Month: August 2025

  • Pakistanda Müstəqillik Günündə atışma: Üç ölən və 60-a yaxın yaralanan var

    Pakistanın Kəraçi şəhərində ölkənin Müstəqillik Gününün qeyd edilməsinə həsr olunmuş tədbirdə atışma nəticəsində üç nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

    Bu barədə NDTV telekanalı məlumat yayıb.

    “Pakistanın Kəraçi şəhərində Müstəqillik Gününün qeyd edilməsi zamanı səhlənkarcasına havaya açılan atəş nəticəsində üç nəfər, o cümlədən ahıl yaşlı vətəndaş və səkkiz yaşlı qız həlak olub, 60-dan çox adam güllə yarası alıb”, – deyə materialda vurğulanıb.

    Qeyd olunub ki, Pakistanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb və yerli hakimiyyət vətəndaşları bayramı daha təhlükəsiz yollarla qeyd etməyə çağırıb.

  • QDİƏT rəsmisi Mehriban Əliyevaya təbrik məktubu göndərdi

    Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Sizi böyük sülh qələbəsi münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sülh bəyannaməsini imzalayaraq müstəqil Azərbaycanın tarixinə növbəti parlaq səhifə yazdı.

    Bu qələbənin kökündə dərin intellekt, düşünülmüş siyasət, uzaqgörənlik, incə diplomatiya və Azərbaycana olan məhəbbət dayanır. Hələ 2003-cü ildə İlham Əliyev Azərbaycanın Prezidenti seçiləndə demişdi ki, ölkəmizin bir qarış torpağı müzakirə predmeti ola bilməz. İllər göstərdi ki, Prezidentimiz verdiyi sözlərə hər zaman sadiq qalır və dünyada praqmatik lider kimi qəbul olunur.

    Azərbaycan və Ermənistan arasında sülh sadəcə iki ölkə üçün deyildir, bu sülh yaşadığımız böyük bölgəyə inkişaf gətirəcəkdir. Baxmayaraq ki, Azərbaycan dünyanın siyasi xəritəsində kiçik dövlətdir, aparılan uğurlu siyasət nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsində özünəməxsus yer tutur. Bu siyasətin həyata keçirilməsində sözsüz ki, Sizin böyük zəhmətiniz var. Sizin Azərbaycanın mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılmasında müstəsna xidmətləriniz var və bu gün də öz fəaliyyətinizi uğurla davam etdirirsiniz. Sizin fəaliyyətinizdə dərin intellekt, yüksək mədəniyyət və Azərbaycan xanımına məxsus olan incə duyğular özünü göstərməkdədir.

    Sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar, cansağlığı və ailə səadəti arzulayıram”.

  • QDİƏT-in Parlament Məclisinin baş katibi İlham Əliyevi təbrik etdi

    Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Sizi böyük sülh qələbəsi münasibətilə ürəkdən təbrik edirəm.

    Siz müstəqil Azərbaycanın tarixinə növbəti parlaq səhifə yazdınız. Bu sülh qələbəsinin kökündə Sizin dərin siyasətiniz, yüksək təhsiliniz və intellektiniz, incə diplomatiyanız, uzaqgörənliyiniz, Azərbaycana və onun mənəvi dəyərlərinə olan məhəbbətiniz dayanır.

    Hələ 2003-cü ildə Siz Azərbaycanın Prezidenti seçilərkən demişdiniz ki, Azərbaycanın bir qarış torpağı belə müzakirə predmeti ola bilməz. İllər göstərdi ki, Siz verdiyiniz sözlərə hər zaman sadiq qalırsınız və ona görə də bu gün dünyada praqmatik, öz sözünə sadiq qalan Lider kimi qəbul olunursunuz.

    Sizin rəhbərliyiniz altında Müzəffər Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində qalib gəldi və ölkəmizin ərazi bütövlüyü təmin olundu.

    Bu günlərdə Siz ABŞ-də sülh bəyannaməsini imzalayaraq 30 ildən çox davam edən münaqişəyə son qoydunuz. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda həyatlarını itirən oğul və qızlarımız qarşısında baş əyir.

    ABŞ-nin Prezidenti Donald Trampın sülh bəyannaməsinin imzalanması mərasimində Sizin haqqınızda dediyi xoş sözlər hər bir azərbaycanlı üçün böyük şərəfdir. Bu, Sizin uzun illər apardığınız siyasətə verilən yüksək qiymətdir.

