дороги, соединяющей Иран с Россией.

    Поэтому я считаю это очень важным соглашением, которое может принести значительные выгоды всем странам, а также, кстати, всему международному сообществу – для международной стабильности и безопасности”, – отметил Пашинян.

  • Paşinyan: “Regionun blokadadan çıxarılması bütün ölkələrin maraqlarına xidmət edəcək”

    “Hesab edirəm ki, saziş və bəyannamə İran və Rusiya üçün kifayət qədər nəzərəçarpacaq faydaları ehtiva edir. Çünki əgər bu saziş reallaşdırılarsa və həyata keçirildiyi təqdirdə, məsələn, İran Fars körfəzindən Qara dənizə qədər dəmiryolu üzrə çıxış əldə edəcək. Həm Rusiya, həm də İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək”.

    Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Fox News” telekanalına müsahibəsində deyib.

    “Demək istədiyim odur ki, əgər bu sazişin iqtisadi tərəfinə diqqət yetirilsə, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həmçinin Rusiya və İran çox mühüm və həqiqətən nəzərəçarpan, faktiki olaraq misligörünməmiş faydalar əldə edəcəklər. Çünki indi Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmiryol xətti yoxdur.

    Ona görə də mən bunu bütün ölkələrə, o cümlədən, yeri gəlmişkən, bütün beynəlxalq ictimaiyyətə – beynəlxalq sabitlik və təhlükəsizlik üçün əhəmiyyətli fayda gətirə biləcək çox mühüm saziş hesab edirəm”, – deyə Paşinyan qeyd edib.

  • Rusiyada azərbaycanlı sürücünü öldürüb Bakıya qaçdı, narkotiklə yaxalandı

    Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən şəxsin qətl törətdiyi üzə çıxıb.

    Ağdaş rayon sakini Elçin Səfərov 2014-cü ildə işləmək üçün Rusiyanın Tula vilayətinə gedir.

    O, həmin ərazidə taksi sürücüsü işləyən Vicay Cəbrayıllının vasitəsilə rus qadınla tanış olur və onun kirayələdiyi evdə yaşayır. Vicay Cəbrayıllı Elçinə nəsə lazım olsa, kömək edə biləcəyini deyir.

    Bir müddətdən sonra Vicay Cəbrayıllı Elçin Səfərovun Abdul adlı azərbaycanlı ilə tanış olduğunu bilir. V.Cəbrayıllı ondan Abduldan uzaq durmasını xahiş edir və bildirir ki, Abdul onun arxasınca danışır. E.Səfərov bu barədə Abdulla danışır və Abdul Vicayın yalan danışdığını bildirir.

    Bir müddət sonra Elçin Səfərova qadının evinə müvəqqəti qeydiyyata düşmək üçün pul lazım olur və o, bu barədə Vicaya müraciət edir. Vicay ona lazım olan məbləği verir və ona qadının evinə qeydiyyata düşməsinə yardım edir. Daha sonra E.Səfərovla Vicay arasında mübahisə yaranır və Elçin Vicayın ona yalan danışdığını deyir. Mübahisə zamanı Vicay Elçini döyür. Elçin isə Vicaydan bunun heyfini çıxacağını bildirir.

    Hadisədən bir neçə gün sonra Elçin yenidən Vicaya zəng vurub onunla söhbət etmək istədiyini deyir. Vicay avtomobili ilə Elçini götürüb yaşadıqları yerdən xeyli kənarda yerləşən meşəyə gedir. Onlar maşında mübahisə edir və əlbəyaxa olurlar. Hadisə zamanı Elçin üzərində gəzdirdiyi bıçaqla Vicaya ürək nayihəsindən zərbə endirir.

    Hadisədən sonra Elçin ərazidən qaçaraq rus tanışının vasitəsilə Ukraynaya, oradan isə Azərbaycana qaçır.

    2021-ci ildə Elçin Səfərov Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılır. Onun üzərindən narkotik vasitə aşkarlanır.

    Məhkəmənin hökmü ilə E.Səfərov 4 il azadlıqdan məhrum edilir. O, cəzasının 3 il 2 ayını çəkdikdən sonra vaxtından tez azadlığa buraxılır.

    2024-cü ilin oktyabr ayında isə Ağdaş RPŞ əməkdaşları tərəfindən E.Səfərovun Rusiyada cinayət törətdiyi məlum olur və keçirilmiş növbəti əməliyyat axtarış zamanı o, saxlanılır fakta görə cinayət işi başlanır.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Səfərov 9 il 6 ay azadlıqdan məhrum edilir.
    //oxu.az

  • В Италии хакеры украли данные десятков тысяч постояльцев отелей

    Преступники похитили персональные данные десятков тысяч постояльцев итальянских отелей.

    Как передает Median.Az, об этом пишут итальянские СМИ.

    Особенно пострадали клиенты дорогих гостиниц. Как сообщила итальянская полиция, группа под названием Mydocs уже несколько дней предлагает в интернете около 70 тысяч документов для продажи. В зоне риска оказались отели премиум-класса в Венеции, Триесте, а также на острове Капри. По данным газеты Corriere del Veneto, больше всех от утечки данных пострадал четырехзвёздочный отель Ca’ dei Conti в Венеции: хакеры получили доступ к информации 38 тысяч гостей, в основном иностранцев.

