Month: August 2025

  • Şabranda əkin sahəsini yandıran şəxs 400 manat cərimələnib

    Şabranda əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub.

    Avqustun 28-də saat 12 radələrində Şabran şəhəri ərazisində Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və kol-kos yanıb.

    Polis əməkdaşları tərəfindən həmin ərazinin yandırılmasına görə rayon sakini Şakir Kamilov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülməklə, 400 manat məbləğində cərimələnib.

  • Сегодня день рождения Национального героя Чингиза Мустафаева

    Сегодня день рождения Национального героя Азербайджана, телерепортера Чингиза Мустафаева.

    Чингиз Мустафаев родился 29 августа 1960 года в Астраханской области России.

    В 1964 году он вместе с семьей переехал в Баку. В 1983 году окончил Азербайджанский медицинский университет.

    С началом боевых действий в Карабахе Ч.Мустафаев полностью посвятил себя военной журналистике. В 1991 году он начал работать репортером на Азербайджанском государственном телевидении. Его репортажи, раскрывающие всю правду о находящемся в ту пору в информационной блокаде Азербайджане, транслировались ведущими западными агентствами и телеканалами.

    Из-за существовавшей на гостелевидении цензуры Ч.Мустафаев создал студию “215 КЛ”, привнеся нечто новое в азербайджанское телевизионное пространство. Журналист превратился в любимца публики благодаря своим передачам “215 КЛ представляет”, “Никто не будет забыт”, “Лицом к лицу”.

    Несмотря на реальную угрозу для собственной жизни, он снял на видеопленку последствия Ходжалинского геноцида, учиненного армянами в ночь с 25 на 26 февраля 1992 года.

    15 июня 1992 года во время ожесточенных боев в Карабахе Ч.Мустафаев был смертельно ранен осколком мины при попытке запечатлеть наступление азербайджанской армии. Камера репортера в тот момент продолжала снимать.

    Похоронен на Аллее шехидов в Баку.

    В 1993 году Чингизу Мустафаеву было посмертно присвоено звание Национального героя Азербайджана.

  • Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

    O, 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.

    1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.

    Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib.

    Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi “215 kl studiyası”nı yaratmağa təşviq edib.

  • Установлена личность поджигателя в Шамахинском районе

    Сотрудники полиции установили личность устроившего пожар на территории села Мелхем Шамахинского района.

    Как сообщает Median.Az со ссылкой на региональную группу пресс-службы Министерства внутренних дел Азербайджана, в совершении вышеупомянутого преступного деяния подозревается 38-летний житель района Кенан Селимов.

    В результате инцидента сгорел 1 гектар сухой травы.

    В отношении подозреваемого приняты меры в соответствии с законодательством.

  • Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

    Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 38 yaşlı Kənan Səlimov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində bir hektar quru ot sahəsi yanıb.

    Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

  • Rusiya Kiyevə raket zərbələri endirib: 23 nəfər həyatını itirib

    Rusiya ordusunun avqustun 28-də Kiyevə endirdiyi zərbələr nəticəsində 23 nəfər həyatını itirib.

    Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat paylaşıb.

    Qeyd olunur ki, Rusiya Ukrayna paytaxtına hücum zamanı “Shahed” dronlarından və aeroballistik raketlərindən istifadə edib.

  • Rəşad Dağlının həbsdən görüntüləri yayıldı – Video

    Üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayılıb.

    Meyxanaçının yaxınları ilə görüntülü telefon danışığı sosial şəbəkələrlə paylaşılıb.

    Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

    Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən (Cəzaların İcrası Məcəlləsi 84.1) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər.
    //qafqazinfo

  • Erməni xanım konsul Azərbaycana casusluq ittihamı ilə saxlanıldı

    Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Ermənistana qayıtdıqdan sonra “Zvarnots” hava limanında saxlanılıb.

    APA xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

    Nəşr xanım konsulun Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanıldığını yazır.

    Onun üzərində bir neçə sənəd aşkarlanıb, bundan sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb, kompüterlər, sənədlər yoxlanılıb.

    Hadisənin bir neçə ay əvvəl baş verdiyi, lakin böyük qalmaqala səbəb ola bilər deyə, konsulun həbsinin gizli saxlanmasına qərar verildiyi bildirilir.

  • Polisdən toy karvanları ilə bağlı – Müraciət

    Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı müraciət edib.

    Müraciətdə deyilir:
    “Toy insan həyatının ən sevincli və unudulmaz günlərindən biridir. Baş Dövlət Yol Polisi İdarəsi də bu münasibətlə bütün ailə quranlarq xoşbəxtlik və rifah arzulayır.
    Lakin müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi risklər yaradırlar. Sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur.
    Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy karvanlarında:
    – nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,
    – yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,
    – ara məsafəsinin gözlənilməsi,
    – optimal sürət rejiminin seçilməsi,
    – içkili halda sükan arxasına keçilməməsi toyun xoşbəxt sonluğu üçün vacib şərtlərdir.
    Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir.
    Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırır”.

  • Kolleclərin boş qalan yerlərinə qəbul elan edildi

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
    Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
    Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
    Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2025-ci il avqustun 29-dan sentyabrın 3-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən “Abituri­yentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.
    İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
    Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
    Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  https://shorturl.at/B4g0M
    Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal