Month: August 2025

  • AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı vasitəsilə 419 271 bilet əldə edilib.

    Bu barədə Median.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

    Ötən ilin 7 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17,5 % idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,4 %-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

    “Biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 330 reys olmaqla 376 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

    Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

    Xatırladaq ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

  • Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
    Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.
    Tərəflər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

  • Ученый объяснил тайну Бермудского треугольника

    Австралийский исследователь Карл Крушельницкий заявил, что нашел объяснение феномену Бермудского треугольника.

    Об этом сообщает журнал Popular Mechanics.

    По мнению Крушельницкого, в исчезновениях кораблей и самолетов в этом регионе нет ничего загадочного. По его расчетам, доля пропавших судов и самолетов в Бермудском треугольнике не отличается от среднестатистических показателей для других районов мирового океана.

    Ученый не отрицает, что крушения самолетов и кораблекрушения происходят в Бермудском треугольнике регулярно. Однако, по его мнению, большое число инцидентов обусловлено высокой интенсивностью движения в этой зоне, которая, к тому же, считается сложной для судоходства и авиации.

  • Alim Bermud üçbucağının sirrini açıqlayıb

    Avstraliyalı tədqiqatçı Karl Kruşelnitski Bermud üçbucağı fenomeninin izahını tapdığını bildirib.

    Bu barədə “Popular Mechanics” jurnalı məlumat yayıb.

    Kruşelnitskinin sözlərinə görə, bu regionda gəmi və təyyarələrin yoxa çıxmasında müəmmalı heç nə yoxdur. Onun hesablamalarına görə, Bermud üçbucağında itmiş gəmi və təyyarələrin payı dünya okeanının digər əraziləri üzrə orta göstəricidən fərqlənmir.

    Alim Bermud üçbucağında mütəmadi olaraq təyyarə qəzaları və gəmi qəzalarının baş verdiyini inkar etmir. Lakin onun fikrincə, insidentlərin çoxluğu gəmiçilik və aviasiya üçün də çətin hesab edilən bu ərazidə nəqliyyatın intensivliyinin yüksək olması ilə bağlıdır.

  • Çempionlar Liqası: “Qarabağ” – “Şkendiya” oyununa 25 min bilet satılıb

    UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb.

    Ağdam klubundan “Report”a verilən məlumata görə, qarşılaşmaya 25 min bilet satılıb.

    Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

    VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

    Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 1:0.

  • В Ираке возникла острая нехватка воды

    Ирак столкнулся с острой нехваткой воды на фоне сильной засухи и снижения притока воды из соседних стран.

    Об этом заявил советник министерства сельского хозяйства Ирака Махди Дамад.

    По его словам, в 2019 году запасы воды достигали 65 миллиардов кубометров благодаря обильным дождям, однако в настоящее время приток воды из соседних стран, а именно Ирана и Турции, крайне незначителен, и количество осадков остается очень низким.

    “Невозможность доставки питьевой воды в провинции и истощение запасов подземных вод представляют серьезную опасность”, — указал чиновник.

    Советник министерства подчеркнул, что Ираку необходимо сформировать компетентную переговорную группу для проведения переговоров с соседними странами с целью обеспечения полного объема водных ресурсов для страны.

    Иракские власти объясняют текущий кризис не только климатическими изменениями, но и строительством плотин Турцией и Ираном на реках Тигр и Евфрат, которые играют жизненно важную роль в обеспечении населения страны. Министр водных ресурсов Ирака Аун Диаб предупредил о возможной приостановке выращивания урожая из-за острой нехватки воды.

  • İraqda kəskin su çatışmazlığı yaranıb

    “Şiddətli quraqlıq və qonşu ölkələrdən su axınının azalması fonunda İraq kəskin su çatışmazlığı ilə üzləşib”.

    Bu barədə İraqın kənd təsərrüfatı nazirinin müşaviri Mehdi Damad bildirib.

    Damad vurğulayıb ki, İraqı tam su resursları ilə təmin etmək üçün ölkə qonşuları ilə dialoq aparmaq məqsədilə danışıqlar qrupu yaratmalıdır:

    “Əyalətlərə içməli suyun çatdırıla bilməməsi və yeraltı su ehtiyatlarının tükənməsi ciddi təhlükə yaradır. 2019-cu ildə yağışlar nəticəsində ehtiyatlar 65 milyard kubmetrə çatıb. İndi qonşu ölkələrdən (İran və Türkiyədən – Qeyd) su axını son dərəcə cüzidir, yağış isə çox azdır”.

  • “Telegram” bir çox kanalı bloklayacaq

    “Bu həftə “Telegram” administrasiyası doksinq (şəxsi məlumatların qanunsuz dərci) və hədə-qorxu ilə bağlı bir çox kanalı bloklayacaq”.

    Bu barədə messecerin təsisçisi Pavel Durov məlumat verib.

    “20 gün əvvəl nəşrimdən sonra istifadəçilər saxtakarlıqla bağlı yüzlərlə şikayət göndərdilər. Onlara əsaslanaraq, biz zərərçəkənlərdən pul müqabilində dərc etdikləri videoları silən kanalları bloklayırıq, sonra isə”, – Durov vurğulayıb.

    O, komandanın qanun pozuntularına dair təkzibolunmaz sübutlara malik olduğuna aydınlıq gətirib.

  • Azərbaycanda iş adamı həbs edildi

    Azərbaycanda və xaricdə tikinti fəaliyyəti ilə məşğul olan iş adamı Süleyman Qalibiyyət oğlu Babayev həbs edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, “Alke İnşaat Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan filialının direktoru və qanuni təmsilçisi olan Süleyman Babayev barəsində Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri üzrə cinayət işi məhkəmədə araşdırılıb.

    İttihama görə, Süleyman Babayev 2017–2020-ci illər ərzində özünün və işçisi Erkan Mehmet Oğuzun adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə vergi orqanına təqdim etdiyi bəyannamələrdə təhrif olunmuş məlumatlar göstərib, bəzi hallarda isə ümumiyyətlə bəyannamə təqdim etməyib. O, təqdim olunan bəyannamələr üzrə ödəniş etməməklə, ümumilikdə 6 794 652,49 manat məbləğində vergi, işsizlik sığortası və məcburi dövlət sosial sığorta haqlarından, həmçinin 783 639,21 manat gömrük ödənişindən yayınmaqda təqsirləndirilir.

    Məhkəmədə Süleyman Babayev özünü təqsirli bilmədiyini bildirib. Lakin məhkəmə onun ifadəsini cinayət işinin materialları ilə ziddiyyət təşkil edən, özünü müdafiə məqsədilə uydurulmuş və qeyri-səmimi hesab edib.

    Hökmə əsasən, Süleyman Babayev 3 aprel 2023-cü ildən 19 mart 2025-ci ilədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 1 il 11 ay 16 gün cəza müddəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq 5 il 14 gün müddətinə azadlıqdan məhrum edilib. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.

    Qeyd edək ki, 2023-cü ilin iyul ayına qədər Süleyman Babayev “AKELİK Group” ASC-nin İdarə Heyətinin sədri olub. 2011-ci ildə yaradılmış şirkətin nizamnamə kapitalı 33 014 681 manat təşkil edir və əsas səhmdarı elə Babayevin özüdür. “AKELİK Group” Tacikistan, Qazaxıstan, Ukrayna, Albaniya və Qırğızıstanda filiallara sahib olub və bu ölkələrdə bir sıra tikinti layihələri həyata keçirib.

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    8. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    13. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    14. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.