Month: August 2025

  • Azərbaycanda qadın avtobus sürücülərinin hazırlanmasına BAŞLANILDI – FOTO

    İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni təlim proqramına start verib. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilir ki, təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edir. Əlilliyi olan şəxslərlə düzgün davranış qaydaları da xüsusilə aşılanır. Məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin edən, sərnişinlərlə düzgün və nəzakətli davranan, böhran vəziyyətlərdə peşəkarlıq nümayiş etdirən qadın sürücülər hazırlamaqdır.

    Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunurlar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edir. Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanırlar.

    Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından keçirlər. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.




  • На территории Азербайджана наблюдаются ливни с грозами – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на утро 13 августа на большей части территории страны наблюдаются ливни с грозами.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Количество выпавших осадков в Шеки (Кишчай) составило 17 мм, Загатале и Гахе (Сарыбаш) – 16 мм, Шахдаге – 9 мм, Балакене – 8 мм, Грызе – 7 мм, Хыналыге, Гедабее, Лерике, Габале, Губе, Тертере, Мингячевире, Бейлагане, Билясуваре, Имишли, Агдаме, Губадлы, Лачыне, Шуше, Ходжалы, Ханкенди, Физули, Сабирабаде, Джафархане, Нефтчале, Шамахы, Гобустане, Халтане, Гусаре, Огузе, Дашкесане, Товузе, Ордубаде, Шаруре, Джульфе, Нахчыване, Ярдымлы, Агстафе, а также в Баку и на Абшеронском полуострове – 3 мм.

    12 августа в Джульфе дул северо-западный ветер, максимальная скорость которого усиливалась до 21 м/с.

  • Ölkədə müşahidə edilən FAKTİKİ HAVA açıqlandı

    Ölkə ərazisində avqustun 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilir ki, düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 17, Zaqatala və Qaxda (Sarıbaş) 16 , Şahdağda 9, Balakəndə 8, Qrızda 7, Xınalıq, Gədəbəy, Lerik, Qəbələ, Quba, Tərtər, Mingəçevir, Beyləqan, Biləsuvar, İmişli, Ağdam, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Sabirabad, Cəfərxan, Neftçala, Şamaxı, Qobustan, Xaltan, Qusar, Oğuz, Daşkəsən, Tovuz, Ordubad, Şərur, Culfa, Naxçıvan, Yardımlı, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3 mm-dək qeydə alınıb.

    Avqustun 12-də Culfada şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənib.

  • Soyuducudan ərzaq götürmək istəyən qadını cərəyan vurub öldürdü

    Saatlı rayonunda 52 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə rayonun Qaranuru kəndində baş verib.

    Avqustun 13-də səhər saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Validə Abışova evindəki soyuducudan ərzaq götürmək istəyib. Qadın soyuducunun qapısını açarkən onu cərəyan vurub. Hadisə zamanı tək olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Qadın cərəyan vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • В Гусаре молодая женщина умерла спустя два дня после родов

    В Гусарском районе женщина скончалась после родов.

    Как сообщает Report, жительница села Пирал Гусарского района Ясемен Оспатова (1994 г.р.), доставленная в родильное отделение Гусарской центральной районной больницы, скончалась через два дня после проведения кесарева сечения.

    По словам родственников, после операции она впала в кому и вчера скончалась в медучреждении.

    Состояние новорожденной девочки оценивается как нормальное, у нее нет проблем со здоровьем.

    Отмечается, что это была вторая беременность Я.Оспатовой.

  • Qusarda ana doğuşdan sonra ölüb

    Qusar rayonunda ana doğuşdan sonra ölüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilən rayonun Piral kənd sakini, 1994-cü il təvəllüdlü Yasəmən Ospatova qeysəriyyə əməliyyatından iki gün sonra dünyasını dəyişib.

    Yaxınlarının bildirdiyinə görə, qeysəriyyə əməliyyatından sonra komaya düşən Y.Ospatova ötən gün xəstəxanada vəfat edib.

    Y.Ospatovanın dünyaya gətirdiyi qız uşağının vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

    Bu, onun ikinci hamiləliyi olub.

  • 27 min manata aldığı torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb

    Bakı şəhər sakini Yasəmən Şəmil qızı Abbasova Yeni Ramana qəsəbəsində 27 min manata aldığı torpaq sahəsinin sonradan kənd təsərrüfatı təyinatlı olduğunu öyrənib.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Y.Abbasovanın sözlərinə görə, 2021-ci ildən etibarən Amil və Anar adlı maklerlər ödənişi geri qaytaracaqları vədi ilə onu aldadırlar.

    Şikayətçi bildirib ki, artıq 4 ildən çoxdur pulunu geri ala bilmir:

    “2021-ci ilin yanvarında Yeni Ramana qəsəbəsi, sosial evlərin yanında mənə 27 000 manata 6 sot torpaq satıblar. Pulu Amil adlı maklerə vermişik. Qiyməti danışanda və torpağın yerini göstərəndə isə Anar adlı şəxs də orada olub. Bizə torpağın satılması ilə bağlı etibarnamə verdilər. O vaxt mən həmin ərazidə ev tikmək istəyirdim. Suraxanı Rayon İcra Hakimiyyətinə gedəndə isə bizə dedilər ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlıdır, bu torpaqda ev tikmək olmaz. O vaxtdan biz Anar və Amildən pulumuzu almağa çalışırıq, amma ödədiyimiz vəsaiti geri qaytarmırlar. Bildirirlər ki, torpaq satılandan sonra bizim ödənişi qaytaracaqlar. Bir ildən çoxdur ki, Yeni Ramanada olan əksər torpaqlar kimi, mənim aldığım ərazi də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hasarlanıb”.

