Month: August 2025

  • В Гёйгёле психически больная женщина выпила уксусную эссенцию

    В Гёйгёльском районе произошел инцидент с участием женщины, состоящей на учете у психиатра.

    Как сообщает Oxu.Az, случай зафиксирован в поселке Муровдаг.

    Согласно информации, местная жительница Я.Амирова (1979 г.р.), находясь в неадекватном состоянии, выпила у себя дома уксусную эссенцию.

    Пострадавшую срочно госпитализировали. По данным источника, женщина состоит на учете как психически больная.

    По данному факту проводится расследование.

  • Göygöldə ruhi xəstə qadın sirkə turşusu içdi

    Göygöl rayonunda Ruhi xəstə qadın sirkə turşusu içib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində qeydə alınıb.

    Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Y.Əmirova evdə anlamsız vəziyyətdə sirkə turşusu içib. O, təcili xəstəxanaya çatdırılıb.

    Məlumata görə, qadın ruhi əsəb xəstəsi kimi qeydiyyatdadır.

    Faktla bağlı araşdırma aparılır.

  • “Asma körpü” istirahət mərkəzinin fəaliyyəti dayandırıldı – Video

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli istirahət mərkəzinin fəaliyyətini dayandırıb.

    FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;

    – obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

    – obyektin mətbəxində sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

    – elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqillərinin izolyasiyasının gərginliyinə qarşı müqavimətinin yoxlanılması barədə akt tərtib edilməyib;

    – obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

    – taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

    – obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

    – obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Asma körpü” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

  • Kərbəlada yüzlərlə insan xlor qazından zəhərləndi

    İraqın Kərbəla əyalətində xlor qazının sızması nəticəsində 621 nəfər zəhərlənib.

    Bununla bağlı İraq Səhiyyə Nazirliyi məlumat yayıb.

    Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Səhiyyə Nazirliyi zərərçəkənlərin əksəriyyətinin vəziyyətinin yüngül və orta ağır olduğunu bildirib.//unikal.az

  • Xalq artistinin qızı vəfat etdi – VİDEO

    Gəncədə uzun illər mədəni-maarif sahəsində çalışmış Arzu Həmzəyeva dünyasını dəyişib.

    Median.Az Gencexeber.az-a istinadən xəbər verir ki, Arzu Həmzəyeva bu gecə saat 01:30 radələrində Gəncə şəhərində vəfat edib. Mərhum bu gün Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub.

    Qeyd edək ki, Arzu Həmzəyeva 1972-ci ildə ailə quraraq Gəncəyə köçüb. Mərhum 1985-ci ildə Uşaq Yaradıcılıq Mərkəzində dram müəllimi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1996-cı ildən etibarən həmin mərkəzin müdiri vəzifəsində çalışıb. 1997-ci ildən isə Xanlar (indiki Göygöl) rayonunun Qızılca kəndində yerləşən əlillər evinə rəhbərlik edib. O, Yeni Azərbaycan Partiyasının (YAP) qadınlar şurasının yerli təşkilatının sədri kimi fəaliyyət də göstərib.

    Qeyd edək ki, A.Həmzəyeva Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan SSR Xalq artisti (1967), “Şöhrət” ordenli (2000), Prezidentin fəxri təqaüdçüsü (1995) Zəroş Həmzəyevanın (Əliyeva) qızıdır.

  • “Sərhədlərimiz təhlükədə deyil” – İrandan Zəngəzurla bağlı açıqlama

    İran Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi ilə bağlı razılaşmaya münasibət bildirib.

    İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.

    Onun sözlərinə görə, “Zəngəzur dəhlizi kimi tanınan bu bölgə İran-Ermənistan sərhəd xəttinin yalnız kiçik bir hissəsidir”.

    “İran üçün bölgədə sabitliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması və mövcud suverenliklərin pozulmaması əsas prioritetlər sırasındadır. Xarici aktorların bölgəyə müdaxiləsi bizi narahat edir və bu prosesləri çox yaxından izləyirik”, – deyə, sözçü vurğulayıb.

    İran Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı diplomatik şərh verdiyini açıqlayan Mühacirani qeyd edib ki, “Ölkə mediası məsələni şişirdərək elə təqdim edir ki, sanki İran bütün şimal sərhədini itirib. Əslində isə bu, bizim üçün ciddi sərhəd itkisi anlamına gəlmir”.
    //unikal.az

  • “Mançester Yunayted” “Bavariya”nın müdafiəçisi ilə maraqlanır

    İngiltərənin “Mançester Yunayted” kollektivi Almaniya təmsilçisi “Bavariya”nın müdafiəçisi Dayo Upamekano ilə maraqlanır.

    26 yaşlı futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacağı üçün məşqçilər korpusu onu satmağı planlaşdırır.

    Satış prosesi baş tutmazsa, Bundesliqa komandası fransalı oyunçunun sözləşməsinin müddətini uzatmaq variantını nəzərdən keçirəcək.

    D.Upamenkonun özü də “Mançester Yunayted”ə transfer olmağa müsbət yanaşır.

    Qeyd edək ki, futbolçu 2021-ci ildən “Bavariya”da çıxış edir.
    //report

  • Среднемесячная зарплата в Азербайджане выросла более чем на 9%

    Среднемесячная номинальная заработная плата наемных работников в экономике Азербайджана в первом полугодии составила 1 097 манатов, что на 9,4% больше по сравнению с аналогичным периодом прошлого года.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный комитет статистики.

    По состоянию на 1 июля этого года численность наемных работников в экономике страны составила 1 млн 770,8 тыс. человек, из которых 864,2 тыс. человек работали в государственном секторе экономики, а 906,6 тыс. человек – в негосударственном секторе.

    18,8% наемных работников были заняты в торговле; ремонте транспортных средств, 18,3% – в образовании, 13,8% – в промышленности, 8,5% – в здравоохранении и оказании социальных услуг населению, 6,7% – в строительстве, 6,3% – в государственном управлении и обороне; социальном обеспечении, 4,2% – в транспорте и складском хозяйстве, 3,9% – в профессиональной, научной и технической деятельности, 2,4% – в сельском хозяйстве, лесном хозяйстве и рыболовстве, 2,3% – в финансовой и страховой деятельности, а 14,8% – в других сферах экономики.

  • Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

    Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,4 % artaraq 1 097 manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Bu il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770,8 min nəfər olub, onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,8 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

  • AYNA: “Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 44, Mazımqara gömrük postunda 8, Samur gömrük postunda 85 yük maşını var.

    Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 35-dir.

    Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

    AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.