    Sizin fəaliyyətiniz nəticəsində əldə olunan razılaşma sadəcə iki dövlət arasında sülhün təntənəsi deyil, bu, həm də regionumuz üçün böyük nailiyyətdir və bölgəyə inkişaf, firavanlıq gətirəcəkdir. Azərbaycan dünyanın siyasi xəritəsində kiçik dövlət olsa da, Sizin siyasətiniz nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsində xüsusi yerə malikdir. Siz həyata keçirdiyiniz siyasətlə dünyanın aparıcı siyasətçiləri sırasında özünəməxsus yer tutursunuz və hər bir azərbaycanlı bununla fəxr edir.

    Sizi bir daha böyük qələbə münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı və fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

  • В Билясуварском районе из-за аварии два села остались без газа

    Два села Билясуварского района остались без газа.

    Об этом сообщает Median.Az со ссылкой на производственное объединение “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Во время земляных работ, проводимых Управлением эксплуатации мелиоративных систем Билясуварского района в селе Юхары Джуралы, был поврежден газопровод в направлении сел Агалыкенд и Юхары Джуралы, питаемых от газораспределительной станции “Овчубара”.

    В результате была приостановлена подача голубого топлива в села Агалыкенд и Юхары Джуралы.

  • Biləsuvarda qəza iki kəndi qazsız qoydu

    Biləsuvar rayonunda iki kənd qazsız qalıb.

    Median.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilib ki, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnib.

    Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılıb.

  • Bakıdan Goranboya getdi, internetdə tanış olduğu məktəbli qıza təcavüz etdi, həbs olundu

    Goranboyda məktəbli qıza təcavüz edilib.

    Hadisə rayon ərazisindəki orta məktəbin yaxınlığında baş verib.

    Bakı şəhərində yaşayan 1996-cı il təvəllüdlü Orxan Aslanov (ad və soyad şərtidir) internetdə oyun oynayarkən Goranboy rayonunda yaşayan qızla tanış olub. O, qızla bir neçə gün danışandan sonra aralarında sevgi münasibətləri yaranıb və Orxan Goranboy rayonuna getmək istədiyini bildirib. Qız da Orxanın gəlməsinə etiraz etməyib və Orxan taksi ilə Bakıdan Goranboya yollanıb. Yeniyetmə qız Orxanı orta məktəbin arxasındakı yarımtikiliyə çağırıb və orada görüşüblər. Məlum olub ki, qız orta məktəbin 9-cu sinfində oxuyur və o, evlərindən hazırlığa getmək adı ilə çıxıb.

    Görüşdən sonra Orxan Bakıya qayıdıb və onlar telefonla danışmağa davam ediblər.

    Bir neçə gündən sonra Orxan qızı görmək üçün yenidən Goranboy rayonuna gedib və eyni yerdə görüşüblər. Həmin vaxt Orxan yeniyetmə qıza cinsi əlaqə təklif edib. Qız buna etiraz etsə də, Orxan onunla məcburi cinsi əlaqədə olub.

    Sonuncu görüş zamanı Orxan qızı Bakıya qaçırıb və nənəsinin evinə gətirib.

    Məsələdən xəbər tutan ailə bu barədə polisə məlumat verib.

    Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat zamanı onların yeri müəyyən edilib və Orxan saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

    Məhkəmə istintaqı zamanı məlum olub ki, yeniyetmə qız öz istəyi ilə qaçırılıb və o, Orxanla ailə qurmağa razıdır.

    Məhkəmənin hökmü ilə Orxan Aslanov iki il müddətinə azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Президент наградил Афаг Баширгызы орденом “Шараф”

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о награждении Афаг Башир гызы Сафаровой орденом “Шараф”.

    Как сообщает АЗЕРТАДЖ, согласно документу, она награждается за большие заслуги в развитии азербайджанской культуры.

  • İlham Əliyev Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM imzaladı

    Xalq artisti Afaq Bəşir qızı Səfərova “Şərəf” ordeni ilə təltif edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, A.Səfərova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

  • Prezident Özbəkistanla dörd sazişi TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev Özbəkistanla imzalanmış dörd sənədi təsdiqləyib.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sənədlər bunlardır:

    1. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”;

    2. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”;

    3. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”;

    4. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş”.

    Qeyd edək ki, hər dörd saziş 2025-ci il iyulun 2-də Bakı şəhərində imzalanıb.

  • İlham Əliyevdən XRİTDX ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəsmi emblemi haqqında Fərman imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Fərmanla “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri” təsdiq edilib.