    Yasəmən Abbasovanın ittiham etdiyi Amin Quliyev açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq gedir:

    “O torpaq kənd təsərrüfatı təyinatlıdır deyə, əvəzinə Türkan qəsəbəsində torpaq ayrılıb. Mən makler işləyirdim, Anar Hüseynovla birlikdə onun torpağını satmışıq. Sonra həmin torpaqlarda problem çıxıb deyə xanıma yenidən torpaq ayrılıb. Bu gün, ya sabah həmin torpağın sənədi götürülməlidir. Bizdə təkcə o xanım yox, təqribən 50 belə iş var. Ona görə bizim işimiz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. Anar Hüseynov mənə deyib ki, bu məsələ bir-iki günə həllini tapacaq. Ödənişin geri qaytarılması ilə bağlı isə heç bir məlumat yoxdur”.

    Amin Quliyevin barəsində bəhs etdiyi Anar Hüseynov əvvəlcə Amini tanıdığını bildirsə də, sonradan fikrini dəyişdi:

    “Amini tanıyıram, onu isə (şikayətçi Yasəmən Abbasovadan bəhs edir – red.) tanımıram. Mən makler deyiləm, idmanla məşğul oluram. Soyadım isə Hüseynov yox, Həsənovdur. Amin bəyi də tanımıram. Mənim korrupsiyada heç bir işim yoxdur”.

    Məlumat üçün bildirək ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Artıq iş üzrə ilkin araşdırma da başa çatıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

  • Rusiya miqrant uşaqlarla bağlı qanunu dəyişir

    Dövlət Duması məktəblərdə miqrant uşaqların sayının azaldılmasını təklif edib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Xəbərdə bildirilir ki, Dövlət Dumasının deputatları Aleksey Neçayev, Sardana Avksentyeva və Anna Skroznikova, eləcə də təhsil naziri Sergey Kravtsova bir sinifdə birdən çox miqrant uşağın təhsil almasını qanunvericiliklə qadağan etməyi təklif ediblər.

    Müraciətdə qeyd olunur ki, 500-dən çox məktəbdə miqrant uşaqların sayı 10 faizi ötür. Parlamentarilərin fikrincə, bu tədris prosesinin səmərəliliyinə təsir edir.

    “Buna görə də, bir sinifdə birdən çox miqrant uşağının qəbulunu qadağan edən normanın qanunvericiliklə təsbit edilməsini zəruri hesab edirik”, – deyə sənəddə qeyd olunur.

  • Payızda ət yenidən bahalaşacaq?

    Son bir neçə ayda Azərbaycanda ətin qiymətində davamlı artım müşahidə olunur. Ekspertlər bu artımı müxtəlif səbəblərlə əlaqələndirir. Onlar bunu həm də dünyada ətin qiymətində baş verən dəyişikliklə də əsaslandırırlar.

    Rusiyada mal və qoyun ətinin qiyməti yenidən bahalaşıb. Nəzərə alsaq ki, Rusiya bazarı bizə ət idxal edən Qazaxıstan və Qırğızıstan kimi ölkələr üçün maraqlı ola bilər. Bu da bizə idxal edilən ətin azalmasına səbəb ola bilər.

    Bəs payız aylarında Azərbaycan ət bazarını nə gözləyir?

    Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, ölkə daxilində ətin bahalaşması payızda da davam edəcək və bunun da bir neçə səbəbi var:

    “Azərbaycanın ət bazarında bahalaşmanın əsas səbəbi ət istehsalının azlığıdır. Bunun da aradan qaldırılması üçün hələlik heç bir tədbir görülmür. Ona görə də biz müsbətə doğru hansısa bir dəyişiklik gözləmirik. Gözlənti həmişə hansısa bir prosesdən olur. Bu istiqamətdə də hələ bir iş görülmür. Ölkə daxilində ətin bahalaşması payızda da davam edəcək. İdxala gəlincə, Azərbaycana ət idxal edən ölkədə bahalaşma olacaqsa, bizdə də qiymətlərə təsir edəcək”.

    Akif Nəsirli idxal yolu ilə ətin qiymətinin normallaşmasına ümid bəsləməyin çətin olduğunu vurğulayıb:

    “Çünki idxal prosesi də monopoliyalaşdırılıb. Məsələn, Monqolustan ətinin ölkəyə idxalı 5 manatdır, amma ən yaxşı halda bu ət bazarda 12 manata satılır. Əgər məhsul Monqolustandan Azərbaycana qədər 5 manata gəlirsə, gömrükdən bazara daxil olana qədər niyə 7-10 manat bahalaşır? Bu, gömrük rüsumlarından və inhisarçılıqdan qaynaqlanır. Ona görə də Azərbaycanda yalnız idxal hesabına ətin və ya digər məhsulların qiymətini sabit saxlamaq mümkün deyil. Ölkə daxilində qiymətlər artdıqca, idxal məhsullarının qiymətlərinə də təsir göstərəcək. Sadəcə olaraq, daxildə istehsal olunan ət idxal edilən ətdən 1-2 manat ucuz olacaq”.

  • Naxçıvandan Bakıya gələn yük maşını İranda aşdı, mineral sular yola dağıldı

    Naxçıvandan Bakıya gələn yük maşını İranda qəzaya uğrayıb.

    “Report”un yerli bürosunun məlumatına görə, mineral sularla yüklü olan avtomobil magistral yolda idarəetmədən çıxaraq aşıb.

    Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mineral sular yola dağılıb.