Month: August 2025

  • Mağazalara görə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı (SİYAHI)

    Bu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşlarının xarici ölkələrə mağazalara baş çəkmək məqsədi ilə etdikləri səfərlərin bölgüsü məlum olub.

    Valyuta.az xəbər verir ki, 2025-ci ilin ilk yarısında ümumilikdə 19 min 85 nəfər alış-veriş turizmi üçün xaricə üz tutub.

    Ən çox səfər qonşu Türkiyəyə edilib. Belə ki, 11 min 697 nəfər məhz mağazalara baş çəkmək məqsədilə bu ölkəyə yollanıb.

    Siyahıda ikinci pillədə Rusiya Federasiyası qərarlaşıb. Yanvar-iyun aylarında bu istiqamət üzrə 4 min 676 nəfər qeyd alınıb.

    Üçüncü yeri isə qonşu Gürcüstan tutur – 1 min 816 nəfər bu məqsədlə sözügedən ölkəyə səfər edib.

    Bundan başqa, ilk 6 ayda Birləşmiş Ərəb Əmirliklərinə mağazalara baş çəkmək məqsədilə 457, İrana 90, Qazaxıstana 79, İsrailə 76, Səudiyyə Ərəbistanına 72, Çinə 50, Almaniyaya 37, Türkmənistana 16 və Misirə isə 11 səfər həyata keçirilib.

  • Azərbaycan DİN MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina etdi

    Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan Respublikasının daxili işlər naziri iştirak etməyib.

    Məlumata görə, Azərbaycan DİN şuranın iclasında iştirakdan imtina edib.

    Rusiya mediasının yaydığı məlumatlara görə, Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin sədrliyi ilə keçirilən iclasda ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Böyük Vətən Müharibəsində Böyük Qələbənin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak ediblər.

  • Laçında müğənni qətlə yetirilib, qardaşı şübhəli bilinir

    Laçın rayonunda qətl hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə rayonun Fingə kəndi ərazisində qeydə alınıb.

    Belə ki, el arasında müğənni kimi tanınan Səfər Quliyev ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

    Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb.

  • США перебросили стратегические бомбардировщики к границе с Россией

    Три стратегических бомбардировщика B-1B Lancer ВВС США прибыли на норвежскую авиабазу Эрланн, которая находится у границы с Россией.

    Как передает Median.Az, об этом сообщило Объединенное авиационное командование (AIRCOM) НАТО на своем сайте.

    Самолеты вылетели с американской авиабазы Дайс (штат Техас) для участия в развертывании оперативной группы бомбардировщиков в Европе. B-1B сопровождали истребители EF/A-18M “Хорнет” ВВС Испании, базирующиеся на авиабазе Кефлавик в Исландии.

    Согласно информации, во время своего пребывания в Норвегии американские бомбардировщики выполнят ряд миссий под руководством союзников совместно с норвежскими истребителями F-35 и другими самолетами НАТО, отрабатывая действия в условиях повышенной опасности и совершенствуя навыки поиска, определения, сопровождения и целеуказания.

    Экипажи также проведут тренировки по противодействию воздушным и наземным угрозам, направленным на ограничение свободы маневра, что повысит готовность альянса к обеспечению превосходства в воздухе, заявили в AIRCOM.

    Авиабаза Эрланн является местом проведения учений НАТО в полярном регионе.

  • ABŞ Rusiya sərhədinə strateji bombardmançılarını göndərib

    ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Norveçdəki Orland aviabazasına çatıb.

    Bu barədə NATO-nun Müttəfiq Hava Qüvvələri Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.

    Təyyarələr ABŞ-nin Texas ştatındakı Dyess Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.

    Norveçdə olarkən ABŞ bombardmançıları Norveç “F-35″ləri və NATO-nun digər təyyarələri ilə yanaşı, yüksək təhlükə mühitində təcrübə keçəcək, axtarış, identifikasiya, izləmə və hədəfləmə bacarıqlarını təkmilləşdirəcək, müttəfiqlərin rəhbərlik etdiyi bir sıra missiyalarda iştirak edəcəklər.