    В Италии при заселении в отель требуется предъявить удостоверение личности, копию которого обычно делают на ресепшене. Многие гостиницы используют автоматизированные системы для оцифровки документов. Похитители, вероятно, воспользовались этой уязвимостью, чтобы получить доступ к копиям паспортов и других документов.

    По данным полиции, с июня хакеры незаконно проникали в системы бронирования отелей по всей стране. Это позволило им завладеть сканами паспортов, удостоверений личности и иных документов, которые гости предъявляли при регистрации. Как сообщает государственное агентство по цифровизации Италии (Agid), эти данные сейчас продаются в даркнете в зашифрованном виде по цене от 800 до 10 тысяч евро.

    Среди пострадавших – множество иностранных туристов, однако их национальность власти не уточняют. Украденные данные могут быть использованы, в частности, для обхода интернет-верификации или прикрытия преступной деятельности.

  • İtaliyada hakerlər onminlərlə hotel müştərisinin şəxsi məlumatlarını oğurlayıblar

    İtaliyada cinayətkarlar ölkə hotellərinin onminlərlə qonağının şəxsi məlumatlarını oğurlayıblar.

    Bu barədə Oxu.Az İtaliya KİV-ə istinadən xəbər verir.

    Xüsusilə də bahalı hotellərin müştəriləri zərər görüblər. İtaliya polisinin məlumatına görə, “Mydocs” adlı qruplaşma artıq neçə gündür ki, 70 minə yaxın sənədi internetdə satışa təqdim edir. Venesiya, Triest, həmçinin Kapri adasındakı premium hotellər risk zonası altına düşüb. “Corriere del Veneto” qəzetinin məlumatına görə, məlumat sızmasından ən çox zərər çəkən Venesiyadakı dördulduzlu “Ca’ dei Conti” hoteli olub, hakerlər 38 min qonağın məlumatlarına giriş əldə ediblər ki, onlar da əsasən əcnəbilər olublar.

    İtaliyada hotelə yerləşmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur və onun surəti adətən qeydiyyat şöbəsində hazırlanır. Bir çox hotellər sənədlərin rəqəmsallaşdırılması üçün avtomatlaşdırılmış sistemlərdən istifadə edirlər. Oğrular, ehtimal ki, pasportların və digər sənədlərin surətlərinə çıxış əldə etmək üçün bu boşluqdan istifadə ediblər.

    Polisin məlumatına görə, hakerlər iyun ayından bütün ölkə üzrə hotel bronlaşdırılma sistemlərinə qanunsuz şəkildə sızıblar. Bu da onlara qonaqların qeydiyyat üçün təqdim etdikləri pasportların, şəxsiyyət vəsiqələrinin və digər sənədlərin skanerdən çıxmış nüsxələrini əldə etməyə imkan verib. İtaliyanın rəqəmsallaşdırılma üzrə dövlət agentliyi (Agid) bildirib ki, bu məlumatlar indi “darknet”də (kölgə internet) şifrələnmiş şəkildə 800-10 000 avro məbləğində qiymətlərlə satılır. Zərərçəkənlər arasında çox sayda xarici turist var, lakin hakimiyyət onların milliyyətini açıqlamır. Oğurlanmış məlumatlar, xüsusən də internet verifikasiyasından (internet yoxlanışı) yan keçmək və ya cinayət fəaliyyətini ört-basdır etmək üçün istifadə edilə bilər.

  • Еще одна турецкая авиакомпания запретила использование на борту пауэрбанков

    Турецкая авиакомпания AJet вслед за другими крупными зарубежными перевозчиками запретила использование на борту пауэрбанков.

    Как передает Median.Az, об этом сообщает телеканал TRT Haber.

    Уточняется, что такое решение было принято после соответствующей рекомендации Генерального управления гражданской авиации Турции (SHGM).

    Теперь в самолеты нельзя проносить в ручной клади портативные зарядные устройства с литиевыми батареями, а также электронные сигареты, запасные или внешние аккумуляторы.

    Аналогичные решения ранее приняли авиакомпании Turkish Airlines, Pegasus Airlines и др.

  • “Anadolu Jet”dən yeni qadağa

    Türkiyənin “Anadolu Jet” (AJet) aviaşirkəti digər iri xarici daşıyıcıların ardınca təyyarədə poverbanklardan istifadəni qadağan edib.

    Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

    Qərarın Türkiyə Mülki Aviasiya Baş İdarəsinin müvafiq tövsiyəsi əsasında qəbul edildiyi bildirilir.

    Artıq litium batareyaları olan portativ şarj cihazları, eləcə də elektron siqaretlər, ehtiyat və ya xarici batareyalar təyyarələrin salonunda əl yükü ilə aparıla bilməz.

    Oxşar qərarlar əvvəllər “Türk Hava Yolları” və “Pegasus”, eləcə də digər aviaşirkətlər tərəfindən verilib.