Month: August 2025

  • Şahbuzda elektrik enerjisinin verilişində fasilə olacaq

    Bu gün Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.

    35 kilovoltluq “Şahbuz” hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gün saat 16:00-dan 17:00-dək Şahbuz rayonunda və onun dağlıq kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Təmir işləri başa çatdıqdan sonra abonentlər yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Azərbaycanda külli miqdarda spirtli içki marketlərdən YIĞIŞDIRILDI – SƏBƏB

    2025-ci ilin iyul – avqust aylarında Dövlət Vergi Xidmətinin (DVX) müxtəlif sahibkarlıq subyektlərində keçirdiyi əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq dövriyyədən çıxarılıb.

    Bu barədə DVX məlumat yayıb.

    Bildirilib ki, yoxlamalar Bakı şəhəri, Abşeron, Qusar və Göyçay rayonlarında keçirilib.

    Nəticədə Binəqədi rayonunda Hüseyn Allahverdi oğlu Tanrıverdiyevə məxsus satış obyektində 840 ədəd, Xırdalan şəhərində Asif Vasil oğlu Bağırova məxsus satış obyekti və anbarında 1 491 ədəd, Mehdiabad qəsəbəsində Kamran Mair oğlu Osmanovun və Orxan Valeh oğlu Rəsulovun satış obyektlərində müvafiq olaraq 383 və 169 ədəd, Qusar rayonunda “P1ONEER” MMC-yə aid anbarda və Fətulla Abdulla oğlu Aydınova məxsus satış obyektində müvafiq olaraq 3 012 və 608 ədəd, Göyçay rayonunda isə Elvin Əlövsət oğlu Məmmədova məxsus satış obyektində 49 ədəd olmaqla ümumilikdə 6 552 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq götürülüb.

    Bundan başqa, paytaxtın Maştağa qəsəbəsində İsrafil Əvəz oğlu Rəhimov və Elgün Əlixan oğlu Məmişovun kustar üsulla alkoqollu içki istehsalı ilə məşğul olduqları və həmin məhsullara saxta aksiz markaları tətbiq etdikləri aşkarlanıb. Keçirilmiş əməliyyat tədbiri zamanı 12 700 ədəd saxta aksiz markası, saxta aksiz markaları ilə markalanmış 2 604 ədəd alkoqollu içki, həmçinin alkoqollu içki istehsalı prosesində istifadə olunan avadanlıq, xammal və digər mallar aşkar edilərək götürülüb.

    Aksiz markalarının tətbiqi bu sahədə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə fiskal nəzarətin təmin edilməsi ilə yanaşı, həm də ictimai sağlamlığın qorunması, mənşəyi məlum olmayan, keyfiyyətsiz və insan həyatı üçün təhlükə yaradan məhsulların istehlak bazarından çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

    Qeyd olunan hüquqpozmaların qarşısının alınması məqsədilə genişmiqyaslı vergi nəzarəti tədbirləri bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək və qanunsuz fəaliyyət göstərən şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri tədbirləri görüləcək.

  • Polis çətin relyef şəraitində əməliyyat keçirdi, 2 nəfər saxlanıldı

    Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı 43 yaşlı İqbal Sahratov və əvvəllər məhkum olunmuş 38 yaşlı Dadaş Kazımov saxlanılıblar.

    DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

    Araşdırmalarla onların narkotik vasitələri maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdikləri müəyyən edilib.

    Saxlanılan şəxslər ifşa olunmamaq üçün narkotikləri Yardımlı rayonunda yerləşən çətin relyef şəraiti olan ərazilərdən keçirərək paytaxta göndərməyi planlaşdırıblar.

    Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Bakı metrosunda aylıq gediş kartları tətbiq oluna bilər

    “Dünyanın müxtəlif metro şəbəkələrində məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun ödəniş edirlər”.

    Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

    O qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır.

    “Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi imkanları müzakirə mövzusudur. Aylıq, birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Bu istiqamətdə daim müzakirələr aparılır”.

  • Lisey və gimnaziyalara II mərhələ üzrə qəbulun nəticələri AÇIQLANDI

    2025-2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri açıqlanıb.

    Nəticələr şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib. Şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platforması üzərindən “İmtahanlar” bölməsindən tanış ola bilərlər. Qəbul olan şagirdlər üçün sorğular mərhələli şəkildə yaradılır. Hər bir şagird şəxsi kabinetində “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.