  • В Шеки удар молнии спровоцировал пожар в горной местности

    В Шекинском районе в результате удара молнии вспыхнул пожар в горной местности.

    Возгорание зафиксировано на территории села Гозлубулаг.

    На место происшествия направлены техника и живая сила Шекинской районной части Государственной службы пожарной охраны.

    В настоящее время продолжаются работы по тушению огня.

  • Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub

    Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub.

    Yanğın rayonun Qozlubulaq kəndi ərazisində qeydə alınıb.

    Yanğının söndürülməsi üçün Şəki Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

  • “Qarabağ” “Şkendiya”nın qapısından beşinci qolu keçirdi

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.

    Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb – 5:1

    59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb.

  • Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var

    Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var.

    Median.Az apa-ya istinadən xəbər verir ki, zəncirvari qəza Fatmayı-Novxanı avtomobil yolunda baş verib.

    Belə ki, “İsizu”, “Mercedes” və “KİA” markalı nəqliyyat vasitələri toqquşub.

    Qəza nəticəsində “Mercedes”in sürücüsü Nigar Abdullayeva və maşında olan iki sərnişin xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda azyaşlı qızın öldürülməsi ilə bağlı dəhşətli FAKTLAR

    22 il əvvəl Bakıda azyaşlıya qarşı zorakılıq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib. Yerində müşavirə keçirən hakimlər vəsatətin əsassız olduğunu bildirərək təmin etməyiblər. Daha sonra dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.

    İttihama görə, Alidə Qadaşova İsmayıl Quliyevin bacısı ilə birlikdə işləyib. Onlar 2002-ci ildə görüşüblər. İsmayıl Alidəyə görə bacısının ailəsində problem yarandığını və ondan qisas alacağını bildirib. Bundan bir müddət sonra Alidənin evindən onun 12 yaşlı qızının meyiti aşkar olunub.

    Hakim elan olunmuş ittihama görə, təqsirləndirilənlərin təsirinin sübuta yetiriləcəyi təqdirdə 15 ildən 20 ilədək azadlıqdan məhrum edilə biləcəklərini xatırladıb. Lakin İsmayıl Quliyev və Alidə Qadaşova özlərini təqsirli bilməyiblər. İsmayıl Quliyev məhkəmənin hazırkı mərhələsində ifadə verməkdən imtina etsə də, Alidə Qadaşova sərbəst ifadəsi zamanı vurğulayıb ki, hadisə vaxtı o işdə olub. Həmin ərəfələrdə həyətlərində dəfələrlə naməlum şəxsləri gördüyünü deyib. O buna əhəmiyyət verməyib. Alidə Qadaşovanın ifadəsinə görə, hadisə baş verən gün azyaşlı qızı evdə tək olub. Ana bildirib ki, işdən evə gələrkən qızının yarıçılpaq vəziyyətdə olan meyitini aşkar edib. O bu məsələnin İsmayıl Quliyevlə ümumiyyətlə heç bir əlaqəsinin olmadığını, onu usta kimi tanıdığını bildirib.

    Növbəti proses sentyabrın 9-na təyin edilib.

    Qeyd edək ki, sözügedən cinayət 2002-ci ilin aprelin 9-da Bakının Hövsan qəsəbəsində baş verib. Qəsəbənin Sahil küçəsi, 20B ünvanında yaşayan, həyat yoldaşı həbsdə olan Alidə Qadaşovanın mənzilində 12 yaşlı qızı Nübar Qadaşovanın meyiti aşkar olunub. İstintaq hərəkətlərindən məlum olub ki, azyaşlı cinsi istismara məruz qalmaqla yanaşı, işgəncə ilə öldürülüb. Onun başına çəkic xəsarətləri yetirilib və bədəninə bıçaq zərbələri endirilib. Baş verən cinayətlə bağlı 22 il sonra yəni 2024-cü ildə azyaşlının anası Alidə Qadaşova və qəsəbənin digər sakini İsmayıl Quliyev şübhəli şəxs qismində saxlanılaraq barələrində Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az