Month: August 2025

  • Prezident Tovuzda yol təmirinə 1,5 milyon manat ayırdı

    Prezident İlham Əliyev Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax-Çeşməli-Mollalar-Məşədivəlilər-Həsənli-Abbasqulular-Papaqçılar-Güvəndik-Lazılar-Novosaratovka avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax-Çeşməli-Mollalar-Məşədivəlilər-Həsənli-Abbasqulular-Papaqçılar-Güvəndik-Lazılar-Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyonmanatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Paytaxtda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanıldılar

    Paytaxtda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb. Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

    Araşdırmalarla onların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Qəbələdə 11-ci sinif şagirdi cinayət törətdi – Anasına əxlaqsız deyən qonşusunu bıçaqladı

    Qəbələdə 11-ci sinif şagirdi qonşusunu bıçaqlayıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həmzəli kəndində baş verib.

    Kənd sakini, 2008-ci il təvəllüdlü Əbülfət Məmmədov (soyad şərtidir) kənd sakinlərindən məlumat alıb ki, qonşuları Zamiq adlı şəxs onun xəstəxanada işləyən anasının əxlaqsız olduğu barədə məlumat yayır. O, bu barədə bir neçə dəfə danışsa da, Zamiq heç kimə məlumat vermədiyini bildirib.

    Hadisədən bir neçə gün sonra Əbülfətin ailə üzvləri kənd ərazisindəki torpaq sahəsini satışa çıxarıb və sahəni almaq üçün hərbi geyimli müştəri onlara gəlib. Ailə ilə alıcı torpaq sahəsi barədə razılıq əldə edib və hərbçi evinə gedib. Məlum olub ki, məsələdən xəbər tutan Zamiq hərbçini izləyərək kəndin kənarında ona yaxınlaşıb və həmin torpağı almamağı məsləhət görüb. O hərbçiyə bildirib ki, həmin ailə əxlaqsızdır. Nəticədə hərbçi torpaq sahəsini almaqdan vaz keçib.

    Bu barədə məlumat alan Əbülfət yenidən Zamiqə zəng vuraraq, onu söhbətə çağırıb. Zamiq şəxsi avtomobili ilə Əbülfətin yanına gəlib, onu avtomobilinə mindirərək kəndin kənarına aparıb. Onlar həmin ərazidə yenidən mübahisə etməyə başlayıblar. Bu vaxt Əbülfət cibində gətirdiyi bıçaqla Zamiqə zərbə endirib. Zamiq avtomobilinə əyləşərək hadisə yerindən qaçıb və bu barədə polislərə məlumat verib. Polis əməkdaşları yaralını xəstəxanaya yerləşdirib və faktla bağlı cinayət işi başlanıb.

    Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə yeniyetməyə üç il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, məhkəmə onun yeniyetmə olduğunu və ilk cinayət törətdiyini nəzərə alaraq cəzasını şərti hesab edib.

  • Eyni obyektlər bir ildən sonra yenə bağlandı – Video

    Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus və fəaliyyətləri aşkar olunmuş nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən görülmüş müvafiq tədbirlərlə ciddi pozuntuların aşkar olunduğu və hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.

  • Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum oldu

    Ötən il Azərbaycanın sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı əvvəlki il iə müqayisədə 21.4% artaraq 9 milyon 544.9 min nəfər olub.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkə ərazisinə daxil olan Azərbaycan vətəndaşlarının sayı 2 milyon 138.3 min, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 626.7 min nəfər olub.

    Qeyd edək ki, hesabat dövründə ölkə ərazisini tərk edən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 158.9 min nəfər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı isə 2 milyon 621 min nəfər təşkil edib.

  • СМИ сообщили о скором старте разработки новой конституции Армении

    Специальный совет по созданию нового текста конституции Армении начнет активную работу в самое ближайшее время.

    Об этом пишет газета “Грапарак” со ссылкой на источники.

    “Совет в ближайшее время проведет активные заседания по написанию новой главного закона страны”, – отмечает издания, подчеркивая, что проект изменений будет представляться как ответ на запрос армянского общества.

  • KİV: “Tezliklə Ermənistanın yeni konstitusiyasının hazırlanmasına başlanılacaq”

    Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə ölkənin yeni konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək.

    Ermənistanın “Hraparak” qəzeti bu barədə məlumatlı mənbəyə istinadən məlumat yayıb.

    Nəşr iddia edir ki, Şura yeni konstitusiyasının hazırlanmasını cəmiyyətin tələbi kimi təqdim etməyə hazırlaşır.

    Məlumatda, həmçinin qeyd olunur ki, Vaşinqton razılaşmasından sonra Bakı bəyan edib ki, sazişin yekun variantını imzalamaq üçün Ermənistanın Baş naziri Nikol Paşinyana konstitusiyanın dəyişdirilməsi barədə göstəriş verib.

  • Antonio Koşta Azərbaycan Prezidentinə zəng edib

    Avqustun 14-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Antonio Koşta Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması və regional nəqliyyat dəhlizi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. Avropa İttifaqı Şurasının Prezidenti bu nəticələrin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından önəmini vurğulayıb. O, Avropa İttifaqının əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

    Təbriklərə görə minnətdarlığını ifadə edən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin məhz ölkəmiz olduğunu xatırladıb. Vaşinqtonda əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın önəminə toxunub.

    Telefon söhbəti zamanı bu ilin mayında Tiranada “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü, aparılmış müzakirələr məmnunluqla xatırlanıb.

    Dövlətimizin başçısı və Antonio Koşta Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Məhkəmə toy günü ölümlə nəticələnən qəza törədən bəylə bağlı qərar verdi

    Naxçıvan MR Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Rəsulovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, hadisə 21 sentyabr 2024-cü il tarixdə, saat 17:00-da Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Fərid Rəsulovun etibarnamə ilə idarə etdiyi “Ford Fusion” avtomobili hərəkətdə olarkən VAZ-2106 maşını ilə toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb. Həmçinin qəza zamanı Fərid Rəsulov və onun avtomobilindəki sərnişinlər – Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıblar.

    Cinayət materiallarında qeyd edilib ki, hadisə günü Fərid Rəsulovun toyu olacaqmış. O, həmin gün dostlarını Şərur rayonundakı “Anadolu” restoranından idarə etdiyi maşını ilə götürüb, şəhərə gəlini aparmağa gediblər. Sonra yolda qəza baş verib.

    Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin hökmü ilə Fərid Rəsulov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

  • Иран мстит водителям из Нахчывана из-за “Маршрута Трампа”: С нами обращаются как с животными – ФОТО

    Иран, выступая против трёхсторонней декларации, подписанной в Вашингтоне Азербайджаном, Арменией и США, усилил давление на водителей, перевозящих грузы из Нахчывана в Баку.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    По данным источника, водителей, въезжающих из Нахчывана в ИРИ, заставляют сутками ждать без еды и воды в пыльных пустынных районах, прежде чем пропустить их в Азербайджан.

    “Здесь нет ни еды, ни воды. Чтобы что-то купить, нужно пройти пешком километры. Даже туалета нет. С нами обращаются как с животными”, – рассказал один из водителей. Они также отметили, что иранские чиновники говорят им: “Не нравится – пользуйтесь “Маршрутом Трампа”.

    Напомним, что в декларации, подписанной 8 августа, предусмотрено создание “Маршрута Трампа” между основной частью Азербайджана и Нахчываном. Эта дорога, как ожидается, будет находиться под контролем США. Тегеран занял жёсткую позицию против этой инициативы.