    Qəbul olan şagirdlərin sənədlərinin (şəxsi işlərinin) 2 sentyabr saat 16:00-dək qəbul olduqları təhsil müəssisəsinə təqdim edilməsi tələb olunur. Bu gündən başlayaraq qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək. Əlavə sual yaranarsa, “146-2” ilə əlaqə saxlaya bilərsiniz.

    Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.

    Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış ola bilərsiniz:
    LGQ _ II tur _ minimum ballar

  • В Генпрокуратуре созданы новые отделы: назначены руководители

    В Генеральной прокуратуре Азербайджана произведены структурные изменения.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, впервые в составе Управления криминалистики и информационных технологий созданы отделы кибербезопасности и информационных технологий.

    Приказами генерального прокурора Кямрана Алиева начальником отдела кибербезопасности назначен Айдын Вердиев, а начальником отдела информационных технологий – Акиф Мамедъяров.

    Отметим, что ранее учрежденный отдел криминалистики также продолжает свою деятельность в составе управления.

  • Baş Prokurorluqda yeni şöbələr yaradıldı: Rəislər təyin olundular

    Baş Prokurorluqda struktur dəyişikliyi aparılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin tərkibində ilk dəfə Kibertəhlükəsizlik və İnformasiya texnologiyaları şöbələri yaradılıb.

    Baş prokuror Kamran Əliyevin əmri ilə Aydın Verdiyev Kibertəhlükəsizlik şöbəsinin, Akif Məmmədyarov isə İnformasiya texnologiyaları şöbəsinin rəisi təyin edilib.

    Qeyd edək ki, idarədə daha əvvəl təsis olunmuş Kriminalistika şöbəsi də fəaliyyətini davam etdirir.

  • Tailandın baş naziri vəzifəsindən kənarlaşdırıldı

    Tailandın Konstitusiya Məhkəməsi baş nazir Pxetxonqtxan Çinavatı vəzifəsindən kənarlaşdırıb.

    Bu barədə “Thai PBS” telekanalı məlumat verib.

    Məlumata görə, Çinavatın Kambocanın keçmiş hökumət rəhbəri Xun Senlə telefon danışığının sızması ilə bağlı işə baxıldıqdan sonra bu qərara gəlinib.

    Hakimlər Pxetxonqtxan Çinavatı etik normaların pozulmasında təqsirli bilib.

  • В TƏBİB раскрыли обстоятельства смерти 4-летней девочки, выпавшей из здания ASAN xidmət (Обновлено)

    В Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) раскрыли обстоятельства смерти ребенка, выпавшего со второго этажа здания ASAN xidmət в Шеки.

    Как сообщили в ответ на запрос Oxu.Az в TƏBİB, 29 августа в 10:30 девочка 2021 года рождения была доставлена членами семьи в отделение скорой медицинской помощи Шекинской центральной районной больницы.

    “Медицинская бригада незамедлительно провела обследование и констатировала биологическую смерть. Тело было передано в Шекинское районное отделение Объединения судебно-медицинской экспертизы и патологической анатомии для проведения вскрытия и установления точной причины смерти”, – говорится в официальной информации.

    * * * * *

    В шекинском центре ASAN xidmət произошел трагический инцидент.

    Как сообщает Median.Az со ссылкой на lent.az, сегодня утром четырёхлетняя Мелек Ниджат гызы Хабибова выпала со второго этажа здания ASAN xidmət.

    Малышка была немедленно доставлена в Шекинскую центральную районную больницу. Однако несмотря на усилия врачей, спасти её жизнь не удалось.

    По данному факту ведется расследование.

  • Şəki “ASAN Xidmət”də FACİƏ: Dörd yaşlı qız yıxılıb öldü (Yenilənib)

    Şəkidəki “ASAN Xidmət”də yıxılan uşağın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

    Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 29-u saat 10:30-da 2021-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) ailə üzvləri tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Həkim briqadası tərəfindən dərhal müayinə aparılıb və bioloji ölüm halı təsdiqlənib.

    Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Şəki “ASAN Xidmət”də uşaq yıxılıb ölüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında dörd yaşlı Mələk Nicat qızı Həbibova Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

    Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.